09 Oktyabr 2024 19:24
336
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin innovativ dövlət idarəçiliyi: COP29-a aparan yollar

Prezident İlham Əliyevin innovativ dövlət idarəçiliyi: COP29-a aparan yollar

Oktyabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurası və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin innovativ dövlət idarəçiliyi: COP29-a aparan yollar” mövzusunda tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a partiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin YAP Yasamal rayon təşkilatının qərargahında yerləşən büstü önünə gül dəstələri düzülüb.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan dünyada beynəlxalq tədbirlərin uğurla həyata keçirildiyi bir məkana çevrilib. COP sessiyaları iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu konfransa Şərqi Avropa qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Hazırlıq işlərinin miqyası göstərir ki, Azərbaycan COP29-un təşkilini də ən yüksək səviyyədə həyata keçirəcək.

Tədbirdə çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə vurğulayıb ki, COP29-un ölkəmizdə keçirilməsi, ilk növbədə, Prezident İlham Əliyevin dünyada yüksək nüfuzunun və həyata keçirdiyi uğurlu siyasətin parlaq nümunəsidir. Dövlətimizin başçısı qazanılan bu uğurla Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq.

YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru biologiya elmləri doktoru, professor Urxan Ələkbərov mövzu ilə əlaqədar məruzə ilə çıxış edib. O bildirib ki, iqlim dəyişikliyi artıq bütün dövlətlər qarşısında qlobal çağırış olaraq dayanır. İqlim dəyişikliyi məsələsində beynəlxalq ictimaiyyət, dünya ölkələrinin üzərinə böyük iş və məsuliyyət düşür. Şübhə yoxdur ki, etibarlı tərəfdaş olan Azərbaycan həmişə olduğu kimi, bu dəfə də öz üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirəcək, iqlim dəyişikliyi ilə mübarizədə yeni Azərbaycan modelini yaradacaq.

Məruzəçi Azərbaycanın innovativ idarəçilik baxımından dünya ölkələri arasında ön sıralarda olduğunu deyib və bu yöndə faktların müvafiq beynəlxalq təşkilatların hesabatlarında əksini tapdığını diqqətə çatdırıb. “Ölkəmizin ev sahibliyi edəcəyi COP29 iqlim dəyişikliyi ilə bağlı yeni yanaşmaların yaranmasına və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığa imkan verəcək. Azərbaycan kimi digər bütün ölkələr də bu problemin həllinə töhfə verməlidirlər”, - deyə U.Ələkbərov vurğulayıb.

AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Novruz Quliyev diqqətə çatdırıb ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində mühüm işlər aparılır. N.Quliyev COP29 ərəfəsində bəzi ölkələrin Azərbaycana qarşı qərəzli kampaniyalar apardığını və bu kampaniyaların qəbuledilməz olduğunu söyləyib.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri Təhmin Şəkibəyov deyib ki, iqlim dəyişikliklərinin baş verməsinin müxtəlif səbəbləri var. Onun sözlərinə görə, istixana qazlarının normadan artıq havaya buraxılması iqlimə mənfi təsir edən əsas amillərdəndir. Eyni zamanda, iqlim dəyişiklikləri kənd təsərrüfatında məhsuldarlığa da ciddi təsir edir. Son yüz illə müqayisədə meşə yanğınlarının bir neçə dəfə artması da bu problemlər sırasına daxildir.

Sonra tədbir interaktiv formada davam edib, iştirakçıların sualları cavablandırılıb.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Polis zabiti avtomobil qəzasında həlak olub

22:45
09 Oktyabr

QHT-lər üçün COP29-da Yaşıl Bölgə ilə bağlı informasiya sessiyası təşkil olunub

22:43
09 Oktyabr

Mariya Zaxarova COP29 ərəfəsində ABŞ-ın Azərbaycana təzyiqini “klassik taktika” adlandırıb  

21:59
09 Oktyabr

TDT xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib

21:50
09 Oktyabr

Ukrayna münaqişənin gələn ildən gec olmayaraq başa çatmasını istəyir

21:33
09 Oktyabr

Azərbaycan-BMT əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə olunub

21:09
09 Oktyabr

Ramil Həsən: Barışığa nail olmaq üçün Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət edilməlidir  

21:02
09 Oktyabr

Şuşa və Ağdam abidələri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib

20:57
09 Oktyabr

“Milton” qasırğası Floridanın sahil xəttini kəskin şəkildə dəyişdirə bilər

20:23
09 Oktyabr

Zaxarova: Qərbin destruktiv siyasəti nüvə təhlükəsi səviyyəsini ciddi şəkildə artırıb

20:01
09 Oktyabr

Qaribaşvili: Avropa Parlamentinin Gürcüstanla bağlı qətnaməsi daxili işlərimizə “həyasız müdaxilədir”

19:45
09 Oktyabr

Zaxarova: Ermənistanın MDB XİNŞ-də sənədlərdən birini imzalamaqdan imtina etməsinin səbəbini bilmirik  

19:34
09 Oktyabr

Ekspert: Erməni xalqının rifahı yalnız Azərbaycanla imzalanacaq sülh sazişindən asılıdır

19:25
09 Oktyabr

Prezident İlham Əliyevin innovativ dövlət idarəçiliyi: COP29-a aparan yollar

19:24
09 Oktyabr

Müdafiə xərcləri 70 milyard dollaradək artırıldı - Bloomberg

19:03
09 Oktyabr

Tramp məğlub olsa, həbs olunacam - Maskdan açıqlama

18:59
09 Oktyabr

Rusiyada “Discord” qadağan edildi

18:47
09 Oktyabr

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib YENİLƏNİB

18:03
09 Oktyabr

Səməd Seyidov: ABŞ-ın Azərbaycana münasibəti ikili standartlarla dolu və qeyri-səmimidir

17:53
09 Oktyabr

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

17:41
09 Oktyabr

Yeni məhkəmə hakimləri and içiblər

17:33
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!