10 İyul 2026 12:07
278
İQTİSADİYYAT
A- A+
“Startap” şəhadətnaməsi alan KOB-ların dövriyyəsi 2 dəfəyədək artıb

“Startap” şəhadətnaməsi alan KOB-ların dövriyyəsi 2 dəfəyədək artıb


“Startap” şəhadətnaməsi almış kiçik və orta biznes subyektlərinin (KOB) ümumi dövriyyəsi təqribən 2 dəfə, orta işçi sayı isə 18 faiz artıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, “Startap” şəhadətnaməsi almış sahibkarlıq subyektlərinin fəaliyyətində müsbət dinamika müşahidə olunur. Aparılmış təhlillərə əsasən, bir sıra startaplarda biznes fəaliyyətinin genişləndiyi, məşğulluq imkanlarının artdığı müəyyən edilib. 2025-ci ildə müvafiq sənədi almış 59 KOB subyekti üzrə aparılmış təhlillər göstərir ki, onların ümumi dövriyyəsi 2024-cü ildəki 3,2 milyon manatdan ötən il 6,1 milyon manata yüksələrək təxminən 2 dəfə artıb. Bu dövrdə müvafiq müəssisələrdə çalışanların orta işçi sayı 183 nəfərdən 216 nəfərə çatıb ki, bu da 18 faiz artım deməkdir.

Dövriyyəsində və işçi sayında artım qeydə alınan layihələr əsasən e-ticarət, rəqəmsal platformalar, süni intellekt, nəqliyyat və logistika, turizm və biznes proseslərinin rəqəmsallaşdırılması sahələrində fəaliyyət göstərən startaplardır. Müvafiq sənədi almış startaplar bazara bir sıra innovativ məhsul və xidmətlər təqdim ediblər. Bəzi startaplar yerli və xarici investorlardan sərmayələr cəlb ediblər.

Bu göstəricilər “Startap” şəhadətnaməsinin innovativ bizneslərin formalaşmasına, məşğulluğun artmasına və startapların iqtisadi fəaliyyətinin genişlənməsinə müsbət təsir göstərdiyini nümayiş etdirir.

Qeyd edək ki, “Startap” şəhadətnaməsini əldə etmiş sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilirlər. “Startap” şəhadətnaməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən verilir. İndiyədək 282 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə mediası azərbaycanlı tələbələrin Londonda memarlıq üzrə beynəlxalq təcrübəni öyrənməsi barədə yazıb

11:25
28 İyul

Dünya çempionatı: Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mübarizəyə qoşulur

11:24
28 İyul

Berlin görüşləri: Azərbaycanın artan geosiyasi çəkisinə Avropanın baxışı

11:23
28 İyul

Donald Tramp: "Türkiyə ordusu möhtəşəmdir"

11:20
28 İyul

İsrail və Livan arasında Romada yeni danışıqlar gözlənilir

11:18
28 İyul

Barselona metrosunda baş verən yanğında 137 nəfər zəhərlənib

11:16
28 İyul

Küləkli hava şəraiti günorta saatlarından etibarən tədricən mülayimləşəcək

10:39
28 İyul

Ombudsmanın nümayəndələri Suriyadan repatriasiya olunmuş Azərbaycan vətəndaşları ilə görüşüblər

10:37
28 İyul

Bu ilin ilk altı ayında proaktiv qaydada 100 minə yaxın pensiya, müavinət və təqaüd təyin edilib

10:36
28 İyul

Qızıl və gümüş ucuzlaşıb

10:34
28 İyul

Dünya birjalarında neft ucuzlaşıb

10:34
28 İyul

Zelenski ABŞ-də səfərdədir

10:32
28 İyul

Azərbaycan nefti 95 dollara satılır

10:31
28 İyul

Pentaqon: İranla münaqişədə 624 hərbçi yaralanıb, 18 nəfər həlak olub

10:30
28 İyul

“Apple” yenidən dünyanın ən dəyərli şirkəti olub

10:29
28 İyul

CNN: ABŞ Ukrayna münaqişəsinə son qoymağın vaxtının çatdığını düşünür

10:28
28 İyul

Tramp: ABŞ olmadan İsrail mövcud ola bilməzdi

10:27
28 İyul

 Azərbaycan idmançısı Dünya Kubokunun qalibi olub

10:26
28 İyul

Yay mövsümündə gigiyena qaydalarına xüsusi diqqət yetirilməlidir

09:35
28 İyul

Sietl qida festivalında atışma: ölənlər və yaralananlar var

09:30
28 İyul

Parisdə insanlar hücuma məruz qalıblar

09:25
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!