22 Sentyabr 2024 08:10
1608
SİYASƏT
A- A+
Prezidentin tarix, vətənpərvərlik, zəfər dərsi

Prezidentin tarix, vətənpərvərlik, zəfər dərsi


Ceyran DADAŞOVA: "Qarabağ Universitetinin ilk tələbələrindən olmaq qürurvericidir"


Dövlət Suverenliyi Günündə - Xankəndinin azadlığının bir ilində bu qədim şəhərimizdə Qarabağ Universitetinin Prezident İlham Əliyev tərəfindən açılışının həyata keçirilməsi Zəfər salnaməmizə qızıl hərflərlə yazıldı. 2024-cü il sentyabrın 20-də  universitetin fəaliyyətə başlamasının timsalında azadlığına qovuşdurulan torpaqlarımıza elmimizin də qayıdışı tarixi hadisəyə çevrildi. 

Mindən çox tələbənin böyük qürur və sevinc hissi ilə seçdiyi təhsil ocağının açılış günündə Prezident İlham Əliyevin bu ünvana üz tutması, universitetin yataqxanasında tələbələr üçün yaradılan şəraitlə tanış olması, müəllim və tələbə heyəti ilə görüşməsi xüsusi diqqətçəkən və əlamətdar məqam oldu. 

Ali məktəbin tələbə və müəllim heyəti ilə görüşündə Prezident İlham Əliyev fəxarətlə dilə gətirdi ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir: "Bu gün Qarabağda, azad Qarabağda olmaq, sizi görmək, yataqxanada, o balkonda tələbələrin gülər üzlərini görmək, doğrudan da, böyük xoşbəxtlikdir. Bəlkə də bundan böyük xoşbəxtlik ola bilməz".


Naxçıvandan Qarabağa...


Ölkəmizin dörd bir yanından böyük sevinc və həyəcanla Qarabağ Universitetinə üz tutan ilk xoşbəxt tələbələrdən biri də Naxçıvanın Şərur rayonundan olan Ceyran Dadaşovadır. Şərur rayon Dərəkənd kənd tam orta məktəbini qırmızı attestatla bitirən Ceyran Dadaşova ali məktəblərə keçirilən imtahanlarda iştirak edərək yüksək bal toplayıb və Qarabağ Universitetinin Menecment fakültəsinə qəbul olub. 

Böyük qürur hissi ilə təəssüratlarını bizimlə bölüşən Ceyran Dadaşova söyləyir ki, cari tədris ilindən Qarabağ Universitetinin ilk tələbələrini qəbul edəcəyini öyrəndiyi andan seçimini edib və məhz bu ali məktəbin tələbəsi olmağı qarşısına hədəf kimi qoyub: "Qarabağ adlı universitetin açılacağını ilk dəfə eşidəndə izahedilməz hisslər yaşadım. Orta məktəbdə oxuduğum illərin böyük bir qismi torpaqlarımızın işğalda olduğu dövrə təsadüf edib. O zamanlar xəyalımın ucundan da keçirməzdim ki, mən heç məzun olmamışdan ərazilərimiz azad olunacaq, Xankəndidə universitet açılacaq və mən də oranın ilk tələbələrindən, məzunlarından biri olacam. Sözün düzü, bəzən indi də bunlar mənə röya kimi görünür, amma bu, gerçəklikdir". 

Gənc tələbə söyləyir ki, Qarabağ Universitetinin tələbəsi olmağı çox arzulayırmış və buna görə böyük səbirsizlik və həyəcanla həmin ali məktəblə bağlı bütün xəbərləri izləyirmiş: "Nəhayət,  o gün gəldi. Ali məktəblərə imtahanların nəticələri elan olundu. Universitet seçimində ilk yerə Qarabağ Universitetini yazdım və elə oranın da Menecment fakültəsinə qəbul oldum. Azad Xankəndimizdə fəaliyyətə başlayan universitetin ilk tələbələrindən olmağı həyatımın ən böyük şansı hesab edirəm. Bu xoşbəxtliyi bizə Müzəffər Ali Baş Komandanımız İlham Əliyev, rəşadətli Azərbaycan Ordusunun qəhrəman oğulları, torpaqlarımız uğrunda canlarını qurban verən şəhidlərimiz bəxş edib".


Sevinc coşqusu


Xankəndinin azadlığı günü ərəfəsində bu qədim şəhərə səfərə yollanan Qalib Lider İlham Əliyevin Qarabağ Universitetinin başdan-başa Azərbaycan bayraqları ilə bəzədilmiş yataqxanasının açılışında iştirak etməsi, həmin zaman yataqxananın balkonlarından onu hərarətli alqışların müşayiəti ilə qarşılayan tələbələrin sevinc coşqusu hər birimizi dərindən duyğulandırdı, ən ümdəsi qürurlandırdı.

Həmin tarixi anlara Xankəndidə Qarabağ Universitetinin tələbəsi olaraq şahidlik edən və o möhtəşəm hissləri özü də əyani yaşayan Ceyran Dadaşova danışır ki, Prezident İlham Əliyevin yataqxananın açılışında iştirak üçün oraya səfər etməsi bütün tələbələrin xoş həyəcanına səbəb olub: "Biz Prezidentimizi sürəkli alqışlarla qarşıladıq. Hamımız həyəcanlı idik. Ömrümdə ilk dəfə idi ki, xoşbəxtlik və həyəcan hissini eyni anda hiss edirdim..."  

Yataqxanadakı şəraitin necə olması, özünü Xankəndidə necə hiss etməsi ilə bağlı gənc tələbəyə verdiyimiz suala isə o, belə cavab verdi: "Qarabağ torpağına ilk qədəm qoyduğum andan buranın füsunkar təbiətinə heyran oldum. Havası, suyu şəfa mənbəyi olan bu diyarımızın hər daşından, qayasından zəfər nidası duyulur. Belə bir məkanda adam özünü necə hiss edər?! Duyğularımı sözlərlə ifadə edə bilmirəm. Bircə onu deyim ki, Qarabağda, Xankəndidə olmaq, burada təhsil almaq mənim üçün böyük fəxrdir. Müasir yataqxanamızda isə tələbələr üçün yüksək şərait yaradılıb, hər cür ehtiyaclarımız nəzərə alınıb".

Ceyran Dadaşova söyləyir ki, qısa müddətdir Xankəndidə olmasına baxmayaraq, universitetdə, qaldıqları yataqxanada olan doğma ab-hava onda xoş təəssüratlar oyadıb: 

"Cəmi bir neçə gündür buradayıq. Amma rektorumuz Şahin Bayramov demək olar ki, gündə azı 3-4 dəfə yataqxanaya gəlir, bizimlə maraqlanır, yeməyimizlə, şəraitimizlə bağlı söhbət aparır. Hər gün rektorumuzla yataqxananın dəhlizlərində dəfələrlə üz-üzə gəlirik. Müəllimlərimizin də hər birindən isti münasibət görürük". 


Xankəndidə başlayan yeni həyat


Dövlət Suverenliyi Günündə Prezident İlham Əliyevin bu ali məktəbin müəllim və tələbələri ilə görüşməsinin ümumilikdə Qarabağ Universitetinin bütün kollektivinə göstərilən diqqət və qayğıdan xəbər verdiyini söyləyən Ceyran Dadaşova qeyd edir ki, bu həm də onların üzərinə böyük məsuliyyət qoyur:

"Prezidentin həmin görüşdə səsləndirdiyi, "yaxşı işləyin, yaxşı oxuyun ki, hər zaman Azərbaycan zəfər çalsın, hər zaman - əgər lazım olarsa, həm döyüş meydanında, həm iqtisadi sahədə, həm siyasi müstəvidə, hər bir yerdə Azərbaycan həmişə zirvələrdə olsun" sözləri biz gənc tələbələr üçün indiki və gələcək fəaliyyətin yol xəritəsidir. Hər birimiz çalışmalıyıq ki, dövlətimiz, şəxsən Prezident İlham Əliyev tərəfindən bizə yaradılan bu möhtəşəm şərait və imkandan maksimum yararlanaraq elm sahəsində böyük nailiyyətlər qazanaq. Həm Qarabağ Universitetinin, həm də ümumilikdə Azərbaycanın adını yüksəklərə qaldıraq". 

Bütün bölgələrimizdən elm arxasınca Xankəndiyə yollanan mindən çox gəncimiz yeni həyata məhz Qarabağdan başlayır. 30 il həsrətini çəkdiyimiz Qarabağda açılan ilk ali məktəbin ilk tələbələrindən olmaq kimi qürurlu statusa sahib olanlardan biri də Naxçıvan torpağının yetirməsi Ceyran Dadaşovadır...

O da ömrünün gənclik kimi ən qaynar, coşqun, yaradıcı çağında Qarabağdan başlanan elm yolu ilə addımlayır...

Qarabağ Universitetində təhsil alan bütün tələbələri birləşdirən ümumi məqsədə - Azərbaycanın adını zirvələrə daşımaq hədəfinə doğru...   


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:59
27 Sentyabr

Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında

01:57
27 Sentyabr

UEFA Avropa Liqası: “Tottenhem” – “Qarabağ” oyununun start heyətləri məlum olub

22:39
26 Sentyabr

Energetika naziri Belqradda bir sıra görüşlər keçirib

22:34
26 Sentyabr

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 75 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib

22:32
26 Sentyabr

Assosiasiya prezidenti: Azərbaycan bazarı Qətər üçün mühümdür

22:30
26 Sentyabr

Şahin Mustafayev: Çinlə tranzit daşımaları əməkdaşlığımızın əsas istiqamətlərindən biridir

22:29
26 Sentyabr

Şuşa şəhərində Vüqar Həşimov Memorialının açılış mərasimi olub

22:26
26 Sentyabr

Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

22:20
26 Sentyabr

Azərbaycan və Ermənistan qısa müddətdə sülh sazişinin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər YENİLƏNİB 

22:19
26 Sentyabr

Qırx ölkənin təmsil olunduğu “ADEX-2024” və “Securex Caspian” sərgilərinə yekun vurulub

20:12
26 Sentyabr

"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra sənədlər imzalanıb

20:10
26 Sentyabr

Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub

19:32
26 Sentyabr

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

19:31
26 Sentyabr

Azərbaycan Müdafiə Nazirliyinin və Çinin dövlət şirkətinin rəhbərlikləri arasında görüş keçirilib

19:30
26 Sentyabr

Nazir: “COP29 gündəliyində olan 14 təşəbbüsü BMT-də təqdim etdik”

19:29
26 Sentyabr

Şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri, prokurorluğun veteranları və Vətən müharibəsində iştirak edən prokurorluq işçiləri ilə görüş keçirilib

19:28
26 Sentyabr

Vüqar Həşimov Memorialı start götürüb

19:27
26 Sentyabr

Fransada Milli Assambleyanın yenidən buraxılacağına dair çağırışlar səslənir

19:26
26 Sentyabr

Kir Starmer Avropa İttifaqı ilə əlaqələri yenidən qurmaq istəyir

19:25
26 Sentyabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə sahilyanı təmizlik aksiyası keçirilib

19:22
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!