27 May 2021 00:42
1964
Mədəniyyət
A- A+
Şuşanın Anarı

Şuşanın Anarı

 

...Anadır arzulara hər zaman Qarabağ

Danışan dil-dodağım tar, kaman Qarabağ.

Qarabağ, can, Qarabağ, ana yurdum...

O gün uzun illərdən sonra bu mahnıya göz yaşları içində, nisgillə deyil, sevinclə qulaq kəsildik. Müğənni də ürəklə, şövqlə, qürurla oxuyurdu. Bir neçə ay əvvəl bu mahnını ifa edən Əməkdar artist Yaqut Abdullayeva mahnının içində “Can, Qarabağ” kəlməsini ana yaralı övladına təsəlli verməyə çalışırmış kimi dərin yanğı ilə vurğulayırdı. O gün, “Can, Qarabağ” sədaları sevinc qanadlarında qayalarda əks-səda verib ta haqqın dərgahına qədər uzanırdı...

“Qarabağ söhbətləri”nə bu dəfə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla belə başladıq.

Şuşanın ötən əsrin 50-ci, 80-ci, 90-cı illərinin şahidi, Şuşada film çəkən, Şuşanın işğalının ağrısını yaşayan və işğaldan sonrakı Şuşanı ziyarət edib qürurlanan yazıçıyla...

 

İlk pyesimi Şuşada yazdım

 

- Şuşa ilə, Qarabağla bağlı xatirələrim çoxdur, özü də hamısı munis xatirələrdir. İlk dəfə 1954-cü ildə olmuşam Şuşada. Onda mənim 14 yaşım vardı, ailəlikcə istirahətə getmişdik. “Sənin nəğmən yaxşıdır” adlı ilk pyesimi də Şuşada yazdım və o zamandan da bu peşəni seçdim.

O vaxt Şuşa Azərbaycan şəhəri təəssüratı yaratmırdı. Şəhərə girən kimi bir erməni qızının heykəli qoyulmuşdu.

Nelson Stepanyanın heykəli vardı. Şuşa adlı Azərbaycan şəhərində bir nəfər azərbaycanlının belə heykəli yox idi. Atam təklif verdi ki, dincəldiyimiz istirahət evinə Üzeyir bəy Hacıbəylinin adını versinlər. Təklifə baxıldı və ora Üzeyir bəyin adını verdilər. Şuşa haqqında ilk təəssüratım bunlardır.

Sonrakı illərdə Ulu Öndər Heydər Əliyevlə bir yerdə Şuşada olmuşam. Onun iştirak etdiyi tədbirlərə mən də qatılmışam. Üzeyir bəy Hacıbəyli günlərində, Molla Pənah Vaqifin məqbərəsinin açılışında olmuşam...

 

Şuşada “Uzun ömrün akkordları”nı çəkdim

 

- 1981-ci ildə isə ən çox yadımda qalan Şuşa günləridir. O il Şuşada “Uzun ömrün akkordları” filmini çəkirdim. Həmin il həm atamı itirdim, həm də anamı. Aprelin 1-də atam vəfat etdi, iyulun 10-da anam. Mən hər cümə axşamı günü Şuşadan Bakıya gəlib cüməaxşamı verirdim, sonra yenə qayıdırdım Şuşaya. 

Film çıxanda çox bəyəndilər, haqqında yaxşı rəylər oldu. Ağız büzənlər də vardı. Sonra Qarabağ, Şuşa işğal olunanda həmin adamlar dedilər ki, nə yaxşı çəkmisən o vaxt bu filmi, indi heç olmasa ona baxıb Şuşa yanğısına su səpirik.

Şuşa bülbüllərini də çəkmişdik, filmdə kadrlar var. İndi bu festivalda oxunan “Bayatı-şiraz” o vaxt “Bülbüllər” uşaq qrupunun ifasında lentə alınmışdı. Qədir Rüstəmovu Cabbar Qaryağdı roluna çəkmişdik, o da həmin kadrlarla tarixiləşdi.

Filmin bir dəyəri də məncə, bunlardır. Bir də onu yaxşı xatırlayıram ki, şuşalılar ata-anamı itirdiyimi bilirdilər və mənə xüsusi həssaslıqla yanaşırdılar. Bu, çox duyğulu xatirədir.

Şuşa o vaxt da indiki kimi müqəddəs idi, çox gözəl idi. Heydər Əliyev hakimiyyətə gələndən sonra Şuşanın məhz Azərbaycan şəhəri olduğunu, onun öz simasını şəhərdə gördüyü işlərlə təsdiqlədi. Bu şəhərdə Natəvanın, Bülbülün, Üzeyir bəyin heykəlləri qoyuldu. Üzeyir bəyin, Bülbülün muzeyləri yaradıldı. Vaqifin məqbərəsi tikildi. Bir daha təsdiqləndi ki, bu şəhər Azərbaycan şəhəridir. Sovet vaxtı bizim ağlımıza gəlməyən formada şəhəri erməniləşdirirdilər, qarşısı alındı.

İşğaldan azad ediləndən sonra görürük ki, Şuşanı məhv etməyə, erməniləşdirməyə çalışıblar. Amma bunu bacarmayıblar. İndi Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. Şuşa Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, sənətinin mühüm qalasıdır.

Hər yay, bəzən iki ildən bir Şuşada dincəlirdik ailəlikcə... Atam, anam rəhmətə gedəndən sonra da bu ənənə davam etdi. Yenə öz ailəmlə gedirdim Şuşaya. Qızım Günel balaca idi, Qarabağ onun hafizəsində necə xoş xatirələrlə həkk olunubsa, “Qarabağ hekayələri”ni yazıb və çox təsirli alınıb. Mən də oxuyanda o həyəcanı hiss etdim, yaşadıqlarımızı xatırladım.

 

“Xarıbülbül” festivalı yalnız sənət hadisəsi deyil

 

- Bu ildən Şuşada “Xarıbülbül” festivalının bərpası çox böyük hadisə oldu. Bu, yalnız sənət hadisəsi deyil, həm də tarixdir, siyasətdir. Bir yandan ədalətin bərpasının göstəricisidir. Qədim Azərbaycan şəhərində yenə Azərbaycan mədəniyyəti, sənəti yüksəldi, azərbaycanlılar doğma yurda qayıtdı. İkincisi, oranı dağıdan ermənilərdən azad edib Şuşanı qurmaq amalı ilə qayıtdıq Şuşaya.

Prezident İlham Əliyevin göstərişi ilə Şuşada quruculuq işləri başlanıb və davam edir. Ermənilər mono millətdir. Qarabağdan da hamını qovub yalnız özləri yaşamaq istəyirdilər, Ermənistanda olduğu kimi. Biz göstərdik ki, Azərbaycan multikultural bir ölkədir. Bu ölkədə yaşayan hər bir azlıq öz sənətini də yaşadır, simasını da saxlayır. Nəhayət, bu onu sübut etdi ki, ədalət var. Dünya kar idi, kor idi və elə bil belə də olmalı idi. Allahınsa ədaləti var. Allahın köməyi, müzəffər ordumuzun səyi, Ali Baş Komandanın iradəsi ilə ədalət bərpa olundu.

Ədalətin bərpası ora yığışan azərbaycanlıların, şuşalıların gözlərində  parıldayırdı. Vasif Adıgözəlovun çox gözəl əsəri Yalçın Adıgözəlovun müşayiətində səslənirdi.

 

Həyatda nə baş verirsə - dərsdir

 

- Əlbəttə Şuşada doğulmuş, orda evləri olan adamların həsrəti bizdən daha artıq idi. Şuşada olanda həmişə rəhmətlik Süleyman Ələsgərov bizi evinə qonaq dəvət edirdi. İndi baxdım ki, o ev yerləyeksan edilib. Zülfü Adıgözəlovun, Şuşinskilərin evləri olub orda. Şuşanın 70 faizini dağıdıblar, 30 faizi qalıb. Mənasız millətdir də, deyir mənimdir, bəs sənindirsə, niyə dağıdırdın? Bütün dünya gülür bunlara. 

Pənahəli xanın 270 il bundan əvvəl özülünü qoyduğu şəhər niyə erməni şəhəri olmalıdır? Elə bil uşaqdılar, həm də tərbiyəsiz uşaq. Hələ geri almaq barədə cəfəngiyat danışırlar. 10 milyon azərbaycanlı sənə şəhər verməz. 3 milyonunla gəl al, görək necə alırsan. Heç kəsə də arxalanma, göründü ki, arxalanmağının əhəmiyyəti olmadı.

Tərəflərini yalnız media saxladı. İndi biz bundan da nəticə çıxarmalıyıq. Gərək elə iş görək ki, orda bizm də səsimiz olsun. Bütün təbliğatı 44 günlük müharibədə Prezidentimiz təkbaşına apardı. 4 dildə müsahibələr verdi. Bu hər birimiz üçün nümunə olmalıdı.

 

Qarabağla bağlı, ordakı talelərdən hələ çox yazılacaq

 

- Həyatda nə baş verirsə, ondan dərs alıb hərəkət etmək lazımdır. Çox dərslər götürdük, həm də onun nəticəsində qələbə qazandıq. Şuşanı, Qarabağı azad etdik. Həyat dərsdir, yenə öyrənib yenə qələbə qazanarıq. Şuşada möhkəmlənib qələbələri davam etdirmək lazımdır.

“Qarabağ şikəstəsi” adlı böyük yazım var, çoxdan çap olunub. Yenə “Qarabağ dastanı-30 ilin həsrəti, 44 günün zəfəri” adlı hekayələr toplusunda da çap ediləcək. Kitabda səkkiz rayondan çıxan yazıçının hərəsi öz rayonu haqqında yazıb. 

“Otel otağı” povestimdə Xocalıdan olan qadının hekayəti yer alıb. Həm də onu danışmışdılar mənə, olan hadisədir.  Mövzu o qədər yaralıdır ki, hələ çox toxunmaq olmur, qan verir. Zamanla hamısı yazılacaq. Qarabağla bağlı, ordakı talelərdən hələ çox yazılacaq. Orada baş verən hadisələr çox əsərlərdə yer alacaq.

Xalq yazıçısının arzularına qoşuluruq, əlbəttə ki, əsərlər yazılacaq.

Qarabağ isə yenidən qurulacaq, yeni arzulara qucaq olacaq.

 Axı,  “Anadır arzulara hər zaman Qarabağ”...

 

Ramilə QURBANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!