26 Aprel 2024 08:25
1059
SİYASƏT
A- A+
Sülh üçün mühüm tarixi şərait yetişib

Sülh üçün mühüm tarixi şərait yetişib

 

Ermənistan bundan istifadə etməzsə, yalnız özünə zərbə vuracaq

 

"Biz sülhü müharibə ilə gətirdik. Bu da bir seçimdir və bunun mümkün olduğunu nümayiş etdiririk".
 Aprelin 23-də "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyevin tədbir iştirakçılarının suallarını cavablandırarkən vurğuladığı kimi, Azərbaycanın İkinci Qarabağ müharibəsində zəfər çalması və ardınca suverenliyini tam bərpa etməsi regionda dayanıqlı sülhə də birbaşa rəvac verib. 
Cəmi üç il ərzində ölkəmizin qazandığı ardıcıl qələbələr həm də illərdir dünyada davam edən bu tip münaqişələrin həll olunması baxımından mükəmməl Azərbaycan nümunəsini ortaya qoydu. Sübut edildi ki, bir halda ki, problem danışıqlar vasitəsilə çözülə bilmir, o zaman güc variantını seçmək qaçılmazdır və Azərbaycan da iki ölkə arasında 28 illik nəticəsiz danışıqları bu yolla sonlandırdı. 
Bununla da, nəhayət ki, Cənubi Qafqazda sülh üçün zəmin yarandı, iki ölkə arasında normallaşma istiqamətində real addımlar atıldı. Qazax rayonunun 4 kəndinin azad edilməsi ilə delimitasiya proseslərinə başlanılması, iki ölkə arasında tarixdə ilk dəfə sərhəd dirəyinin quraşdırılması kimi mühüm işlərin həyata keçirilməsi də buna  bariz nümunələrdir. 

 

Təşəbbüskar Azərbaycandır

 

Xüsusi vurğulayaq ki, sülh prosesinin təşəbbüskarı məhz Azərbaycan olub. 
44 günlük Vətən müharibəsindən dərhal sonra Azərbaycan beş baza prinsipi əsasında  Ermənistana təkmil sülh modeli təklif edib, ölkəmiz ötən dövrdə bu istiqamətdə əməli fəaliyyət göstərib. Lakin məhz İrəvanın Azərbaycan ərazilərinə iddiasından əl çəkməməsi və absurd istəklər irəli sürməsi bu  müqavilənin bəndlərinin razılaşdırılmasına başlıca maneə törədirdi. Belə ki, Ermənistan çalışırdı ki, sülh sazişinə dırnaqarası "Dağlıq Qarabağ" məsələsini daxil etsin. 
Forumda məhz sözügedən məqama da toxunan dövlətimizin başçısı söylədi ki, bu, bizim üçün tamamilə qəbuledilməz idi, çünki dırnaqarası "Dağlıq Qarabağ" Azərbaycanın Qarabağ regionu olub və olacaq, bu, Azərbaycanın daxili məsələsidir: "Bu, irəliləyişə nail ola bilməməyimizin başlıca səbəbi idi". 
Cənubi Qafqazda daimi münaqişə ocağının olmasına maraq göstərən Qərb dairələrinin Ermənistana siyasi, hərbi dəstək vermələri bu ölkəni torpaq iştahasına salır və o, nəinki sülh müqaviləsini imzalamaqdan yayınır, eləcə də revanşa hazırlaşırdı. Bu regionu koloniyasına çevirmək istəyən Fransa Qərbdəki anti-Azərbaycan şəbəkəsinə başçılıq edir, siyasi təxribatları ilə sülh prosesinə maneçilik törədir, açıq şəkildə separatizmə dəstək verirdi. Xarici havadarlarına güvənən Ermənistan isə rəsmi səviyyədə Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etməsinə baxmayaraq, imzası ilə bunu təsdiqləmək istəmirdi. 
Ta ki 2023-cü ilin sentyabrına - Azərbaycanın antiterror tədbirləri həyata keçirdiyi zamana qədər. 

 

Vasitəçilərə ehtiyac yoxdur 

 

Qarabağda separatizmin kökünün birdəfəlik kəsilməsi bölgədə barışın əldə olunmasına da tarixi fürsət yaratdı. Amma Ermənistan tərəfinin iki ay ərzində Bakının saziş layihəsi ilə bağlı şərhlərinə cavab verməməsi danışıqlara növbəti problem yaratdı.
Qeyd edək ki, buna qədər iki ölkə bir neçə dəfə saziş layihəsi ilə bağlı şərhlərin mübadiləsini həyata keçirmişdi. Halbuki sülh müqaviləsinin imzalanması ilk növbədə Ermənistana vacibdir və yalnız bu halda dalan ölkə olmaqdan qurtula bilər. Proseslərin gedişi və bölgədə baş verən hadisələr də İrəvanın sülhdən başqa çıxış yolu olmadığını diktə edirdi. 
Görünür, elə Ermənistan hökuməti də başda Fransa olmaqla, bəzi qərəzli ölkələr kimi pis məsləhətçilərinə qulaq asmaqla deyil, yaxın qonşusu və sülh təşəbbüskarı Azərbaycanla danışıqlar aparmaqla sözün əsl mənasında xeyir tapacağını gec də olsa anlayıb. Beləliklə, danışıqlar bu yaxınlarda bərpa olunub və bununla  mahiyyət etibarilə real danışıqlara da yaxınlaşılıb.
4 qeyri-anklav kəndin qaytarılması ilə bağlı iki ölkə arasında əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addımdır və delimitasiyanın məhz bu istiqamətdən başlaması Azərbaycanın təkidi ilə olub. Tərəflər razılaşıblar ki, delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. 
Razılaşmadan dərhal sonra ard-arda gələn açıqlamalar göstərdi ki, problemin bu yöndə həlli beynəlxalq ictimaiyyət tərəfindən də alqışlanır və bu, sülh prosesində mühüm addım kimi dəyərləndirilir. 
Ermənistan ilə Azərbaycan arasında ikitərəfli danışıqların aparılması, razılaşmalar əldə edilməsi daha bir məsələni də ortaya qoydu ki, bu prosesdə kənar vasitəçilərə heç bir ehtiyac yoxdur. Əksinə, vasitəçi kimi sülh prosesində iştiraka can atan bəzi qərəzli ölkələrin sülhə real maneə olduğu da faktdır. 
Xatırladaq ki, iki ölkənin xarici işlər nazirlərinin növbəti görüşünün Qazaxıstanda baş tutması planlaşdırılır və bununla bağlı Bakı artıq öz razılığını bildirib. Ancaq burada söhbət hər hansı vasitəçilikdən getmir. 
Tədbirdə bu məqama xüsusi vurğu edən dövlətimizin başçısı söylədi ki, bu gün sərhədimizdə baş verənlər onu nümayiş etdirir ki, bizimlə heç kəsin işi olmadığı, bu vəziyyətin kiminsə siyasi ambisiyaları naminə istifadə edilmədiyi halda biz gec-tez razılığa gələ bilərik.

 

İlham ƏLİYEV: "Biz razılaşmaya heç vaxt bu qədər yaxın olmamışdıq"

 

Göründüyü kimi, proseslərin hazırkı inkişafı iki ölkə arasında barış əldə olunmasını, normallaşmanı daha da sürətləndirir. Bu isə mühüm və tarixi məqamdır.  Nəhayət ki, Cənubi Qafqazda müharibə planları cızılmır,  sülh müqaviləsi ilə bağlı danışıqlar aparılır. Problemlərin çözümü silah yox, sözlərlə aranır. 
"COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyev də hesab etdiyini söylədi ki, biz razılaşmaya ola bilsin heç vaxt olmadığı qədər yaxınıq. Çünki işğal dövründə biz razılaşmaya heç vaxt bu qədər yaxın olmamışdıq. İndi sülh razılaşmasının necə olmalı olduğuna dair bizdə ümumi anlayış var. Biz, sadəcə, təfərrüatlar üzərində çalışmalıyıq. Lakin əlbəttə ki, hər iki tərəfə vaxt lazımdır, çünki sülh müqaviləsi imzalandığı təqdirdə bu, hər iki ölkə üçün tarixi razılaşma olacaqdır: "Buna görə hər bir söz, hər bir nöqtə, hər bir paraqraf vacibdir. Lakin vacib olan odur ki, hər iki tərəfin bunu etmək üçün siyasi iradəsi var".
Sülh üçün tarixi şərait tam yetişib. Ermənistan bundan istifadə etməzsə, yalnız özünə zərbə vuracaq.

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:59
27 Sentyabr

Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında

01:57
27 Sentyabr

UEFA Avropa Liqası: “Tottenhem” – “Qarabağ” oyununun start heyətləri məlum olub

22:39
26 Sentyabr

Energetika naziri Belqradda bir sıra görüşlər keçirib

22:34
26 Sentyabr

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 75 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib

22:32
26 Sentyabr

Assosiasiya prezidenti: Azərbaycan bazarı Qətər üçün mühümdür

22:30
26 Sentyabr

Şahin Mustafayev: Çinlə tranzit daşımaları əməkdaşlığımızın əsas istiqamətlərindən biridir

22:29
26 Sentyabr

Şuşa şəhərində Vüqar Həşimov Memorialının açılış mərasimi olub

22:26
26 Sentyabr

Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

22:20
26 Sentyabr

Azərbaycan və Ermənistan qısa müddətdə sülh sazişinin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər YENİLƏNİB 

22:19
26 Sentyabr

Qırx ölkənin təmsil olunduğu “ADEX-2024” və “Securex Caspian” sərgilərinə yekun vurulub

20:12
26 Sentyabr

"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra sənədlər imzalanıb

20:10
26 Sentyabr

Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub

19:32
26 Sentyabr

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

19:31
26 Sentyabr

Azərbaycan Müdafiə Nazirliyinin və Çinin dövlət şirkətinin rəhbərlikləri arasında görüş keçirilib

19:30
26 Sentyabr

Nazir: “COP29 gündəliyində olan 14 təşəbbüsü BMT-də təqdim etdik”

19:29
26 Sentyabr

Şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri, prokurorluğun veteranları və Vətən müharibəsində iştirak edən prokurorluq işçiləri ilə görüş keçirilib

19:28
26 Sentyabr

Vüqar Həşimov Memorialı start götürüb

19:27
26 Sentyabr

Fransada Milli Assambleyanın yenidən buraxılacağına dair çağırışlar səslənir

19:26
26 Sentyabr

Kir Starmer Avropa İttifaqı ilə əlaqələri yenidən qurmaq istəyir

19:25
26 Sentyabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə sahilyanı təmizlik aksiyası keçirilib

19:22
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!