25 Fevral 2026 22:21
3013
Səfərlər
A- A+
Prezident İlham Əliyev Xocalının Xanabad kəndində görülmüş işlərlə tanış olub YENİLƏNİB 

Prezident İlham Əliyev Xocalının Xanabad kəndində görülmüş işlərlə tanış olub YENİLƏNİB 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocalı rayonunun Xanabad kəndində görülmüş işlərlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına və birinci xanıma kənddə görülmüş işlər barədə məlumat verdi.

Xanabad Xocalı rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir. Kənd Silahlı Qüvvələrimizin 2023-cü ildə həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

İşğaldan əvvəl kənddə orta məktəb, mədəniyyət evi, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib. Burada ölkə əhəmiyyətli XIII əsrə aid kilsə və IX əsrə aid “Aslan qalası” memarlıq abidələri var.

Kənddə ümumilikdə 276 ev var ki, onlardan da 115-i yararsız, 161-i isə qismən yararlıdır. İndiyədək 120 ev təmir olunub. Bu ilin sonunadək daha 41 ev istismara hazır olacaq. Bir neçə gün əvvəl 38 ailə - 154 nəfər kəndə qayıdıb.

Xanabadda bir sıra sosial layihələr icra olunub. Belə ki, mövcud 3 transformator məntəqəsi, elektrik və qaz xətləri bərpa edilib, eyni zamanda, yeni elektrik, qaz və optik xətlər çəkilib, subartezian quyularında və su anbarında təmir işləri aparılıb, 2 yeni su anbarının qurulması işlərinə başlanılıb. Kəndin su təminatı üçün Əsgəran qəsəbəsinin ərazisində nasos stansiyası inşa edilib, kənddaxili yollar bərpa olunub. Kəndin girişində “Xanabad” kompozisiyası quraşdırılıb, Xanabad gölünün sahilində park salınıb, estakada inşa edilib və Dövlət Bayrağı ucaldılıb.

X X X

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva kəndə köçmüş Əmrah Sahiblinin evində oldular.

Prezident İlham Əliyev: Salam.

Qadın sakin: Salam, xoş gördük.

Nümayəndə: Cənab Prezident, kənd buradan görünür elə. Arxasında yardımçı sahələr də var.

Prezident İlham Əliyev: Necə yerləşmisiniz burada?

Sakin: Çox gözəl, Allah Sizdən razı olsun.

Prezident İlham Əliyev: Gəlin, gəlin, uşaqlar. Ev necədir?

Sakin: Çox gözəl, Allah razı olsun.

Prezident İlham Əliyev: Neçə gündür buradasınız, 5 gündür?

Sakin: 5 gün olar.

X X X

Prezident İlham Əliyev: Adın nədir?

Uşaq sakin: Duyğu.

Prezident İlham Əliyev: Duyğu? Gəl, gəl, Mehriban xanımla görüş.

Birinci xanım Mehriban Əliyeva: Gəl buraya, görüşək.

Sakin: Xoş gəlmisiniz.

Birinci xanım Mehriban Əliyeva: Harada yaşayırsan, göstər, hanı sənin otağın?

Prezident İlham Əliyev: Şəraitiniz necədir?

Sakin: Salam. Çox yaxşıdır.

Prezident İlham Əliyev: İşin var?

Sakin: Təmin ediblər.

Prezident İlham Əliyev: Gəlin. İşlə təmin etmək üçün təkliflər verərsiniz.

Nümayəndə: Bəli, cənab Prezident İlham Əliyev. Artıq müraciət edib. Sürücü işləyir. Ümumiyyətlə, çalışırıq məşğulluqla bağlı Sizin tapşırığınızı yerinə yetirək.

Prezident İlham Əliyev: Bəli, əlbəttə.

Nümayəndə: Xocalıya köçən əhalinin 4100 nəfərindən 1230 nəfəri daimi işlə təmin olunub. Müəssisələr də çoxdur. Açılışlarında Siz də iştirak edirsiniz.

Prezident İlham Əliyev: Bəli, müəssisələr çoxdur. Məktəb də var. Müəllimlər necədir?

Digər nümayəndə: Biz 110 ailəni köçürəndən sonra müəllim kontingenti buraya yığılacaq. Çünki az əhali ilə aça bilmirik. Novruz bayramına qədər buraya 110 ailəni köçürəcəyik. Evlər hamısı hazırdır.

Prezident İlham Əliyev: Sənin neçə yaşın var?

Kişi sakin: Otuz iki.

Prezident İlham Əliyev: Sən işğaldan sonra anadan olmusan?

Kişi sakin: Bəli.

Prezident İlham Əliyev: Valideynlərin sağdır?

Kişi sakin: Bəli.

Prezident İlham Əliyev: Harada yaşayırlar?

Kişi sakin: Xanabad kəndində.

Prezident İlham Əliyev: Bir daha təbrik edirəm.

Sakin: Çox sağ olun.

Prezident İlham Əliyev: Gedək, bayırda şəkil çəkdirək. Əlini ver.

Sakin: İlham dayıya əlini ver. Afərin.

Prezident İlham Əliyev: Sözəbaxan uşaqdır.

Sakin: Çox yaxşı uşaqdır, çox ağıllı oğlandır.

X X X

Prezident İlham Əliyev: Təbrik edirəm.

Sakin: Çox sağ olun.

Uşaq sakin: Mən Sizi televizorda görəndə çox sevinirəm.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Sağ olun.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Shandian” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub

10:57
19 Aprel

Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb  

10:56
19 Aprel

Nazir Ceyhun Bayramov Tailanda işgüzar səfərə yola düşüb

10:55
19 Aprel

Rusiyanın bir sıra ərazilərinə dron hücumu olub

10:54
19 Aprel

İran: Hücumlar nəticəsində 3500 insan həlak olub

10:46
19 Aprel

Avropada inflyasiya sürətlənib

10:39
19 Aprel

Macarıstanda seçki nəticələri rəsmən elan edilib

10:29
19 Aprel

Yumurta min bir dərdin dərmanıdır

10:21
19 Aprel

İranla ABŞ arasında uranla bağlı fikir ayrılığı davam edir

10:16
19 Aprel

Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, nəqliyyat və enerji təhlükəsizliyi üzrə əməkdaşlıq nəzərdən keçirilib  

10:11
19 Aprel

Azərbaycanın D-8 daxilində aktiv fəaliyyəti yüksək qiymətləndirilir

10:01
19 Aprel

Nazirlər təhlükəsizlik çağırışlarının aradan qaldırılmasında dialoq və diplomatiyanın rolundan danışıblar

09:53
19 Aprel

Azərbaycan və Qırğızıstan arasında əməkdaşlıq çoxşaxəli xarakter daşıyır

09:41
19 Aprel

TDT-nin gücü onun birliyində, ortaq dəyərlərində və ümumi baxışında əks olunub – nazirlərin qeyri-rəsmi iclası  

09:36
19 Aprel

Azərbaycan-Türkmənistan münasibətləri: Hörmət və etimada əsaslanan tərəfdaşlıq möhkəmlənir

09:29
19 Aprel

Media: Şimali Koreya bir neçə ballistik raket buraxıb

09:27
19 Aprel

Portuqaliyalı nazirə sülh gündəliyi və atılan addımlar barədə məlumat verilib

09:21
19 Aprel

Azərbaycan ilə Əlcəzair münasibətlərinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

09:13
19 Aprel

Azərbaycan Afrika qitəsi ölkələri ilə əlaqələrin daha da inkişafına xüsusi əhəmiyyət verir

09:08
19 Aprel

Azərbaycan ilə İordaniya arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səylər artırılır

08:59
19 Aprel

Azərbaycanın NATO ilə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndirilib

08:47
19 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!