21 Dekabr 2024 08:55
997
Səhiyyə
A- A+
"D"dən "B12"yə...

"D"dən "B12"yə...


Bu vitaminlərin normadan artıq qəbulu nələrə səbəb olur?


Orqanizmin bərpası və inkişafında mühüm rol oynayan vitamin çatışmayanda immunitet zəifləyir, sümük və əzələlərdə ciddi fəsadlar yaranır, orqanizmin müxtəlif xəstəliklərə qarşı davamlılığı azalır.

Vitaminə olan tələbat təbii qidalarla ödənilmədikdə, bu boşluq qida əlavələri ilə tamamlanır. Bioloji fəallığa malik qida əlavələrini qəbul edərkən ilk növbədə orqanizmin əskikləri aşkarlanmalıdır. Onlar mütəxəssis nəzarəti altında və ya tövsiyə olunan miqdarda istifadə edildikdə faydalıdır. Bununla bağlı ingilis alimlərinin apardığı araşdırma nəticəsində məlum olub ki, D və B12 vitaminlərinin normadan artıq qəbulu bir sıra xroniki xəstəliklərin riskini artırır.

Araşdırmada Böyük Britaniyadan olan 35-69 yaş arası 25 min insan iştirak edib. Nəticələr göstərib ki, B12 və D vitaminlərinin ehtiyacdan çox qəbulu multimorbidlik (bir xəstədə müxtəlif mənşəli bir neçə xroniki xəstəliklərin birləşməsi) riskini artırır.


"Günəş vitamini" əskikliyi


Dünyada təxminən 1 milyard insan D vitamini çatışmazlığından əziyyət çəkir. Onun əskikliyi həm uşaqlarda, həm də böyüklərdə ciddi xəstəliklərə səbəb olur. Əzələ və sümük sağlamlığının qorunmasında mühüm rol oynayan bu vitamin immunitet sisteminə də təsir edərək dağınıq sklerozdan ürək-damar xəstəliklərinə qədər müxtəlif xəstəliklərə yol açır. 

Amerikalı mütəxəssislərin tədqiqatına əsasən, insan orqanizmində D vitamini səviyyəsinin ölüm riskinə təsir etdiyi məlum olub. Belə ki, orqanizmdə D vitamini normal səviyyədə olan insanların ölüm riski bu vitamin çatışmazlığı olanlara nisbətən 57 faiz aşağı olduğu sübut edilib.

D vitamini bədəndə kalsium və fosforun mənimsənilməsində əsas rol oynayır,  sümüklərin və dişlərin möhkəmlənməsinə kömək edir. Bu vitamini Günəş işığı, qida və dərmanlar vasitəsilə əldə etmək mümkündür. Dərinin Günəş şüalarına məruz qalması nəticəsində orqanizm özü D vitamini sintez edir. Buna görə də vitaminin digər adı "Günəş vitamini"dir. Həftədə bir neçə dəfə 15-30 dəqiqə günəşdə qalmaq D vitamini qəbulu üçün kifayət edir. Qidalar isə gündəlik onun ən çox 2-3 faizini ödəyə bilər.

Günəşin köməyi ilə orqanizmimizdə istehsal edilən təbii D vitamini sulfatlıdır. Ona görə də o həm suda, həm də yağda həll olunmaq qabiliyyətinə malikdir. Nəticədə bədənin hər hüceyrəsinə, hər toxumasına və orqanına asanlıqla daxil ola bilir. Süni D vitamini isə sulfatsızdır. Buna görə də ilk seçim Günəşdən alınan təbii D vitamini olmalıdır.

Qida rasionuna D vitamini ilə zəngin qidalar əlavə etmək olduqca vacibdir. Somon, tuna və sardina balıqları, yumurta sarısı, mal qaraciyəri və südlü məhsullar kimi qidalar da bu vitaminlə zəngindir. D vitamini əskikliyi sümük, əzələ ağrısı, yorğunluq, sümüklərin kövrək olması və depressiya şəklində büruzə verir.

Yaş, cins, coğrafiya, müşayiət olunan xəstəliklər, hamiləlik vəziyyəti və hətta dəri rəngi gündəlik "Günəş vitamini" ehtiyacını təyin edən amillərdir. Məsələn, bu vitamin çatışmazlığı tünd dəri tonuna malik insanlar üçün daha təhlükəlidir. Çünki tünd dəridə melanin daha çox olduğu üçün Günəşdən D vitamini sintezi azalır. Ona görə də vitamin ehtiyacı insandan-insana dəyişir. D vitamininin yüksək dozada qəbulu isə toksik təsir göstərə bilər. Bu zaman qanda kalsium səviyyəsi yüksəlir, kilo itkisi, nizamsız ürək döyüntüsü, sümük sınıqları riskinin artması, damarlarda və toxumalarda kalsiumlaşma, ürək və böyrəklərin zədələnməsi kimi hallar müşahidə edilir.


Sintez olunmayan vitamin


Sağlamlıq cəhətdən olduqca vacib olan B12 vitamini orqanizm tərəfindən sintez olunmayan, ancaq qida vasitəsilə orqanizmə daxil olan vitamindir. O, bədənin qırmızı qan hüceyrələrinin meydana gəlməsində, sinir hüceyrələrinin qorunmasında və DNT molekullarının istehsalında mühüm rol oynayır.

B12 vitamininin bir hissəsi əzələ, qaraciyər və müxtəlif toxumalarda toplandığı halda, bir hissəsi sidiklə bədəndən xaric olur. Ancaq gündəlik vitamin qəbulu həddindən artıq olarsa, dəridə səpgilər, qızartı, qaşınma, dəri qabarcıqları, qarın ağrısı, ürəkbulanma, qusma, həzmsizlik, şişkinlik və ishal kimi əlamətlər meydana gələ bilər.

İnsan bədəni demək olar ki, hər dəqiqə milyonlarla qırmızı qan hüceyrəsi istehsal edir. Bu hüceyrələrin çoxalması üçün B12 vitamini lazımdır. Onun səviyyəsi çox aşağı olduqda isə qırmızı qan hüceyrələrinin istehsalı azalır və anemiyaya səbəb olur. B12 çatışmazlığı yorğunluq, əzələ zəifliyi, yaddaş problemləri, çəki itkisi, ağız yaraları, görmə problemləri, nəfəs darlığı, anlama və mühakimə qabiliyyətinin dəyişməsi, tarazlıq və koordinasiya problemləri, əsəbilik şəklində də özünü büruzə verir.

Mütəxəssislər 14 yaşdan yuxarı şəxslərin gündə 2,4 mikroqram (mkq) B12 vitamini istehlak etməsini tövsiyə edirlər. Hamilə qadınlarda bu miqdar 2,6 mikroqram olduğu halda, süd verən qadınlarda 2,8 mikroqrama qədər yüksəlir.

B12 vitamini heyvan mənşəli qidalarda, süd və süd məhsullarında, alma, banan, avokado, qaragilə və manqo kimi meyvələrdə olur. Vegetarianlar (heyvan ətini istehlak etməyən) və veganlar (heyvan əti və heyvanlardan alınan hər hansı qida məhsulu istehlak etməyən), mədə və bağırsaq xəstəlikləri olanlar B12 çatışmazlığından əziyyət çəkirlər. Sözügedən vitaminin əskikliyi 65 yaş və yuxarı yaşlı insanlarda tez-tez müşahidə olunur. Çünki 50 yaşdan sonra B12 vitamininin orqanizm tərəfindən mənimsənilməsi çətinləşir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:07
30 Dekabr

“AzerGold” QSC-nin rəhbərliyi Daşkəsəndə vətəndaşlarla növbəti görüş keçirib  

17:05
30 Dekabr

Türkiyə ilə sərhəddən nəqliyyat vasitələrinin gündəlik buraxılış qabiliyyətinin artırılması müzakirə olunub

17:02
30 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda ölkə ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb  

17:01
30 Dekabr

Ağdam Sənaye Parkından Gürcüstana məhsul ixrac olunub

16:46
30 Dekabr

İzmirdə İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 16 nəfər saxlanılıb

16:02
30 Dekabr

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq- Proqnoz

15:53
30 Dekabr

Qazaxıstan mediası Azərbaycan Prezidentinin müsahibəsini geniş işıqlandırıb

14:26
30 Dekabr

Təyyarənin qəzaya uğraması faktı üzrə başlanılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir

13:48
30 Dekabr

Bakı-Aktau təyyarəsində texniki nasazlıqla bağlı işarə siqnalı işə düşüb

13:34
30 Dekabr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 rəqəmsal layihəsi beynəlxalq müsabiqənin qalibi olub  

12:22
30 Dekabr

Ayxan Hacızadə: Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görmək niyyətindədir  

11:36
30 Dekabr

Ayxan Hacızadə: Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görmək niyyətindədir  

11:28
30 Dekabr

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki hava

11:25
30 Dekabr

Britaniya mediası Azərbaycan Prezidentinin təyyarə qəzası ilə bağlı fikirlərini geniş işıqlandırıb  

11:23
30 Dekabr

2024-cü ildə Türkiyədə baş verən yol qəzalarının yarısına motosiklet sürücüləri səbəb olub

11:21
30 Dekabr

Ərəb mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer verib  

11:19
30 Dekabr

ABŞ-ın 39-cu prezidenti Cimmi Karter vəfat edib

11:17
30 Dekabr

Yeni il dünyada necə qarşılanır?

09:40
30 Dekabr

Bakıda Yeni il sehri

09:35
30 Dekabr

Dövlətimizin qüdrəti, ölkəmizin imkanı, xalqımızın gücü ilə

09:30
30 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!