25 Oktyabr 2024 09:40
2866
Səhiyyə
A- A+
"Səssiz qatil"lə mübarizə

"Səssiz qatil"lə mübarizə


Dünyada 2 milyarda yaxın insan hepatitdən əziyyət çəkir


Hepatit virusları bəşəriyyətin sağlamlığı üçün əsas risk amillərindən biri hesab edilir. Onun bəzi növləri heç bir ciddi problem olmadan keçir, digərləri isə uzunmüddətli olur, hətta qaraciyərin funksiyasının itirilməsi ilə nəticələnir. 

Hələ qədim zamanlardan elmə məlum olan bu xəstəlik Hippokrat tərəfindən "yoluxucu sarılıq xəstəliyi" adı ilə təbabətə gətirilib. Təbii ki, o zamanlar xəstəliyi törədən səbəblər bilinmirdi, lakin onların yoluxucu olduğu və insandan-insana keçdiyi məlum idi.

1883-cü ildə rus alimi Botkin xəstəliyin infeksion təbiətə malik olmasını qəti surətdə təsdiq edib. İnfeksion hepatitin virus etiologiyasına malik olmasını ilk dəfə 1937-ci ildə ABŞ-də Findi və F.Mak-Kollum qeyd etsələr də, onu törədən amillərin araşdırılması prosesi 1963-cü ildə Blumberg tərəfindən Avstraliya antigeninin tapılması ilə yeni dövrə qədəm qoydu. Bundan sonra 1973-cü ildə hepatit A, 1977-ci ildə hepatit D, 1989-cu ildə hepatit C, 1992-ci ildə hepatit E xəstəliklərinin törədiciləri aşkar olundu. Hepatit virusları içərisində ən təhlükəlisi hepatit C olduğu üçün hər il oktyabrın 25-i hepatit virusunun kəsfi günü kimi qeyd edilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünya əhalisinin hər üç nəfərindən biri, yəni 2 milyarda yaxını hepatitdən əziyyət çəkir. Dünyada 325 milyon nəfər hepatit B və ya C virusu ilə yaşayır. Hər il 900 min nəfər B virusundan dünyasını dəyişir.

Hepatit B və C hər il 1,4 milyon insanın həyatını itirməsinə səbəb olur. ÜST bütün ölkələri milyonlarla insanın həyatını xilas etmək üçün xəstəliyin diaqnostikası və müalicəsinin keyfiyyətini yüksəltməyə çağırır. BMT-yə üzv dövlətlər tərəfindən imzalanmış Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq, hepatitə yoluxanların sayının 2030-cu ilədək 90 faiz azaldılması əsas hədəf seçilib.


Hepatit viruslarının təhlükələri və müalicə üsulları


Hepatit xəstəliyinin müayinə və müalicəsi sahəsində ölkəmizdə də mühüm tədbirlər görülür. Həmin tədbirlərə hepatit viruslarına yoluxanların diaqnozlarının qoyulması, qeydiyyatlarının aparılması, onların dərman preparatları ilə təmin edilməsi və müalicələrinin təşkili daxildir. 2014-cü ildən etibarən Səhiyyə Nazirliyində hepatitlərin profilaktika, diaqnostika və müalicəsinin təşkili üzrə xüsusi komissiya yaradılıb.

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə komissiyanın üzvü, həkim-infeksionist Aişə Kərimovanın sözlərinə görə, hepatit qaraciyərin iltihablanması ilə xarakterizə olunan ciddi sağlamlıq problemidir. A, B, C, D və E növləri olan xəstəliyin hər birinin fərqli yoluxma yolları, klinik təzahürləri və nəticələri var. Hepatitin əsas əlamətləri yorğunluq, qarın ağrısı, iştahsızlıq, ürəkbulanma, qusma, sarılıq, qızdırma və oynaqlarda ağrılardır.

"Fekal-oral yolla ötürülən hepatit A-nın simptomları, adətən yoluxmadan 2-6 həftə sonra ortaya çıxır. Xəstəlikdən sonra tam sağalma baş verir və daimi immunitet yaranır. Hepatit B-nin inkubasiya dövrü 1-6 ay arasında dəyişir. Yoluxma qanköçürmə, tibb alətləri və steril olmayan iynələrdən istifadə nəticəsində baş verir. O, kəskin və ya xronik forma alaraq ortaya çıxır. Xroniki forması qaraciyər serrozuna və xərçənginə səbəb ola bilər. Bəzi insanlarda xroniki hepatit simptomsuz inkişaf edir və yalnız irəliləmiş mərhələdə aşkar olunur. Kəskin Hepatit B öz-özünə sağalsa da, xroniki növü tam müalicə olunmur. Virusun fəaliyyəti antiviral dərmanlarla nəzarətdə saxlanılır", - deyə həkim-infeksionist qeyd edib.

Virusun növləri içərisində ən təhlükəlisi hepatit C hesab edilir. Mütəxəssis bildirib ki, onun inkubasiya dövrü 2 həftədən 6 aya qədər ola bilər. Simptomlar çox vaxt yüngül olur və ya uzun müddət heç bir əlamət vermir: "Hepatit C çox vaxt xroniki forma alır və bu, qaraciyər çatışmazlığı, serroz və qaraciyər xərçənginə gətirib çıxarsa da, tamamilə müalicə edilə bilər. Müasir antiviral dərmanlar, xüsusən də direkt fəaliyyət göstərən antiviral (DAA) preparatlar, HCV-ni effektiv şəkildə müalicə edə bilir. Hepatit A və E-dən hepatit C üçün peyvənd olmasa da, ancaq müalicə variantları çox uğurludur. Hepatit D yalnız hepatit B ilə birlikdə mövcud olsa da, xəstəlik daha ağır keçir və onun tam müalicəsi yoxdur. Hepatit E-nin simptomları 2-8 həftə sonra ortaya çıxır. Xəstəlik, adətən, öz-özünə keçir və xronikləşmir, müalicə tələb etmədən sağalır. Xüsusi antiviral dərman tələb olunmur. Xəstəlik keçdikdən sonra tam sağalma baş verir".


Xəstəlik haqqında məlumatlılıq artırılarsa, yoluxma səviyyəsi aşağı düşər


Ümumi profilaktik tədbirlər sırasında qaraciyər sağlamlığını qorumaq üçün balanslı qidalanma, kifayət qədər su qəbul etmək və immuniteti güclü saxlamaq vacibdir. Hepatit viruslarının yayılma yolları haqqında maarifləndirmə tədbirləri aparmaq, cəmiyyəti risklər və profilaktika yolları ilə bağlı məlumatlandırmaq böyük əhəmiyyət daşıyır. Profilaktika tədbirlərinə riayət etməklə, bu ciddi xəstəliklərin qarşısını almaq mümkündür. Aişə Kərimova vurğulayıb ki, əsas profilaktik tədbirlər gigiyena qaydalarına riayət etməklə bağlıdır. Təmiz, etibarlı mənbədən gələn və ya filtrdən keçmiş suyun içilməsi, meyvə və tərəvəzlərin yaxşıca yuyulması, yeməklərin tam bişirilməsi, əllərin mütəmadi olaraq sabunla yuyulması və şəxsi gigiyenaya riayət edilməsi  vacibdir.

"Azərbaycanda hepatit viruslarının yayılmasının qarşısını almaq və maarifləndirmə səviyyəsini artırmaq üçün müxtəlif tədbirlər görülməlidir. Hepatit viruslarının ötürülməsi yolları və qorunma tədbirləri haqqında ictimaiyyətin məlumatlılığı artırılarsa, yoluxma hallarını azaltmaq mümkün olar. Televiziya, radio və sosial media vasitəsilə genişmiqyaslı maarifləndirmə kampaniyaları təşkil olunmalıdır. Hepatit viruslarının necə yayılması, simptomları və profilaktik tədbirlər barədə məlumatlar sadə və anlaşılan formada təqdim edilməlidir. Məktəblər və universitetlərdə hepatit virusları və onların qarşısının alınması yolları barədə sessiyalar təşkil edilməlidir. Hepatit B-yə qarşı peyvənd uşaqlara doğumdan sonra tətbiq olunmalıdır. Risk qruplarına daxil olan insanlar (tibb işçiləri, narkotik istifadəçiləri və s.) müntəzəm olaraq vaksinasiya olunmalıdırlar", - deyə mütəxəssis bildirib.

Həkim-infeksionistin sözlərinə görə, xəstəxanalar və digər tibbi müəssisələrdə sterilizasiyaya ciddi nəzarət olunmalı və tibb işçiləri infeksiyalardan qorunma tədbirləri ilə bağlı təlimatlandırılmalıdır: "Tibbi alətlərin sterilizasiyası və birdəfəlik iynələrin istifadəsi təmin edilməlidir. Qan donoru olmaq istəyən şəxslər hepatit virusları ilə bağlı yoxlanılmalı və bu prosesə ciddi nəzarət olunmalıdır. Virusa yoluxmuş şəxslərdən qan alınmasının qarşısını almaq üçün mütəmadi testlər aparılmalıdır. Su ilə yayılan hepatit virusları, xüsusilə hepatit A və E-nin qarşısını almaq üçün təmiz su təminatını yaxşılaşdırmaq lazımdır. Kənd yerlərində sanitariya vəziyyətinin təkmilləşdirilməsi, çirkli su mənbələrinə nəzarətin artırılması vacibdir. Eyni zamanda restoran və qida satışı yerlərində gigiyena normalarına ciddi riayət olunması nəzarət altında saxlanılmalıdır. Hamilə qadınlar hepatit B, C və E-yə qarşı mütəmadi olaraq test olunmalı və yoluxma hallarında onlara müvafiq tibbi yardımlar göstərilməlidir. Hepatit infeksiyalarının yayılmasının qarşısını almaq üçün qanunvericilikdə müvafiq qaydalar təkmilləşdirilməlidir. Xüsusilə sterilizasiyanın lazımi qaydalara uyğun aparılmadığı yerlərdə ciddi cəzalar tətbiq edilməlidir. Bu addımların həyata keçirilməsi Azərbaycanda hepatitlə bağlı yoluxma hallarını azalda və insanların sağlamlığını qorumağa kömək edə bilər. Profilaktik tədbirlər və maarifləndirmə hepatitin yayılmasının qarşısını almaq üçün ən effektiv üsullardır".


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hindistanda təhlükəsizlik qüvvələri ilə toqquşmada 10 maoçu öldürülüb  

13:13
22 Noyabr

Türkiyə Yaşıl Hidrogen İstehsalçıları Assosiasiyasının rəhbəri iqlim investisiyalarını artırmağa çağırıb  

13:12
22 Noyabr

COP29 çərçivəsində Afrikada tətbiq olunan yaşıl təşəbbüslərə dair tədbir keçirilib  

13:11
22 Noyabr

İsveçrə nümayəndəsi: İnanıram ki, COP29 doğru bir yol olacaq  

13:10
22 Noyabr

COP29 Malayziya mətbuatında  

13:09
22 Noyabr

Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib  

12:07
22 Noyabr

Türkiyədə I İstanbul Enerji Forumu keçirilir  

12:05
22 Noyabr

Amerikalıların 50 faizi Trampın kadr təyinatlarını müsbət qiymətləndirir  

12:04
22 Noyabr

COP29-un nigeriyalı iştirakçısı: Burada iştirak etdiyim üçün özümü çox şanslı hiss edirəm  

12:03
22 Noyabr

COP29-un iştirakçısı: Burada aparılan müzakirələr nəticəsində iqlim probleminin öhdəsindən gəlmək mümkündür  

11:50
22 Noyabr

Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər  

11:49
22 Noyabr

Ötən ay yaşa görə sosial müavinət alanların sayı 155 mindən çox olub  

11:46
22 Noyabr

Azərbaycan nefti bahalaşıb  

11:46
22 Noyabr

Meksikalı icraçı direktor: Məqsədlərə çatmaq istəyiriksə, maliyyə dəstəyini artırmalıyıq  

11:42
22 Noyabr

Seneqallı iştirakçı: Ümid edirik ki, COP29-dan sonra daha çox ölkə iqlimlə bağlı maliyyə ayıracaq  

11:19
22 Noyabr

COP29-da danışıqlar qruplarının iştirakı ilə Qurultay olub  

11:02
22 Noyabr

On ayda əhaliyə ödənilən müavinətlərin statistikası açıqlanıb  

10:59
22 Noyabr

DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib  

10:41
22 Noyabr

Lester Universitetinin professoru: COP29 biomüxtəlifliyin qorunması üsullarını müzakirə etmək üçün imkan yaratdı

10:37
22 Noyabr

Sərhəd Qoşunlarının komandanı azad olunan ərazilərdə dövlət sərhədinin mühafizəsi istiqamətində görülən işlərdən danışıb  

10:22
22 Noyabr

DSX rəisinin müavini: Bu il dövriyyədən çıxarılan narkotik vasitələrin ümumi dəyəri 13 milyon 174 min manat təşkil edib  

10:05
22 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!