17 Yanvar 2026 09:15
1712
Mədəniyyət
A- A+
Rəssamın uğurlu bədii yaradıcılıq yolu

Rəssamın uğurlu bədii yaradıcılıq yolu


Xalça, miniatür və muğam sənəti xalqımızın minilliklər boyu yaradıb formalaşdırdığı mədəniyyətin əsas sahələridir. Xovsuz xalçaların hələ lap qədimlərdən xalqımızın məişətində geniş intişar tapdığı məlumdur. El müdrikliyindən süzülən naxışlar, ilmələr əsrlər boyu inkişafını davam etdirərək bu günümüzə gəlib çatmışdır. Elmi-texniki tərəqqinin inkişafı ilə xalça öz funksiyasını zəiflətsə də, bəzək əşyası kimi hər zaman qiymətli və əvəzolunmaz bir əşya olaraq qalmışdır. Toy-düyünlərdə qız-gəlinlərin ən əziz cehizi olmuşdur. XX əsrdə bir sıra tanınmış xalçaçı rəssamlarımız və tədqiqatçılarımız yetişmiş və özlərindən sonra məktəb yaratmışdılar. Burada Lətif Kərimov, Kamil Əliyev, Cəfər Müciri kimi sənət ustalarının adlarını xüsusilə vurğulamaq yerinə düşər. Bu məktəbin layiqli davamçılarından biri, Xalq rəssamı, məşhur xalçaçı rəssam Eldar Mikayılzadənin (1956) bu il 70 illik yubileyi tamam olur. 

Ata yurdu Naxçıvan torpağı olan Eldar Hidayət oğlu Mikayılzadə Bakının Əmircan qəsəbəsində anadan olub. O, lap kiçik yaşlarından rəssamlığa maraq göstərib. Əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1971-1975), sonra isə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (1978-1983) təhsil alıb. Rəssamlığa gəlişinə Xalq rəssamı Səttar Bəhlulzadənin böyük dəstəyi olub. Onun  xalçaçılıq sahəsində fəaliyyət göstərməsi və bu istiqamətdə yaradıcılığını davam etdirməsini isə məşhur xalçaçı rəssam Lətif Kərimov təşviq edib. Rəssam həmçinin yaradıcılığının formalaşmasında xalçaçı rəssam Cəfər Mücirinin də xüsusi rolunun olduğunu vurğulayır.  E.Mikayılzadə 1984-cü ildən peşəkar bədii yaradıcılıq fəaliyyətinə qədəm qoyub. O, AMEA-nın Memarlıq və İncəsənət İnstititunun xalçaçılıq şöbəsində elmi işçi (1983-1986), "Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyində baş rəssam (1986-1990) vəzifələrində işləyib. Birlikdə baş direktorun müavini, baş direktor vəzifələrini yerinə yetirib. Xalçaçı rəssam Eldar Mikayılzadə özünün "Xalı" şirkətini yaradıb. Bu şirkət ölkəmizin qədim xalçaçılıq ənənələrinin təbliği, inkişafı və yaşadılması işində uğurlu fəaliyyət göstərib. Eldar Mikayılzadə həmçinin uzun illər Qafqaz Müsəlmanları İdarəsinin Mədəniyyət işləri üzrə sədr müavini (1993-2018) vəzifəsində çalışıb. Rəssam 2005-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında uğurlu pedaqoji fəaliyyətlə məşğul olur. Eldar Mikayılzadənin xalçaçılıq sənəti sahəsində bir çox yetirməsi var.

Eldar Mikayılzadə 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul olunub. Onun indiyədək ölkəmizdə və xaricdə dəfələrlə fərdi sərgiləri təşkil edilib: London (1991), Moskva (1992), Paris (1993), İstanbul (1995), Brüssel (1996), Bakı (2010, 2022)). Xalçaçı rəssamın Brüsseldə təşkil olunan fərdi sərgisinin açılışını Ulu Öndər Heydər Əliyev etmişdi və sənət ustasının yaradıcılığına yüksək qiymət vermişdi. Rəssamın əsərləri ölkəmizdə və xaricdə muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. Eldar Mikayılzadənin müəllifi olduğu ornamental və süjetli xalça əsərləri nəinki ölkəmizdə, eləcə də dünyada geniş şöhrət qazanıb, tanınmış xalça mütəxəssisləri və kolleksionerlər tərəfindən yüksək qiymətləndirilib. Xalçaçı rəssamın xalça əsərlərinə nümunə olaraq "Yeni Xilə" (1977), "Bütöv Azərbaycan" (1981), "Şəbu-hicran" (1981, 2006), "Əfşan" (1983, 1995, 1996), "Nağıllar aləmi" (1983), "Azərbaycanın musiqi korifeyləri" (1985), "Azərbaycanın poeziya korifeyləri" (1985), "Lətif Kərimov" (1986), "Şam (M.Füzuli)" (1989), "Xətai" (1990), "Bürclər" (1991, 2000), "Suliddin" (1991), "Xəmsə" (1990), "Sirlər xəzinəsi" (1992), "İslam" (1992), "Təbriznamə" (1993), "Namazlıq" (1993), "İthaf" (1995-1997), "Xilaskar" (1995-1997), "Üç din" (1998), "Peyğəmbərlərin şəcərəsi" (1998), "Tövrat" (1999), "İsanın zühuru" (2000), "Bismillahir-rəhmanir-rəhim" (2003), "Üç peyğəmbər" (2004), "Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev" (2003, 2008), "Pirəbədil" (2009), "Yaranış" (2010), "Kəhkəşan" (2012), "Şəki xalçaları" silsiləsindən - "İlin fəsilləri", "Ləçək-turunc", "Adəm və Həvva", "Şəbəkə", "Bəndi-Rumi", "Göllü", "Xan ovu", "Ovçuluq", "Döyüş" və başqa xalçaları göstərə bilərik. Müəllimi Səttar Bəhlulzadəyə 4 xalça həsr edib: "Səttar dünyası" (1979), "Səttar Bəhlulzadə və dostları" (1982), "Səttar" (1999) və "Səttarın arzusu" (2012). Sonuncu xalçanın kompozisiyasında dahi rəssamın 36 rəngkarlıq əsərindən istifadə olunub. Xalçaçılıq sənətimizin yaşayan canlı korifeyi Eldar Mikayılzadənin əsərləri çeşni, kompozisiya quruluşu, kolorit həllinin ahəngi, ümumiyyətlə, mükəmməl bədii və texniki işlənilmə ustalığı ilə diqqətimizi cəlb edir. Adları sadalanan xalça nümunələrinin hər biri ayrı-ayrılıqda bədii təhlil və təsvir olunmağa layiq sənət əsərləridir.

Eldar Mikayılzadə həm də rəngkarlıq sahəsində bır sıra əsərlər ərsəyə gətirib. Rəssamın diqqəti cəlb edən, bədii estetik təsir qüvvəsi ilə fərqlənən belə işlərindən "12 imam" (2000), "Şam" (2001), "Yeddi alim" (2002), "İsa peyğəmbər" (2003), "Heydər Əliyev və Zərifə xanım Əliyevanın portreti" (2004), "Məryəm və Zəkəriyyə" (2006), "Meyvələrin söhbəti" (2006), "İki zirvə" (2006), "Məcnun" (2007), "Fələstinli Zeynəb" (2012) və başqa əsərlərinin adlarını qeyd etmək olar. 

Eldar Mikayılzadə monumental dekorativ tətbiqi sənət sahəsində də uğurlu bədii yaradıcılıq fəaliyyəti göstərmişdir. Onun bədii ornamental dekorativ kompozisiyaları əsasında ölkəmizdə Təzəpir, İçərişəhərdəki Cümə məscidlərinin daxili və xarici tərtibatları kökündən yenilənmiş, insanın mənəvi dünyasını zənginləşdirən yeni görkəm almışdır.  1992-ci ildə tədavülə buraxılmış milli valyutanın eskizlərinin müəllifi də məhz Eldar Mikayılzadədir. Rəssam gerb layihəsində də müəyyən dəyişikliklər edib, alovun yerinə alov dilləri ilə "Allah" kəlməsini yazıb.

Xalçaçı rəssam Eldar Mikayılzadə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Xalq rəssamı" fəxri adına layiq görülmüşdür. Xalçaçı rəssamın həyat və yaradıcılığı haqqında Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyevin nəşr olunmuş "Eldar Mikayılzadə" adlı albom-kitabı işıq üzü görmüşdür. Z.Əliyev rəssam haqqında yazır: Hər dəfə onun növbəti yeni xalçası ilə üz-üzə dayananda və tapdığı kifayət qədər yeni ifadə vasitələrini görəndə əmin olursan ki, o, dünya xalçaçılığında yeniliklərdən xəbərdardır və özünün də nə etmək istədiyini yaxşı bilir. Yəqin elə bu səbəbdən də yaratdığı əsərləri sənət biliciləri maraqla gözləyir və hər dəfə hanadan "ayrılan" hər xalça böyük heyrətə səbəb olur. 

Məşhur xalçaçı rəssam öz bədii və pedaqoji yaradıcılıq fəaliyyətini bu gün də uğurla davam etdirir. 


Əsəd QULİYEV,

sənətşünas, Azərbaycan Rəssamlar İttifaqının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Alimlər adi buzdan 10 dəfə möhkəm yeni material hazırlayıblar  

20:17
13 Oktyabr

Azərbaycan–Kamboca münasibətlərinin inkişafı daha da sürətlənəcək  

19:52
13 Oktyabr

İspaniyada neandertallara aid taxta alətlərin izləri aşkar edilib  

19:45
13 Oktyabr

  Papa XIV Lev əməliyyata hazırlanır

19:35
13 Oktyabr

Laos Prezidenti Milli Məclisdə olub  

19:28
13 Oktyabr

Kosmetik vasitələrin gözlərdə ciddi zədələnmələrə səbəb olduğu üzə çıxıb   

19:18
13 Oktyabr

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

19:03
13 Oktyabr

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

18:53
13 Oktyabr

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi inteqrasiya genişlənir  

18:42
13 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

18:31
13 Oktyabr

Kredit tarixçəsi olmayanlara da şans  

18:30
13 Oktyabr

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

18:19
13 Oktyabr

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub  

18:17
13 Oktyabr

Alimlər hüceyrələrin cavanlaşdırılmasına nail olublar  

18:13
13 Oktyabr

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb  

18:07
13 Oktyabr

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib  

18:01
13 Oktyabr

İqtisadi Şuranın növbəti iclası olub

17:58
13 Oktyabr

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

17:56
13 Oktyabr

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

17:56
13 Oktyabr

Panamada 6 maqnitudalı zəlzələ baş verib  

17:52
13 Oktyabr

Müharibə nəticəsində Ukrayna və Rusiyada 940 uşağın ölüm faktı təsdiqlənib  

17:43
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!