25 Aprel 2026 08:15
903
Təhsil
A- A+
Qlobal forumlar məkanında davamlı təhsil

Qlobal forumlar məkanında davamlı təhsil


Bunu Azərbaycan nümunəsində görmək mümkündür


Son illər ərzində Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi mühüm mərkəzlərdən biri kimi öz mövqeyini xeyli möhkəmləndirib. 

Respublikamızın müxtəlif yerlərində təşkil olunan qlobal forumlar, sammitlər, idman yarışları Azərbaycanın dünyada gündən-günə artan nüfuzunun, diplomatik uğurunun bariz göstəricisidir. Eyni zamanda bu proses daxili idarəetmə sisteminin daha da təkmilləşdirilməsi, infrastrukturun yüksəldilməsi və sosial xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılması kimi dəyərləndirilir.

Ölkəmizin paytaxtında mayın 17-dən 22-dək keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) bu istiqamətdə növbəti mühüm addım olacaq.

Forumun Azərbaycanda təşkili ölkənin beynəlxalq proseslərdə aktiv iştirakının nümunəsidir. Bu cür platformalar yalnız müzakirə mühiti yaratmaqla kifayətlənmir, eyni zamanda yeni tərəfdaşlıqların qurulmasına və strateji əməkdaşlıqların inkişafına şərait yaradır. Bakı bu tədbir vasitəsilə özünü həm siyasi, həm də iqtisadi baxımdan etibarlı tərəfdaş kimi göstərmək imkanı əldə edir.

Hazırda tədbirin yüksək səviyyədə təşkili üçün genişmiqyaslı hazırlıq işləri həyata keçirilir. Yüksək təhlükəsizlik, qonaqların rahatlığı kimi əsas məsələlər diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, şəhər infrastrukturunun qonaqlar üçün optimallaşdırılması istiqamətində görülən tədbirlər Bakının müasir və dayanıqlı şəhər modeli kimi tanıdılmasına xidmət edir. Bu isə xarici investorların diqqətini cəlb etməklə yanaşı, paytaxtın idarəetmə potensialına dair müsbət təsəvvür yaradır.

Belə mühüm və geniş tədbirlərin keçirilməsi şəhərin müxtəlif sahələrində olduğu kimi, təhsil sistemində də müəyyən dəyişikliklərin edilməsi zərurətini yaradır. Əsas məqsəd tədris prosesinin dayanmadan davam etməsini təmin etməkdir. Bu baxımdan, forum günlərində təhsil müəssisələrində dərslərin təşkili ilə bağlı müvafiq dövlət qurumu tərəfindən strateji qərarlar qəbul olunub.

Eyni zamanda Bakı şəhərində yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində də tədris distant formada təşkil ediləcək.

Qərara əsasən, WUF13-ün keçiriləcəyi günlərdə Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilində bəzi dəyişikliklər nəzərdə tutulub. Bundan başqa, Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla, Bakı şəhərinin digər rayonlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin V-XI siniflərində dərslər mayın 18-dən 22-dək distant formada keçiriləcək. Eyni yanaşma paytaxtda yerləşən ali, orta ixtisas və peşə təhsili müəssisələrinə də şamil ediləcək.

Bu addım təhsilin fasiləsizliyinin təmin olunmasına yönəlib. Müasir dövrdə onlayn təhsil artıq yalnız alternativ deyil, tədris prosesinin ayrılmaz hissəsinə çevrilib. Distant təhsil modeli şagird və tələbələrin proqramdan geri qalmamasına imkan yaradır, eyni zamanda onların bacarıqlarını inkişaf etdirir.

Əvvəllər bu kimi hallarda dərslərin müvəqqəti dayandırılması və ya tətil verilməsi geniş yayılmış təcrübə idi. Lakin hazırkı yanaşma akademik itkilərin qarşısını almağa xidmət edir. Şagirdlər artıq təhsilin yalnız fiziki məkanla məhdudlaşmadığını anlayır və bu, onların gələcək peşə həyatında mühüm rol oynayır. Xüsusilə, distant iş modelinin geniş yayıldığı bir dövrdə bu bacarıqların erkən formalaşması böyük əhəmiyyət daşıyır.

Onlayn təhsil və məsafədən iş rejiminə keçidin digər mühüm üstünlüklərindən biri də şəhər daxilində nəqliyyat sıxlığının azalmasıdır. Hesablamalara görə, bu cür qərarlar yol hərəkətində yükü əhəmiyyətli dərəcədə azaldır. Bu isə beynəlxalq tədbir iştirakçılarının şəhər daxilində rahat hərəkətinə imkan yaradır. Nəqliyyatın azalması ekoloji vəziyyətə də müsbət təsir göstərir. Bu baxımdan görülən tədbirlər "yaşıl şəhərsalma" prinsipləri ilə tam uyğunluq təşkil edir.

Xatırladaq ki, Azərbaycan bu sahədə müəyyən təcrübələrə malikdir. Belə ki, pandemiya dövründə əldə olunan rəqəmsal təhsil bacarıqları sonrakı illərdə də uğurla tətbiq olunub. Məsələn, 2024-cü ildə keçirilən COP29 iqlim sammiti zamanı tətbiq edilən distant təhsil modeli öz effektivliyini sübut edib. Həmçinin hər il keçirilən "Formula-1" yarışları zamanı da oxşar yanaşma tətbiq edilərək tədris prosesinin fasiləsizliyi təmin olunub.

Qəbul olunan qərarlar müvəqqəti xarakter daşıyır. Bu dəyişikliklər tədris proqramının ümumi icrasına uzunmüddətli təsir göstərmir və yalnız konkret dövrü əhatə edir. Əsas məqsəd həm tədbirin yüksək səviyyədə təşkilinə nail olmaq, həm də təhsil sisteminin fəaliyyətini davam etdirməkdir.

Beləliklə, Bakı bir tərəfdən beynəlxalq müzakirələrin keçirildiyi nüfuzlu məkana çevrilir, digər tərəfdən isə müasir idarəetmə və rəqəmsal təhsil modelini uğurla tətbiq edən şəhər kimi diqqəti cəlb edir. Bu yanaşma ölkənin uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir.

BMT Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda təşkili Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, yeni əməkdaşlıq imkanlarının yaranmasına və müxtəlif sahələrdə innovativ yanaşmaların tətbiqinə təkan verəcək. Təhsil sahəsində həyata keçirilən çevik qərarlar isə göstərir ki, ölkəmiz istənilən şəraitdə dayanıqlı inkişaf modelini qorumağa qadirdir. Bu da Azərbaycanın həm regional, həm də qlobal miqyasda mövqeyini daha da gücləndirir.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT xəbərdarlıq edir: Temperatur rekord həddə çata bilər

18:38
03 İyun

Alüminiumun qiyməti son 4 ilin ən yüksək həddinə çatıb

18:26
03 İyun

“Meta”nın süni intellekt botu “İnstagram” hesablarının oğurlanmasına səbəb olub

18:17
03 İyun

Yeni Almaniya vətəndaşlarının əksəriyyəti öz ilkin vətəndaşlığını saxlayır

18:11
03 İyun

“Azərlotereya” ASC 2025-ci il üzrə maliyyə hesabatını açıqlayıb

17:57
03 İyun

“Bakı Enerji Həftəsi” mühüm beynəlxalq platformaya çevrilib

17:56
03 İyun

Sərsəng su anbarında təxminən 320 milyon kubmetr su toplanıb

17:41
03 İyun

Azərbaycan və Keniya arasında məhkəmə-hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib  

17:22
03 İyun

“Europower Enerji”: Elektrik şəbəkəsi infrastrukturunun inkişafı bərpaolunan enerji mənbələrinin inteqrasiyasında mühüm rol oynayır  

17:21
03 İyun

Fransada 12 milyon şagirdin zorakılıqdan qorunmasına ehtiyac varmış  

17:18
03 İyun

Ekspert: Azərbaycanın rolu Cənubi Qafqazın strateji əhəmiyyətini artırır

17:09
03 İyun

Fransalı general: Aviasiyamızın formatı lazımi səviyyədə deyil

17:08
03 İyun

Roma Papası XIV Leodan

16:40
03 İyun

İyunun 4-6-da dağlıq və dağətəyi rayonlarda hava şəraiti arabir yağıntılı olacaq – XƏBƏRDARLIQ

16:39
03 İyun

Qərbi Azərbaycana qayıdış beynəlxalq hüquq və yeni reallıqlar müstəvisində - panel müzakirə

16:38
03 İyun

Coğrafiya İnstitutu: Kiçik Qafqazda sürüşmə aktivliyi artıb

16:37
03 İyun

Toxumçuluq sahəsində yeni rəqəmsal yanaşmalar təqdim edilib

16:17
03 İyun

DVX Vətəndaşları saxta vergi ödənişi saytları ilə bağlı xəbərdar edib

16:06
03 İyun

Zəngəzur dəhlizi üzrə işlər Azərbaycan tərəfində yekunlaşmaq üzrədir

16:01
03 İyun

Tramp: Mən olmasaydım, İsrail artıq yox idi

15:44
03 İyun

Bəhreyn ölkəni hədəfə alan raket və PUA-ları zərərsizləşdirib

15:42
03 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!