21 Sentyabr 2024 08:10
1025
SİYASƏT
A- A+
Bizi taleyimizin sahibi edən böyük gün

Bizi taleyimizin sahibi edən böyük gün


Dövlət müstəqilliyi, suverenliyi uğrunda mübarizə bütün dövrlərdə Azərbaycan xalqının ən ali məqsədi və şərəf işi olub. Bu, öz varlığını, vətənini, milli kimliyini göz bəbəyi kimi qorumağın tarixi timsalıdır.

Suveren dövlətə sahib olmaq eyni bayraq altında birləşən, Vətənin azadlığı, bütövlüyü uğrunda vuruşub qurbanlar verən xalqımız üçün ən böyük dəyərdir. Xalq bu dəyər sayəsində öz haqlarını təmin edir, milli mövcudluğunu qoruyur, yaradıcılıq əzmi, nəsillərdən-nəsillərə ötürülən dövlətçilik irsi ilə tarixdə yeni səhifələr yaradır. 

Dövlətin müstəqilliyi, suverenliyi xalqların istiqlal mübarizəsinin, əsrlər boyu formalaşdırdığı mənəvi potensialın, maarifçilik ənənələrinin, milli-mənəvi dəyərlərə bağlılığının, eyni zamanda milli vəhdətinin bariz təcəssümüdür. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis olundu. Bununla da ötən il Qarabağda aparılmış qısamüddətli antiterror əməliyyatı nəticəsində əzəli yurdlarımızın erməni separatçılarından tam təmizlənməsi, Xankəndidə dövlət bayrağımızın ucaldılması, Azərbaycanın qəlbindəki illərin yarasının sağalması ilə yaddaşımıza yazılmış böyük bir günün əlamətdarlığı təqdimdə rəsmiləşdi. Bu münasibətlə indi hamı bir-birilə sevincini, fərəhini paylaşır. Sərəncamda oxuyuruq: "Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır".


Suverenliyimiz milli sərvətimizdir


Suverenlik ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsidir. Dövlətin siyasi və hüquqi xüsusiyyəti kimi onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə konstitusiyasına və qanunlarına, beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərinə və normalarına uyğun həyata keçirə bilməsidir. Eyni zamanda xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququnun təmin olunmasıdır. Xalqın öz taleyinə sahibliyidir.

 Hər bir xalq suverenliyə, müstəqil dövlətini quraraq inkişaf etdirməyə can atır. Tarix boyu bu nailiyyət çox az xalqlara nəsib olub. Qürur duyuruq ki, dünyanın müstəqil dövlətə malik xalqları sırasında Azərbaycan xalqı da var. Ötən əsrin əvvəllərində müsəlman Şərqinin ilk demokratik respublikası kimi yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra itirilmiş müstəqilliyimizi əsrin sonuna doğru bərpa etdik. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin formalaşdırdığı möhkəm təməllər üzərində Azərbaycan inkişaf yollarında addım-addım irəliləyərək böyük uğurlara nail oldu. Ulu Öndərin strateji inkişaf kursunu əzmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yürütdüyü məqsədyönlü daxili və xarici siyasətlə, reallaşdırdığı proqramlarla ölkəmizi dövrün ən qüdrətli mərhələsinə yetirdi.         

Müstəqil Azərbaycan dövləti tarixdə heç zaman indiki qədər güclü olmayıb. Bu güc, qüdrət artıq ən böyük nailiyyətimiz olan suverenlik, ərazi bütövlüyü reallığını da əhatə edir. 23 aylıq Azərbaycan Xalq Cümhuriyyəti, ardınca sovet dövründəki ümumi inkişaf prosesləri, daha sonra isə 33 il yaşadığımız müstəqillik dövründə xalqımız çox böyük nailiyyətlər qazandı. Bu nailiyyətlərin hər birinin milli yaddaşımızda öz yeri, milli dövlətçilik tariximizdə öz  rolu  var. Amma bunlardan heç biri Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin olunması faktı ilə müqayisə edilə bilməz.   

Azərbaycanın bütün tarixi uğurlarına rəğmən ölkəmizin bu günü və gələcəyi ilə bağlı düşüncələrimizdə müəyyən bir natamamlıq vardı. Dünyanın böyük güclərinin regionda öz maraqlarını təmin etmək, bölgəmizi qarışdırıb obrazlı desək, bulanıq suda balıq tutmaq üçün əsrlərdir bu torpaqlarda həyata keçirdikləri erməni layihəsi suverenliyimiz, ərazi bütövlüyümüz üçün ən böyük təhdid idi. Ermənistanın işğalçı siyasəti səbəbindən müstəqillik dövründə ərazi bütövlüyümüzü tam təmin edə bilməmişdik. Minlərlə soydaşımızın həyatını itirməsi, min bir məhrumiyyətə məruz qalması, ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlərlə müşayiət olunan bu məsələ Azərbaycanda nəsillərin problemi kimi qalır, öz həllini gözləyirdi. 

Ərazi bütövlüyü - dövlətləri başqa dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyi əleyhinə güc tətbiq etməkdən çəkindirən beynəlxalq hüququn prinsipidir. Bu prinsip BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində müvafiq şəkildə əks olunub. Güc tətbiq etməklə ərazi bütövlüyünün pozulması təcavüz aktı hesab olunur.  Ermənistan Respublikası isə 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdi. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmənin aparılması, insanlıq əleyhinə cinayətlərin törədilməsi, hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimizin viran qoyularaq xarabazarlığa çevrilməsi, ölkəmizin təbii resurslarının talan olunması, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının törədilməsi də bu ağır cinayətin tərkib hissəsi idi.

Azərbaycan illər uzunu sülh danışıqlarına sadiqlik göstərərək məsələnin dinc yolla, insan itkilərinə yol vermədən həllinə çalışsa da, buna müyəssər olmadı. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxması barədə 4 qətnaməsi havadan asılı qaldı. Ermənistan və onun beynəlxalq havadarları münaqişənin ömrünü uzatmaq, Azərbaycan ərazilərini işğal altında saxlamaq, ölkəmizi təslimçi sülhə razılaşdırmaq üçün ən müxtəlif üsullara əl atdılar. İkili standartlara məruz qaldıq, beynəlxalq hüququn prinsiplərinin ayaq altda tapdanmasına şahid olduq. Onlara elə gəlirdi ki, zaman keçdikcə Azərbaycan xalqı işğal faktı ilə barışacaq, öz mövqeyindən geri çəkiləcək və torpaqlarımızın işğalı faktını rəsmiləşdirmək daha asan olacaq. Amma Ermənistan da, onu himayə edənlər də yanıldıqlarını gördülər. 


Azərbaycan beynəlxalq hüququ təmin etdi


Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edərək tarixi Zəfərini qazananda hər kəs anladı ki, dövlətimiz beynəlxalq hüququn prinsiplərini ordumuzun gücü ilə təmin etməyə qadirdir. Hər kəs gördü ki, Azərbaycan rəhbərliyinin ərazilərimizdə ikinci erməni dövlətinin yaradılmasına yol verilməyəcəyi barədə bəyanatları sadəcə bəyanat deyilmiş. Azərbaycan 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsi ilə torpaqlarımızı 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail oldu. 

2023-cü ilin 19 sentyabrında isə Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlandı.  

Cəmi 23 saat davam edən əməliyyat uğurla başa çatdı. Rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Azərbaycan ərazi bütövlüyünün ardınca suverenliyinin də tam bərpasına nail oldu. Suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə əzəmətlə dalğalanan üçrəngli bayrağımız bunun şanlı simvoludur.


Böyük yolun başlanğıcı


"Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir" - dövlət rəhbərimizin "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" sərəncamında belə qeyd edilir. 

20 Sentyabr Dövlət Suverenliyi Günü böyük bir yolun başlanğıcıdır və bu başlanğıcın 30 il əvvəl imzalanmış "Əsrin müqaviləsi" ilə eyni günə təsadüf etməsi daha bir simvolik dəyər daşıyır. 30 il əvvəl Azərbaycan xalqı, dövləti həmin gündən gələcəyə doğru ilk addımlarını ataraq Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi nailiyyətlərlə dolu böyük bir tarix yazdı. Bu tarix bizi can atdığımız ən böyük qələbəyə, yürüdüyümüz ən böyük hədəfə yetirdi. Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini görüb bu böyük günlərin xoşbəxtliyini yaşamaq xalqımıza nəsib oldu. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:59
27 Sentyabr

Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında

01:57
27 Sentyabr

UEFA Avropa Liqası: “Tottenhem” – “Qarabağ” oyununun start heyətləri məlum olub

22:39
26 Sentyabr

Energetika naziri Belqradda bir sıra görüşlər keçirib

22:34
26 Sentyabr

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 75 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib

22:32
26 Sentyabr

Assosiasiya prezidenti: Azərbaycan bazarı Qətər üçün mühümdür

22:30
26 Sentyabr

Şahin Mustafayev: Çinlə tranzit daşımaları əməkdaşlığımızın əsas istiqamətlərindən biridir

22:29
26 Sentyabr

Şuşa şəhərində Vüqar Həşimov Memorialının açılış mərasimi olub

22:26
26 Sentyabr

Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

22:20
26 Sentyabr

Azərbaycan və Ermənistan qısa müddətdə sülh sazişinin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər YENİLƏNİB 

22:19
26 Sentyabr

Qırx ölkənin təmsil olunduğu “ADEX-2024” və “Securex Caspian” sərgilərinə yekun vurulub

20:12
26 Sentyabr

"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra sənədlər imzalanıb

20:10
26 Sentyabr

Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub

19:32
26 Sentyabr

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

19:31
26 Sentyabr

Azərbaycan Müdafiə Nazirliyinin və Çinin dövlət şirkətinin rəhbərlikləri arasında görüş keçirilib

19:30
26 Sentyabr

Nazir: “COP29 gündəliyində olan 14 təşəbbüsü BMT-də təqdim etdik”

19:29
26 Sentyabr

Şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri, prokurorluğun veteranları və Vətən müharibəsində iştirak edən prokurorluq işçiləri ilə görüş keçirilib

19:28
26 Sentyabr

Vüqar Həşimov Memorialı start götürüb

19:27
26 Sentyabr

Fransada Milli Assambleyanın yenidən buraxılacağına dair çağırışlar səslənir

19:26
26 Sentyabr

Kir Starmer Avropa İttifaqı ilə əlaqələri yenidən qurmaq istəyir

19:25
26 Sentyabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə sahilyanı təmizlik aksiyası keçirilib

19:22
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!