13 Avqust 2026 19:45
1507
SİYASƏT
A- A+
Siyasi şərhçi: Zəngəzur və Orta Dəhliz Naxçıvanın iqtisadi modelini dəyişəcək

Siyasi şərhçi: Zəngəzur və Orta Dəhliz Naxçıvanın iqtisadi modelini dəyişəcək


Naxçıvanın bugünkü əhəmiyyətini yalnız muxtar respublikanın coğrafi mövqeyi və sosial-iqtisadi inkişafı ilə məhdudlaşdırmaq düzgün olmazdı. Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfərdən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlar Naxçıvanı regionun gələcək nəqliyyat, logistika və iqtisadi arxitekturasının mühüm elementinə çevirib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov deyib.

Ekspert bildirib ki, Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra irəli sürdüyü mühüm qlobal təşəbbüslərdən biri Zəngəzur dəhlizi layihəsidir. Bu layihə Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizində rolunu daha da gücləndirir. Azərbaycan Şimal-Cənub, Şimal-Qərb və Şərq-Qərb istiqamətlərinin, eləcə də Trans-Xəzər marşrutunun üzərində yerləşən ölkə kimi böyük nəqliyyat layihələrinin reallaşdırılması üçün unikal imkanlara malikdir. Dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə bu imkanlardan milli maraqlarımıza uyğun şəkildə yüksək səviyyədə istifadə edir. Zəngəzur dəhlizi ilk növbədə Azərbaycan üçün ölkənin əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru bağlantısının yaradılması deməkdir. Bu məsələ Azərbaycan xalqı və dövləti üçün uzun illərdir mövcud olan tarixi problemin həlli baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən yolun bərpası bizim üçün yalnız iqtisadi və nəqliyyat layihəsi deyil, həm də tarixi və ədalətli haqqımızdır. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlərə və ərazi bütövlüyünə hörmət etdiyini daim nümayiş etdirir, eyni zamanda öz qanuni hüquq və maraqlarının təmin olunması istiqamətində ardıcıl siyasət aparır. Zəngəzur dəhlizinin reallaşdırılmasına maraq yalnız Azərbaycanla məhdudlaşmır. Layihənin tam fəaliyyətə başlaması Şərq və Qərb, Asiya və Avropa arasında yeni iqtisadi və nəqliyyat imkanlarının yaranmasına şərait yarada bilər. Bu baxımdan layihənin region dövlətləri ilə yanaşı, daha geniş coğrafiyada yerləşən ölkələr üçün də iqtisadi əhəmiyyəti var. Prezident İlham Əliyevin Naxçıvana son səfəri zamanı yeni layihələrin təməlinin qoyulması, obyektlərin istifadəyə verilməsi və səsləndirilən əhatəli mesajlar göstərir ki, Azərbaycanın Naxçıvanla bağlı çox böyük planları var. Bu planlar yalnız Naxçıvanın öz inkişafı ilə məhdudlaşmır. Söhbət Naxçıvan üzərindən Şərq-Qərb bağlantısının daha da gücləndirilməsindən və muxtar respublikanın qlobal nəqliyyat-logistika sistemində mühüm qovşaqlardan birinə çevrilməsindən gedir”, – deyə X.Bəşirov bildirib.


Siyasi şərhçi vurğulayıb ki, Qars–İğdır–Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan və Türkiyə arasında nəqliyyat bağlantılarının genişləndirilməsi Naxçıvanın həm Türkiyəyə, həm də daha geniş mənada Avropa nəqliyyat sisteminə çıxış imkanlarını artıracaq. Naxçıvanın inkişafında idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi də ayrıca əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında xüsusi nümayəndəlik institutunun yaradılması, idarəetmə və kadr sahəsində həyata keçirilən islahatlar muxtar respublikanın yeni inkişaf mərhələsinin tələblərinə uyğunlaşdırılmasına xidmət edir. Azərbaycan tərəfi bu prosesdə şəffaflıq və qanunçuluq prinsiplərini əsas götürür. Bu yanaşma həm Azərbaycanın daxilində həyata keçirilən idarəetmə islahatlarında, həm də gələcəkdə Naxçıvan üzərindən keçəcək tranzit marşrutlarının fəaliyyətində özünü göstərməlidir. Zəngəzur dəhlizinin reallaşması və Orta Dəhlizin tam gücü ilə fəaliyyət göstərməsi Naxçıvanın iqtisadi modelinə də ciddi təsir göstərəcək. Uzun müddət Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan ayrı vəziyyətdə olan muxtar respublikanın gələcəkdə nəqliyyat, logistika, ticarət və investisiya baxımından daha geniş imkanlara çıxışı təmin ediləcək. Bunun üçün Naxçıvanda artıq indidən müvafiq infrastrukturun yaradılması və iqtisadi potensialın gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Gələcəkdə həm dövlət investisiyalarının, həm də xarici sərmayələrin Naxçıvana cəlb edilməsi muxtar respublikanın iqtisadi imkanlarının daha geniş reallaşdırılmasına şərait yarada bilər”, – deyə siyasi şərhçi fikirlərini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

22:16
13 Sentyabr

İsveçdə seçki günü 500-ə yaxın insident qeydə alınıb

22:01
13 Sentyabr

"Turan Tovuz" xal itirib, "Zirə" - "Qarabağ" matçında qalib müəyyənləşməyib

21:23
13 Sentyabr

Tramp Zelenskini Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa çağırıb

20:51
13 Sentyabr

Rusiya-Ukrayna müharibəsindən sonra yaranan enerji böhranı Almaniyaya 50,4 milyard avroya başa gəlib

20:49
13 Sentyabr

Nazir: Çimərlik polosu üzrə beynəlxalq yarış ölkəmizdə çox uğurla təşkil olundu

20:17
13 Sentyabr

Macarıstanda dizel yanacağı bahalaşıb, hökumət sürücülərə dəstək göstərmək məcburiyyətində qalıb

19:49
13 Sentyabr

Türkdilli dövlətlərin Vəkillər kollegiyaları arasında əməkdaşlıq genişləndirilir

19:31
13 Sentyabr

TDT-yə üzv ölkələrin nümayəndələri Seyid Yəhya Bakuvinin türbəsini və Tolerantlıq Evini ziyarət ediblər

19:11
13 Sentyabr

Azərbaycan təmsilçisi "Sea Breeze 2026" turnirinin qalibi olub – YENİLƏNİB 2

18:59
13 Sentyabr

Hakan Fidan: Türkiyə Prezidenti yaxın vaxtlarda Suriyaya səfər edəcək YENİLƏNİB

18:19
13 Sentyabr

Nəcibə Arif: Pakistan Ədəbiyyat Akademiyasında Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı tərcümə işləri davam etdirilir

14:52
13 Sentyabr

İstanbul aeroportunda yeni uçuş-enmə zolağı istifadəyə veriləcək

14:01
13 Sentyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

13:17
13 Sentyabr

Si Cinpin Qlobal Cənubu beynəlxalq hüququ birgə dəstəkləməyə çağırıb

11:34
13 Sentyabr

Hörmüz boğazında İrana məxsus mülki gəmi vurulub

10:07
13 Sentyabr

Vanuatuda gəminin batması nəticəsində 30 nəfər itkin düşüb

09:48
13 Sentyabr

Peskov: G20 sammitində Putin ilə Zelenski arasında görüş qeyri-mümkündür

07:01
13 Sentyabr

Azərbaycanın Qarsdakı baş konsulu diaspor nümayəndələri ilə görüşüb

22:06
12 Sentyabr

İDMAN Azərbaycan Premyer Liqasında V turun növbəti oyunları keçirilib

21:37
12 Sentyabr

Media: Azərbaycan-Mərakeş münasibətləri çoxşaxəli tərəfdaşlıq mərhələsinə qədəm qoyub

21:18
12 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!