12 Avqust 2026 18:46
1130
SİYASƏT
A- A+
Politoloq: Naxçıvanın qarşısında böyük inkişaf imkanları açılır  

Politoloq: Naxçıvanın qarşısında böyük inkişaf imkanları açılır  

Naxçıvan Azərbaycanın əsas ərazisindən ayrı yerləşən, lakin ölkəmizin ayrılmaz tərkib hissəsi olan mühüm strateji bölgəsidir. Sovet hakimiyyəti dövründə Zəngəzurun Ermənistana verilməsi nəticəsində Azərbaycanın Naxçıvanla birbaşa quru əlaqəsi kəsilib. Ermənistan-Azərbaycan münaqişəsinin başlanmasından sonra isə Naxçıvan uzun illər blokada şəraitində yaşayıb. Buna baxmayaraq, Azərbaycan dövləti hər zaman Naxçıvanın sosial-iqtisadi inkişafına xüsusi diqqət göstərib və burada mühüm sosial infrastruktur layihələri həyata keçirilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Elşad Həsənov deyib.

O bildirib ki, Ümummilli Liderin Naxçıvanda olduğu ağır dövrdə muxtar respublikanın müdafiəsi və inkişafı istiqamətində gördüyü işlər xüsusi əhəmiyyət daşıyıb. Ulu Öndərin Naxçıvanda Yeni Azərbaycan Partiyasını yaratması və həmin dövrdə muxtar respublikanın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi tədbirlər Naxçıvanın tarixində mühüm yer tutur. "Naxçıvan məsələsi tarixboyu Ermənistanın diqqətində olan məsələlərdən olub. Lakin Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər regionda vəziyyəti köklü şəkildə dəyişdi. 44 günlük müharibənin ən mühüm nəticələrindən biri Üçtərəfli Bəyanatın 9-cu maddəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat əlaqələrinin açılması məsələsinin yer alması idi. Bu, böyük və mürəkkəb layihədir. Onun reallaşdırılması Azərbaycan Prezidentinin qətiyyətli siyasi iradəsi sayəsində mümkün olur. 2020-ci ildə gündəliyə daxil edilən bu məsələ sonrakı mərhələdə müxtəlif səbəblərdən yubadılsa da, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş görüş zamanı yeni mərhələyə qədəm qoydu. Ağ Evdə əldə olunan razılaşmalar çərçivəsində TRIPP layihəsinin həyata keçirilməsi ilə Azərbaycanın əsas hissəsi və Naxçıvan arasında nəqliyyat bağlantısının təmin olunması istiqamətində konkret perspektiv yarandı”.

Politoloq diqqətə çatdırıb ki, Naxçıvanın geostrateji əhəmiyyəti onun coğrafi mövqeyi ilə də şərtlənir. Muxtar respublikanın Ermənistanla 246 kilometr, Türkiyə ilə 15 kilometr və İranla 204 kilometr sərhədi var. Naxçıvan həm mühüm geosiyasi mövqeyə, həm də zəngin təbii və iqtisadi potensiala malikdir. Naxçıvanın əlverişli iqlim şəraiti və Günəş enerjisindən istifadə imkanları da gələcək inkişaf baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan Prezidentinin Naxçıvanda bərpaolunan enerji imkanlarının genişləndirilməsinə göstərdiyi diqqət də bununla bağlıdır. Muxtar respublika həm tarixi-mədəni irsi, həm təbiəti, həm də coğrafi mövqeyi baxımından böyük turizm mərkəzinə çevrilə bilər. TRIPP layihəsinin reallaşması Naxçıvanın nəqliyyat qovşağına çevrilməsi üçün ciddi zəmin yaradacaq. Bu məqsədlə artıq bu gündən etibarən zəruri infrastrukturun yaradılması istiqamətində işlər görülür. Naxçıvan şəhərində elektrik mühərrikli avtobusların istifadəyə verilməsi və şəhər nəqliyyatının müasirləşdirilməsi də gələcəyə hesablanmış layihələr sırasında xüsusi yer tutur.

E.Həsənov Naxçıvanın Azərbaycanın tarixində və milli dövlətçilik ənənələrində xüsusi yer tutduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan xalqının böyük dövlət xadimləri, ədibləri, şairləri, yazıçıları və elm xadimləri bu qədim torpaqda yetişib. Ümummilli Lider Heydər Əliyevin məhz Naxçıvanda anadan olması da muxtar respublikanın Azərbaycan tarixindəki xüsusi əhəmiyyətini daha da artırır.

"Ulu Öndərin ağır 1990-cı illərdə Naxçıvanda olması və muxtar respublikanın müdafiəsinə rəhbərlik etməsi tariximizin mühüm səhifələrindəndir. Naxçıvan həmin dövrdə böyük çətinliklərə baxmayaraq, düşmən qarşısında dayanmağı və öz torpaqlarını qorumağı bacardı. Səfər çərçivəsində yeni obyektlərin istifadəyə verilməsi, mühüm layihələrin təməlinin qoyulması və sosial-iqtisadi inkişafla bağlı yeni addımların müəyyənləşdirilməsi dövlətin Naxçıvanın gələcəyinə uzunmüddətli yanaşmanı göstərir. 2023-2026-cı illərdə Naxçıvanda həyata keçirilən layihələr artıq konkret iqtisadi nəticələr verməyə başlayıb. Naxçıvan Sənaye Parkının yaradılması da bu inkişaf prosesinin mühüm istiqamətlərindən biridir. Parkın fəaliyyətə başlaması yeni istehsal sahələrinin yaradılmasına, investisiyaların cəlb olunmasına, sahibkarlar üçün əlverişli şəraitin formalaşdırılmasına və gələcəkdə ixrac imkanlarının genişləndirilməsinə imkan verəcək. Prezident İlham Əliyevin mühüm xüsusiyyətlərindən biri ondan ibarətdir ki, təməlini qoyduğu layihələrin icrasını da diqqətdə saxlayır və aidiyyəti dövlət qurumlarına obyektlərin yüksək keyfiyyətlə tikilməsi ilə bağlı tapşırıqlar verir. Çünki bu obyektlər dövlətin və xalqın sərvətidir. Bu yanaşma Naxçıvanda həyata keçirilən layihələrin yalnız bu günə deyil, gələcəyə hesablandığını göstərir", – deyə politoloq vurğulayıb.

Onun sözlərinə görə, Naxçıvanda həyata keçirilən tədbirlər muxtar respublikanın iqtisadi və sosial inkişafının kompleks şəkildə təmin edilməsinə yönəlib. İnvestisiya fəallığının genişlənməsi, yeni istehsal və xidmət sahələrinin yaradılması, Naxçıvanın yeni inkişaf modelinin əsas istiqamətlərini təşkil edir.

“İnanıram ki, bundan sonra Naxçıvana həm daxili, həm də xarici investisiyaların cəlbi daha da artacaq. Naxçıvan Azərbaycanın iqtisadi məkanına daha böyük töhfələr verəcək. TRIPP layihəsi başa çatdıqdan sonra muxtar respublikanın böyük nəqliyyat qovşağına, mühüm logistika mərkəzinə çevrilməsi üçün real imkanlar yaranacaq. Bu isə yeni iş yerlərinin açılmasına, yükdaşımaların artmasına və Azərbaycanın regional tranzit-logistika mərkəzi kimi rolunun daha da güclənməsinə səbəb olacaq. Dövlətimizin başçısının Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə bu gün imzaladığı sənədlə 258 milyon manat vəsaitin ayrılması da dövlətin muxtar respublikaya göstərdiyi diqqət və qayğının növbəti konkret ifadəsidir. Naxçıvan əhalisi də dövlət başçısının həyata keçirdiyi bu genişmiqyaslı işlərə böyük rəğbət və inamla yanaşır. Hesab edirəm ki, Naxçıvanın inkişafı bundan sonra da davam edəcək və bu inkişaf bütövlükdə Azərbaycanın iqtisadi gücünün daha da artmasına xidmət edəcək", – deyən politoloq Elşad Həsənov fikirlərini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

23:59
23 Avqust

Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək  

23:57
23 Avqust

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

23:56
23 Avqust

Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir

23:53
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib YENİLƏNİB

23:52
23 Avqust

Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb

23:49
23 Avqust

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub

23:49
23 Avqust

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar  

22:52
23 Avqust

Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq

22:51
23 Avqust

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

21:47
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNİB

21:39
23 Avqust

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir

21:27
23 Avqust

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli 

21:17
23 Avqust

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur  

21:12
23 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir  

21:07
23 Avqust

Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub 

21:03
23 Avqust

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir  

20:57
23 Avqust

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli 

20:51
23 Avqust

Azərbaycan Premyer Liqası: “Turan Tovuz” ilə “Şamaxı” komandasının qarşılaşması heç-heçə başa çatıb  

20:50
23 Avqust

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

20:47
23 Avqust

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

20:45
23 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!