12 Sentyabr 2025 08:40
1462
SİYASƏT
A- A+
Qədim İpək yolundan müasir tərəfdaşlığa

Qədim İpək yolundan müasir tərəfdaşlığa


Azərbaycan-Çin münasibətlərinin tarixi kökləri var 


Azərbaycan ilə Çin arasında dostluq, iqtisadi və mədəni sahədə əməkdaşlıq gündən-günə inkişaf edir. Bu iki ölkənin münasibətləri böyük tarixi dövrü əhatə edir və qədim İpək yoluna dayanır. Xalqlarımız arasında o vaxtlar ticarət karvanları vasitəsilə iqtisadi və mədəni əlaqələr qurulub və zaman keçdikcə daha da formalaşıb.

Çin Xalq Respublikası müstəqilliyinə nail olmuş Azərbaycanla diplomatik əlaqələr yaradan ilk Asiya dövlətlərindən biri olmuşdur. Belə ki, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprelində qurulub. Həmin vaxtlardan müstəqil Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq yaranıb. 

1992-ci ilin avqustunda Çin Xalq Respublikasının Azərbaycanda səfirliyi açılıb, 1993-cü ilin sentyabrında isə Azərbaycan Milli Məclisi Pekində səfirliyin açılması haqqında qərar qəbul edib. Ötən illər ərzində yüksəksəviyyəli qarşılıqlı səfərlər həyata keçirilib və bir sıra müqavilə və sazişlər imzalanıb. Bu gün Azərbaycan-Çin münasibətləri qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanaraq inkişaf edir.

Azərbaycanla Çin arasında siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin ildən-ilə genişlənməsi dövlətimizin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir. Rəsmi Bakı dünya iqtisadiyyatında xüsusi rol oynayan və qlobal müstəvidə böyük gücə malik Çinlə əlaqələrin inkişafına mühüm önəm verir. Bu iki ölkənin liderləri arasındakı səmimi dostluq və əməkdaşlıq əlaqələri dövlətlərarası münasibətlərin inkişafına böyük təkan verir.

Tarixinin ən yüksək səviyyəsinə çatmış Azərbaycan-Çin siyasi əlaqələrinin möhkəmlənməsində mühüm addımlardan biri ötən il iyulun 3-də Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin imzalanması olub. Bununla iki dövlət arasındakı münasibətlərdə strateji tərəfdaşlığın əsasları qoyulub.

Bu ilin aprelində isə Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyannamə" imzalanıb. Birgə bəyanat Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın yeni səviyyəyə yüksəlməsində böyük əhəmiyyət kəsb edir. Sözügedən sənədə əsasən, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası bir-birinə öz maraqlarının, suverenliklərinin, təhlükəsizliklərinin və ərazi bütövlüklərinin qorunmasında qətiyyətli dəstək verirlər.

Azərbaycanla Çin arasında viza rejiminin ləğv edilməsi də bu dostluq və əməkdaşlığın göstəricisidir. Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"i təsdiqləyib.

Sentyabrın 9-da "İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə" adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində dövlətimizin başçısı İlham Əliyev vurğuladı ki, bu il ərzində Çinə həyata keçirilmiş səmərəli dövlət və işgüzar səfərlərim, bir çox sənədlərin, xüsusilə də strateji tərəfdaşlıq barədə iki sənədin imzalanması, qarşılıqlı viza rejiminin ləğvi Azərbaycan ilə Çin arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin bariz nümunələridir.

Avqustun 31-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü iki ölkə arasında dostluğun və geniş əməkdaşlığın təcəssümü olub. Prezident İlham Əliyevi "mənim əziz dostum" deyərək salamlayan Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan ilə Çin arasında 30 ildən artıq dövr ərzində uğurlu əməkdaşlıq münasibətlərinin qurulduğunu və hazırda əlaqələrimizin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini bildirib. Çin Xalq Respublikasının Sədri ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığını, energetika, o cümlədən bərpa-olunan enerji, rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndiyini deyib. Si Cinpin "Bir kəmər, bir yol" layihəsi çərçivəsində də Azərbaycan-Çin əməkdaşlığının möhkəmləndiyini qeyd edərək Azərbaycan ərazisindən Çin mallarının daşınmasının əhəmiyyətini diqqətə çatdırıb, bu xüsusda Trans-Xəzər marşrutunun önəminə toxunub.

Si Cinpin ölkəmizin suveren inkişaf modelinin Çin tərəfindən dəstəkləndiyini vurğulayıb. 

Prezident İlham Əliyev isə Azərbaycanın xarici siyasətində Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsinin prioritet istiqamətlərdən biri olduğunu bildirib. Dövlətimizin başçısı ölkələrimiz arasındakı ticarət münasibətlərində əsaslı artımın müşahidə olunduğunu qeyd edib. Prezident İlham Əliyev "Bir kəmər, bir yol" layihəsinə toxunaraq, onun vacib tərkib hissəsi olan və Azərbaycan ərazisindən keçən Orta dəhliz vasitəsilə daşımaların, xüsusilə Çin yüklərinin daşınmasının artmasını bu dəhlizin səmərəliliyinin və cəlbediciliyinin nümunəsi kimi qiymətləndirib.

Sentyabrın 1-də Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında keçirilən tədbirdə çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanla Çin arasında səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağları mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir: "Son iki ildə əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Ötən il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində biz strateji tərəfdaşlıq qurduq. Bu il mənim Çinə dövlət səfərim zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalandı. Bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdı".

Dövlətimizin başçısı Azərbaycanın beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəklədiyini diqqətə çatdırıb: "Biz həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq".

Azərbaycan ilə Çin arasındakı qarşılıqlı fəaliyyətin ikitərəfli gündəliyin bütün spektri üzrə möhkəmləndiyini qeyd edən Prezident İlham Əliyevin bildirdiyi kimi, bu, siyasi, iqtisadi-ticari, sərmayə, enerji, nəqliyyat-logistika sahələrini, rəqəmsal iqtisadiyyatın, elm və texnologiyanın, təhsil və mədəniyyətin inkişafını ehtiva edir. 


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

V.İ.Sadıqovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında 

00:18
05 Sentyabr

A.K.Əcəmovun Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

00:17
05 Sentyabr

Bakı Metropoliteninin yeni stansiyasının “20 Sentyabr” adlandırılması haqqında

00:17
05 Sentyabr

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub 

22:43
04 Sentyabr

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib  

20:26
04 Sentyabr

Bakıda Türk dünyası travmatoloq və ortopedlərinin beynəlxalq konqresinin açılışı olub 

19:32
04 Sentyabr

Ədliyyə naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

19:30
04 Sentyabr

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb

19:27
04 Sentyabr

Sahibə Qafarova: "Parlament diplomatiyası ölkələr arasında dialoq və əməkdaşlığa mühüm töhfə verir"

19:26
04 Sentyabr

Həkim əməyinə verilən dəyər insan sağlamlığına xidmət edir

19:16
04 Sentyabr

Qaradağ rayonunda şəhid və qazi ailələrinin övladlarına yeni dərs ili ilə əlaqədar hədiyyələr təqdim olunub

19:07
04 Sentyabr

Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

19:04
04 Sentyabr

ŞƏT məkanı Azərbaycanın xarici ticarət əlaqələrində xüsusi əhəmiyyət daşıyır

18:17
04 Sentyabr

Bakı Metropoliteninin yeni stansiyası “20 Sentyabr” adlandırılacaq

18:14
04 Sentyabr

Türk professor: “Azərbaycan Avrasiyanın yeni geoiqtisadi xəritəsində “qovşaq ölkə” rolunu gücləndirir “

17:33
04 Sentyabr

Azərbaycan-ŞƏT əməkdaşlığı siyasi, iqtisadi və nəqliyyat imkanlarını genişləndirir

17:30
04 Sentyabr

Gürcüstan gəncləri üçün Azərbaycanın ali təhsil imkanları təqdim ediləcək 

17:27
04 Sentyabr

Ekspert: Azərbaycanın ŞƏT ilə əməkdaşlığında iqtisadi və logistika prioritetləri ön plandadır

17:24
04 Sentyabr

ETSN-də görüş: ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşması məsələsi araşdırılıb

17:00
04 Sentyabr

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  

16:58
04 Sentyabr

Baş prokuror paytaxtın Yasamal rayonunda vətəndaş müraciətlərini dinləyib

16:55
04 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!