31 Mart 2023 02:46
614
İQTİSADİYYAT
A- A+
Qeyri-neft sənayesi ünvanını dəyişir

Qeyri-neft sənayesi ünvanını dəyişir

 

Regionlardakı sənaye zonalarına maraq göstərən investorların sayı artır

 

Ölkəmizdə qeyri-neft sənayesinin inkişafı istiqamətində mühüm işlər görülür. İlk növbədə sənaye parklarının yaradılması üçün yerli və xarici investorlara münbit şərait yaradılır, sənaye zonalarında işləmək üçün sərmayədarlara müxtəlif güzəştlər edilir. 
Bundan əlavə, sənaye zonalarında bütün infrastruktur da dövlət vəsaiti hesabına yaradılır. Yəni investorların ərazilərə su, işıq, qaz və yol çəkmək problemləri olmur. Bu o deməkdir ki, investorun iş görmək üçün çəkəcəyi xərclər yarıbayarı azalır. O, yalnız istehsal və xidmət sahəsinin tikilməsinə xərc çəkir. Dövlətin atdığı bu addımlar səmərəsiz qalmır. Sənaye zonalarına yerli sahibkarlarla  yanaşı, dünyanın müxtəlif ölkələrindən çoxsaylı iş adamları da maraq göstərirlər.
Bütün bunlar ixracın strukturuna da təsirsiz ötüşmür. Belə ki, sənaye zonalarının inkişafı ixracın artmasına və idxalın azalmasına səbəb olur. Hər iki faktor isə ölkənin maliyyə dayanıqlılığını təmin edir, üstəlik, əhalinin məşğulluq perspektivlərini artırır.
İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən verilən son məlumata görə, Azərbaycanda fəaliyyət göstərən sənaye zonalarında ümumilikdə 8,8 milyard manatlıqdan çox məhsul istehsal edilib və həmin məhsulların 2,9 milyard manatlığı ixrac olunub. 2022-ci ildə isə sənaye zonalarının rezidentləri tərəfindən 2,9 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, onun da 1,1 milyard manatlığı ixracın payına düşüb. 2021-ci illə müqayisədə ötən il satış 22,7, ixrac 13 faiz artıb. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,7, ixracında 29,5 faiz təşkil edib. Sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac olunub. 
Məlumatda o da  bildirilib ki, indiyədək sahibkarlar tərəfindən sənaye zonalarına 6,47 milyard manatdan çox investisiya yatırılıb, 10300-dən artıq daimi iş yeri yaradılıb.  Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 460 milyon manata yaxın investisiyanın yatırılması və 4500-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Qazanılan uğurları qeyri-neft sənayesində önəmli yer tutan Sumqayıt Kimya Sənaye Parkının rezidenti "Azertexnolayn" MMC-nin timsalında da aydın görmək mümkündür. Bu müəssisə öz ixrac coğrafiyasını genişləndirir. Belə ki, şirkət ilk dəfə olaraq ABŞ-yə (Miçiqan ştatına) aqrotexnikalar üçün ehtiyat hissələr (yedək parça) ixrac edib. Həmin ölkəyə ilkin mərhələdə 36,3 ton məhsul göndərilib.
Qeyd edək ki, "Azertexnolayn" Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi 2013-cü ildə qeydiyyata alınıb və parkın ərazisində müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı polietilen borular istehsal edir. Hazırda müəssisədə 60-dan çox çeşiddə məhsul istehsal olunur. Müəssisənin məhsulları daxili bazara satılmaqla yanaşı, dünyanın 20-dən çox ölkəsinə ixrac edilir.
Qeyri-neft sənayesinin inkişafında texnoparklarla yanaşı, sənaye məhəllələri də önəmli rol oynayır. Belə müəssisələrdə əsasən yerli tələbatı ödəmək üçün məhsul istehsal olunur. Bununla belə, həmin müəssisələrdə ixracyönümlü məhsulların istehsalı da həyata keçirilir.  Hacıqabul Sənaye Məhəlləsinin rezidenti "Elberg" MMC ilk dəfə olaraq Özbəkistana metal konstruksiya və tikinti materialları istehsalında istifadə olunan avadanlıqlar ixrac edəcək. İmzalanmış müqaviləyə əsasən, şirkət Özbəkistana 1,5 milyon dollar dəyərində məhsul göndərəcək. Bu Hacıqabul Sənaye Məhəlləsində həyata keçiriləcək ilk ixrac əməliyyatı olacaq. Şirkət Gürcüstan və Mərkəzi Asiya ölkələri ilə də ixracla bağlı danışıqlar aparır.
Məlumdur ki, hazırda işğaldan azad edilən ərazilərin potensialından səmərəli istifadə və doğma yurdlarına qayıdan insanların işlə təminatı vacib məsələlərdəndir. Bu tələbatı ödəmək üçün həmin ərazilərdə də yeni sənaye məhəllələrinin fəaliyyətə başlaması zəruri idi. Artıq Ağdam Sənaye Parkında işlər getdikcə sürətlənir. Parkda yeni qeydiyyata alınmış rezidentlərin ümumi investisiya həcmi 36 milyon manata yaxın olan layihələrinin reallaşması nəticəsində 130-dan çox daimi iş yeri yaradılacaq. Rezident statusu almaq istəyən sahibkarların sayı isə artmaqda davam edir. Son vaxtlar Ağdam Sənaye Parkında daha 2 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bununla rezidentlərin sayı 14-ə çatıb.
Yeni rezident - "Qarabağ Steel" MMC sənaye parkının 5 hektar ərazisində investisiya dəyəri 32,4 milyon manat olan boru və qutu profillərin istehsalı zavodunu inşa edəcək. 94 nəfərin daimi işlə təmin ediləcəyi müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, xaricə ixracı da nəzərdə tutulur. Ağdam Sənaye Parkının digər yeni rezidenti - "Thermo Natural Azerbaijan" MMC isə alçı, eksteryer suvaq, dolğu və izolyasiya materiallarının istehsalı zavodunu tikəcək. İnvestisiya dəyəri 3,5 milyon manat olan və 37 nəfərin işləyəcəyi müəssisədə istehsal olunacaq məhsullar əsasən daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək.

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

02:15
27 Dekabr

“Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:14
27 Dekabr

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 39.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müraciət edilməsi və müraciətə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında

02:13
27 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 488 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:12
27 Dekabr

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tabeliyində olan struktur idarələrə müxtəlif növ kabellərin satın alınması məqsədilə müsabiqə elan edir 

02:11
27 Dekabr

Vyanada təyyarə qəzası qurbanlarının xatirəsi anılır  

23:16
26 Dekabr

Zalsburq Azərbaycan Evində təyyarə qəzası ilə əlaqədar xatirə guşəsi yaradılıb  

22:38
26 Dekabr

Azərbaycanın Küveytdəki səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb  

21:36
26 Dekabr

Aktau yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə ikinci “qara qutu” tapılıb

21:33
26 Dekabr

“Embraer 190” təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirilib VİDEO  

21:08
26 Dekabr

AZAL: Təyyarə qəzasında həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəniləcək VİDEO  

21:05
26 Dekabr

Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Rumıniyada ehtiramla anılır  

21:02
26 Dekabr

Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb  

20:58
26 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Gürcüstanda ehtiramla anılıb  

20:44
26 Dekabr

Aktauda qəzaya uğramış təyyarədən sağ çıxan sərnişin stüardessanın şücaətindən danışıb  

20:38
26 Dekabr

Səhiyyə nazirinin müavini: Üç nəfər ağır vəziyyətdə olan yaralının müalicəsi Aktau şəhərində davam edir

20:27
26 Dekabr

Tacikistanın xarici işlər naziri Azərbaycan səfirliyinə gedərək başsağlığı verib  

20:16
26 Dekabr

Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək 

20:05
26 Dekabr

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalodan  

19:56
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar Milli Məclisin ünvanına çoxsaylı başsağlıqları gəlib  

19:36
26 Dekabr

Azərbaycanın Batumidəki baş konsulluğunda xatirə kitabı açılıb  

19:35
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!