01 Sentyabr 2026 09:30
119
Mədəniyyət
A- A+
Qədim "Şah Abbas" məscidi yeni görkəmdə

Qədim "Şah Abbas" məscidi yeni görkəmdə


Qədim Bakının memarlıq tikililəri, məhəllə və meydanları sırasında məscid və inanc yerlərinin mühüm yeri var. Belə tarixləşən ünvanlardan biri də  paytaxtın Keşlə qəsəbəsində yerləşən, qədimdən Şah Abbas məscidi kimi tanınan tikilidir. "Şəhərsalma və Memarlıq İli" çərçivəsində məscidin tarixi və taleyi ilə tanışlıq bizi xəyalən ötən əsrin əvvəllərinə apardı.  

Məxəzlərdən məlum olur ki, Bakının qədim məscidlərindən hesab edilən bu tikili Şah Abbasın göstərişi ilə XVII əsrdə əhəng daşı ilə Abşeron məscidlərinə xas formada inşa edilmişdir. Sahəsi 139, ümumi ərazisi 1300 kvadratmetr olmaqla yerli əhəmiyyətli memarlıq abidəsidir və dövlət tərəfindən qorunur.

Sovet hakimiyyəti illərində məsciddən istifadə edilməmişdir. Dövlət müstəqilliyimizi qazandıqdan sonra Keşlə qəsəbə sakinlərinin məscidinin uzun müddət təmirsiz qalması və minarənin olmaması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə etdikləri müraciət öz həllini tapmışdır.

Dövlət başçısının tapşırığına əsasən, məscidin əsaslı təmiri və bərpası, yeni minarənin tikintisi ilə bağlı layihə hazırlanaraq bərpa və yenidənqurma işlərinə başlanılmışdır. Məsciddə Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən araşdırmalar aparılmış, mühəndis-müayinəsi və texniki vəziyyəti haqqında rəy verilmiş, rəyə Konstruksiya layihəsi hazırlanmışdır. Bünövrədə möhkəmləndirmə, binada isə mövcud mikroçatların aradan qaldırılması üçün yüksəkkeyfiyyətli ineksiya işləri görülmüşdür. 

Möhkəmləndirmə işləri aparılarkən binanın ilkin tarixi görünüşünün qorunub saxlanılmasına xüsusi diqqət yetirilmiş, əlavə olaraq atmosfer təsirlərinə məruz qalmış fasad üzlük daşları ilə bərpa olunmuş və yenilənmişdir. Daxildə sonradan görülmüş suvaq işləri sökülmüş, məscidin tikintisi zamanı istifadə olunmuş daxili üzlük daşları bərpa olunaraq tarixi görünüşünə qaytarılmışdır. Məscidin günbəz örtüyü dəyişdirilərək yenisi ilə əvəz olunmuş, binanın memarlıq üslubuna uyğun olaraq hündürlüyü 20 metr olan yeni minarə inşa edilmişdir.  Bundan əlavə, həyətdə yerləşən istifadəyə yararsız köməkçi tikili sökülərək yenidən inşa edilmişdir. Burada imam üçün otaq, 80 yerlik ehsan zalı, 70 yerlik əlavə ibadət zalı, kişi və qadınların dəstəmaz alması üçün otaqlar, mətbəx, anbar, qazanxana və təsərrüfat otaqları ibadətçilərin xidmətindədir. 

Məscidin həyətinə daxil olmaq üçün 2 giriş qapısı və ümumi memarlıq üslubunu tamamlayan 52 metr uzunluğunda dekorativ hasar inşa edilmişdir. Əlavə olaraq məscidin ətraf ərazilərində abadlıq-quruculuq və təmir işləri aparılmış, küçələr boyunca səkilər, hasarlar, iaşə və xidmət obyektlərinin və yaşayış evlərinin fasadları, bəzi evlərin yararsız dam örtükləri yenilənmiş, yaxın məhəllələrə asfalt örtüyü vurulmuş, kommunikasiya xətləri təmir edilmiş, küçə işıqları sistemi yenidən qurulmuş,  yaşıllıqlar salınmış, çoxlu sayda  yeni  ağaclar, bəzək kolu və güllər əkilmişdir.

Nizami Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilmiş bərpa və restavrasiya işlərindən sonra yeni görkəm alan Şərq memarlıq ənənələrini özündə ehtiva edən  məscid  müasirliyi və qədimliyi ilə Bakıya gələn turistlərdə, habelə gənc nəsildə böyük maraq doğurur.


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Kubokunda 97 boksçu mübarizə aparacaq

10:00
01 Sentyabr

Cəfər Cabbarlı irsi yeni təqdimatda

09:50
01 Sentyabr

Milli maarifçiliyin "Nəşri-maarif" yolu

09:40
01 Sentyabr

Qədim "Şah Abbas" məscidi yeni görkəmdə

09:30
01 Sentyabr

Yarım əsrdən çox Azərbaycan dilinin keşiyində 

09:20
01 Sentyabr

"Könlü balıq istəyənin..."

09:20
01 Sentyabr

Cari ilin 6 ayında xarici ticarətdə 9,3 milyard dollarlıqdan çox müsbət saldo yaranıb

09:20
01 Sentyabr

Sahibkarları hansı güzəştlər gözləyir?

09:20
01 Sentyabr

Azərbaycan Çinin "ağıllı kənd təsərrüfatı"na maraq göstərir

09:10
01 Sentyabr

Rəqəmsal gələcəyin əsas qüvvəsi - insan

09:00
01 Sentyabr

Süni intellekt əsrində Azərbaycanın rəqəmsal suverenliyi

08:50
01 Sentyabr

Revanşist ssenarilər artıq keçmişdə qalıb

08:40
01 Sentyabr

Mənasız missiyanın sonu

08:30
01 Sentyabr

İkinci Dünya müharibəsi - bəşəriyyətin ağır sınağı

08:20
01 Sentyabr

Naməlum talelilərin günü

08:10
01 Sentyabr

Azərbaycan-Özbəkistan strateji əməkdaşlığı sürətli yüksəliş yolundadır 

08:00
01 Sentyabr

Kia "Qızıl Açar" stimullaşdırıcı lotereyasının nəticələrini açıqlayıb

02:42
01 Sentyabr

Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü Gürcüstan mediasında

23:40
31 Avqust

Milli Məclisin sədri Uqandanın Vitse-prezidenti ilə görüşüb  

23:35
31 Avqust

Macarıstanın NATO-nun şərq cinahında "təhlükəsizlik dəhlizi"nin yaradılmasını dəstəklədiyi açıqlanıb  

23:31
31 Avqust

Milli Məclisin sədri Mozambikin Baş naziri ilə görüşüb  

22:38
31 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!