26 Dekabr 2024 08:20
194
İQTİSADİYYAT
A- A+
Orta dəhliz və "Şimal-Cənub" marşrutu ölkəmizin strateji maraqlarını təmin edir

Orta dəhliz və "Şimal-Cənub" marşrutu ölkəmizin strateji maraqlarını təmin edir


Ötən əsr bəşər tarixində sənayenin inkişafı və iki dünya müharibəsi ilə yadda qalacaq. Bu əsr bir çox elmi ixtiralar və yeni texnologiyaların tətbiqi ilə yanaşı, həm də müharibələr nəticəsində ən çox insan itkisinə məruz qalan dövr oldu. Tarixə qovuşan həmin əsrin vurduğu müharibə yaraları tam sağalmasa da, qaysaq bağlamışdı...

XXI əsrin əvvəlində yaşayırıq, texnika və texnologiyalar sahəsində ötən qısa bir dövrdə görünməmiş irəliləyişə nail olmuşuq. Bunun sayəsində insanlar bir çox ağır zəhmətdən xilas olub. Tullantısız istehsala nail olmaq, dünyanın çirklənməsinin qarşısının almaq ümidi ilə yaşayırdıq ki,  hər şey tərsinə döndü. İndi üçüncü Dünya müharibəsinin başlanması və ya başlanacağı barədə qlobal səviyyədə müzakirələr gedir. Artıq üçüncü Dünya müharibəsinin əvvəlkilərdən fərqli olaraq başlanması fikri üstünlük qazanıb. Sadəcə olaraq Qərb və Şərq blokunun öldürücü savaşı başlanmayıb. Yəni gərgin olan münasibətlər nüvə müharibəsinə çevrilməyib, onun çevrilməyəcəyinə isə heç kəs zəmanət vermir.

Hələ iki blok arasında birbaşa hərbi münaqişə baş verməsə də, iqtisadi müharibə çoxdan başlanıb. Hazırda hər iki tərəf iqtisadi sahədə bir-birilərinə zərbələr endirməklə məşğuldur. Bu işdə Qərb bloku daha fəaldır. Bir çox sanksiyalardan, iqtisadi qadağalardan istifadə edir ki, rəqiblərini zəiflətsin. Belə vəziyyət bütün sahələrdə, o cümlədən beynəlxalq əhəmiyyətli ticarət marşrutlarında da baş verir. İndi hər iki blok qlobal səviyyədə mövcud dəhlizlərə nəzarət uğrunda gərgin mübarizə aparır. Məsələ ondadır ki, qarşıduran tərəflərin rəqabət apardığı Orta dəhlizin və "Şimal-Cənub" marşrutunun açar ölkəsi Azərbaycandır.

Azərbaycan dövləti bu rəqabət aparan qüvvələrin heç birinə qoşulmadan öz milli maraqlarına uyğun siyasət aparır. Məqsədimiz hər bir tərəflə iqtisadi maraqlarımıza cavab verən şəkildə əməkdaşlıq etməkdir. Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət ölkəmizin dünyada həm siyasi, həm də iqtisadi nüfuzunun artmasına xidmət edir. Bu, düşünülmüş siyasətin nəticəsidir ki, bütün tərəflər Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır.

Çinin dövlət başçısı Si Cinpin Azərbaycanı Orta dəhlizin ən əhəmiyyətli ölkəsi adlandırır. Buna görə ölkəmizlə əməkdaşlığa xüsusi önəm verir. Çin "Bir kəmər, bir yol" layihəsi boyunca yerləşən ölkələrə investisiya qoyulmasının həcmini 5,1 faiz artıraraq 30,17 milyard dollara çatdırıb. "Əjdahalar ölkəsi"nin Orta dəhlizə olan marağı dünyada baş verən geosiyasi proseslərlə bağlı daha da artıb. Ona görə ki, bu ölkə Avropa  qitəsi,  Yaxın Şərq və Şimali Afrika ilə ticarəti ənənəvi marşrutlarla həyata keçirirdi. Yüklərin dənizlə daşınması ucuz başa gəlir. Belə ki, dəmir yolu nəqliyyatından 3,5 dəfə, hava nəqliyyatından 20 dəfə, avtomobil nəqliyyatından 7 dəfə daşınma xərci az olur. Lakin dənizlə daşınan yüklər təhlükəsizlik baxımından risk altında olur, həm də daşıma müddəti uzun çəkir. İndi dünya ticarətində tez satıb, tez gəlir əldə etmək qızıl qaydaya çevrilib. Bu üzdən yüklərin dəmir yolla daşınması xüsusi əhəmiyyət kəsb edib. Çin "Bir kəmər, bir yol" layihəsi ilə istehsal etdiyi məhsulların ixracını tezləşdirməyə diqqət yetirir. Ona görə ki, indiyədək Çinin əsas ticarət apardığı Qırmızı dəniz - Süveyş kanalı marşrutu Yəməndəki husilərin atəşi altındadır. Ümumiyyətlə, Çində düşünürlər ki, ən təhlükəsiz marşrut Orta dəhlizdir.

Rusiya-Ukrayna müharibəsi şimal qonşumuzun Avropa qitəsinə gedən yolunu bağlayıb. Bu üzdən dünya bazarına çıxmaq üçün "Şimal-Cənub" marşrutu ilə yükdaşımaların həcmini artırmaq məcburiyyətində qalıb. Elə buna görə Rusiya ilə Azərbaycan arasında  dəhlizlə ticarət yükdaşımalarının həcmini artırmaq məqsədilə yeni müqavilə imzalanıb. Belə ki, tərəflər dəmiryolu infrastrukturunun və tranzit daşımalarının imkanlarını artırmaq barədə qərar qəbul ediblər. Yeni qayda "Şimal-Cənub" dəhlizinin Qərb marşrutunun potensialını artırmaqla, dəmiryol nəqliyyatı ilə yüklərin daşınma həcminin artmasını stimullaşdıracaqdır. Bununla yanaşı, hədəf daşıma həcmlərinin artım tempi ilə dəmiryol nəqliyyatı infrastrukturunun inkişafı arasında balansı təmin etməkdir.

Onu da vurğulayaq ki, Azərbaycandan keçən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin qərb marşrutu üzrə yük daşımaları cari ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 31 faiz artıb. Azərbaycanda "Şimal-Cənub" nəqliyyat dəhlizinin dəmir yolu və avtomobil seqmentləri tam reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Azərbaycan öz ərazisində infrastrukturunun təkmilləşdirilməsi istiqamətində lazımi tədbirləri görür.

Prezident İlham Əliyevin 2023-cü ildə təsdiqlədiyi 2024-2026-cı illər üçün tranzit yükdaşımalar üzrə fəaliyyət planı çərçivəsində fiziki infrastrukturun gücləndirilməsi, əməliyyat səmərəliliyinin və koordinasiyanın artırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərində innovativ həllər və rəqəmsallaşdırmanın tətbiqi üzrə tədbirlər görülür.

Onu da vurğulayaq ki, "Şimal-Cənub" nəqliyyat marşrutu da ölkəmizin strateji maraqlarına cavab verir. Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması haqqında saziş Rusiya, İran və Hindistan hökumətləri arasında 12 sentyabr 2000-ci ildə imzalanıb. Azərbaycan tərəfi bu sazişə 20 sentyabr 2005-ci ildə qoşulub. Hazırda 12 ölkə, o cümlədən Tacikistan, Qazaxıstan, Azərbaycan, Belarus və Oman sazişin iştirakçılarıdır.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

02:15
27 Dekabr

“Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:14
27 Dekabr

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 39.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müraciət edilməsi və müraciətə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında

02:13
27 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 488 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:12
27 Dekabr

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tabeliyində olan struktur idarələrə müxtəlif növ kabellərin satın alınması məqsədilə müsabiqə elan edir 

02:11
27 Dekabr

Vyanada təyyarə qəzası qurbanlarının xatirəsi anılır  

23:16
26 Dekabr

Zalsburq Azərbaycan Evində təyyarə qəzası ilə əlaqədar xatirə guşəsi yaradılıb  

22:38
26 Dekabr

Azərbaycanın Küveytdəki səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb  

21:36
26 Dekabr

Aktau yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə ikinci “qara qutu” tapılıb

21:33
26 Dekabr

“Embraer 190” təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirilib VİDEO  

21:08
26 Dekabr

AZAL: Təyyarə qəzasında həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəniləcək VİDEO  

21:05
26 Dekabr

Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Rumıniyada ehtiramla anılır  

21:02
26 Dekabr

Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb  

20:58
26 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Gürcüstanda ehtiramla anılıb  

20:44
26 Dekabr

Aktauda qəzaya uğramış təyyarədən sağ çıxan sərnişin stüardessanın şücaətindən danışıb  

20:38
26 Dekabr

Səhiyyə nazirinin müavini: Üç nəfər ağır vəziyyətdə olan yaralının müalicəsi Aktau şəhərində davam edir

20:27
26 Dekabr

Tacikistanın xarici işlər naziri Azərbaycan səfirliyinə gedərək başsağlığı verib  

20:16
26 Dekabr

Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək 

20:05
26 Dekabr

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalodan  

19:56
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar Milli Məclisin ünvanına çoxsaylı başsağlıqları gəlib  

19:36
26 Dekabr

Azərbaycanın Batumidəki baş konsulluğunda xatirə kitabı açılıb  

19:35
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!