25 İyun 2026 08:05
218
CƏMİYYƏT
A- A+
Pambıqçılıq: dirçəlişdən inkişafa

Pambıqçılıq: dirçəlişdən inkişafa


Sabirabadda keçirilən regional müşavirədə bu mühüm sahənin intensiv inkişaf yolları araşdırıldı


Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi və regionların dayanıqlı inkişafının təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasət kənd təsərrüfatının ənənəvi sahələrinin də qarşısında yeni vəzifələr qoyur. Bu vəzifələr sırasında pambıqçılıq xüsusi yer tutur. 

Uzun illər ərzində ölkənin aqrar həyatında mühüm rol oynayan, minlərlə ailənin məşğulluğuna və rifahına töhfə verən pambıqçılıq artıq yeni inkişaf mərhələsinə qədəm qoyur. Müasir texnologiyalara, səmərəli idarəetməyə, elmi yanaşmaya və emal sənayesi ilə sıx inteqrasiyaya əsaslanan yeni inkişaf modeli pambıqçılığın iqtisadi əhəmiyyətini daha da artırmağı hədəfləyir.

Sabirabad rayonunda keçirilən regional müşavirə də məhz bu məqsədlərə xidmət edən mühüm tədbirlərdən biri oldu. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda pambıqçılıq sahəsi üzrə müəyyən olunmuş hədəflərin müzakirəsinə həsr edilən müşavirə dövlət qurumlarının nümayəndələrini, pambıqçılıq üzrə ixtisaslaşmış rayonların rəhbərlərini, fermerləri, sahibkarları və pambıq şirkətlərinin nümayəndələrini bir araya gətirdi.

Müşavirədə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirdi ki, dövlət başçısının tapşırığına əsasən, iyunun 12-dən etibarən ölkənin 13 iqtisadi rayonunda yeni dövlət proqramının geniş müzakirələri keçirilib. Fermer və sahibkarların qatıldığı müzakirələr aqrar sahənin inkişafı istiqamətində yeni təşəbbüslərin formalaşmasına, dövlət və özəl sektor arasında əməkdaşlığın daha da möhkəmlənməsinə imkan yaradıb. Prezident Administrasiyasının rəsmisi çıxışında vurğuladı ki, son illər pambıqçılığın inkişafı istiqamətində həyata keçirilən sistemli tədbirlər nəticəsiz qalmayıb. Əkin sahələrinin optimallaşdırılması, dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, texnika təminatının yaxşılaşdırılması və aqrotexniki tədbirlərin gücləndirilməsi məhsuldarlığın yüksəlməsinə, kənd yerlərində məşğulluğun genişlənməsinə mühüm töhfə verib. Yeni dövlət proqramı isə artıq pambıqçılığın ekstensiv deyil, intensiv inkişaf modelinə keçidini nəzərdə tutur.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov müşavirədə pambıqçılıq  sahəsinin mövcud potensialından daha səmərəli istifadə olunmasının vacibliyini diqqətə çatdıraraq məhsuldarlığın yüksəldilməsi, klaster prinsipi əsasında inkişafın təmin olunması, texnika parklarının gücləndirilməsi və emal imkanlarının genişləndirilməsinin əsas prioritetlərdən olduğunu vurğuladı. Nazir pambığın yalnız xammal kimi deyil, əlavə dəyər yaradan məhsula çevrilməsinin qarşıdakı dövrün mühüm hədəflərindən biri olduğunu bildirdi.

Su təminatının yaxşılaşdırılması məsələsi də müşavirədə əsas müzakirə mövzularından biri oldu. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov qeyd etdi ki, son illər həyata keçirilən irimiqyaslı layihələr, yeni su mənbələrinin yaradılması, Şirvan və Qarabağ kanallarında aparılan yenidənqurma işləri pambıqçılıq rayonlarında məhsuldarlığın artmasına mühüm təsir göstərəcək. Müasir suvarma texnologiyalarının tətbiqi və su ehtiyatlarından səmərəli istifadə isə sahənin dayanıqlı inkişafının əsas şərtlərindəndir.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli isə pambıqçılığın qeyri-neft sektorunun inkişafında, ixrac potensialının genişləndirilməsində və regionlarda iqtisadi fəallığın artırılmasında mühüm rol oynadığını vurğuladı. Bildirdi ki, yeni iplik, parça və tekstil müəssisələrinin yaradılması əlavə dəyər zəncirinin genişlənməsinə, yeni iş yerlərinin açılmasına və ixrac gəlirlərinin artmasına xidmət edəcək.

Azərbaycan pambıqçılığının zəngin ənənələri var. Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə respublikada pambıq istehsalı 1 milyon ton həddinə çatmış, Azərbaycan keçmiş ittifaqın aparıcı pambıqçılıq mərkəzlərindən birinə çevrilmişdi. Bu gün isə məqsəd həmin təcrübəni müasir texnologiyalar və innovativ yanaşmalarla birləşdirərək sahənin iqtisadi səmərəliliyini daha da artırmaqdır.

Müşavirədə pambıqçılıqla məşğul olan fermerlər və pambıqçılıq sahəsi ilə bağlı olan  şirkətlərin nümayəndələrinin fikir və təklifləri də dinlənildi. Çıxış edənlər cari mövsümdə görülən işlər, məhsuldarlığın artırılması imkanları, su təminatının yaxşılaşdırılması, müasir aqrotexniki üsulların tətbiqi, texnika təminatı və dövlət dəstəyi mexanizmlərinin daha da təkmilləşdirilməsi ilə bağlı fikirlərini bölüşdülər. Qeyd olundu ki, son illər dövlətin aqrar sahəyə göstərdiyi hərtərəfli diqqət və dəstək pambıqçılığın inkişafı üçün yeni imkanlar açıb, kənd yerlərində məşğulluğun genişlənməsinə və fermerlərin iqtisadi marağının artmasına mühüm təsir göstərib. Çıxış edənlər qarşıya qoyulan hədəflərə nail olunacağına əminliklərini ifadə edərək aqrar sahənin inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər, səsləndirdikləri təkliflərin yeni dövlət proqramının icrası prosesində nəzərə alınacağına inamlarını ifadə etdilər.

Sabirabadda keçirilən regional müşavirə bir daha göstərdi ki, pambıqçılığın inkişafı üzrə müəyyənləşdirilmiş hədəflərin həyata keçirilməsi üçün bütün imkanlar mövcuddur. Dövlət dəstəyi, fermerlərin zəhməti, müasir texnologiyalar və emal sənayesinin inkişafı qarşıdakı illərdə pambığın ölkə iqtisadiyyatına verdiyi töhfəni daha da artıracaq. Bu isə qeyri-neft sektorunun inkişafına, regionların sosial-iqtisadi tərəqqisinə və kənd insanının rifahının yüksəlməsinə xidmət edən mühüm amillərdən biri olacaq.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qocalmaya qarşı mübarizədə yeni mərhələ

08:55
25 İyun

Bir arzunun izi ilə...

08:50
25 İyun

Türkmənbaşı limanı Orta dəhliz üzərindən daha çox yükün daşınmasına imkan verir

08:45
25 İyun

Azərbaycanın islam dünyasındakı yüksək nüfuzunun növbəti təsdiqi

08:40
25 İyun

Avropa Məhkəməsinin ədalətsiz qərarı erməni lobbisinin maraqlarına xidmət edir

08:35
25 İyun

Qlobal internet şəbəkəsi təhdidlərdən sığortalanmayıb

08:30
25 İyun

"Rəsmi İrəvanın atacağı addımlar Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas amil olacaq"

08:25
25 İyun

Xəzərin birləşdirdiyi dost və qardaş ölkə

08:20
25 İyun

Məram bəlli, məqsəd aydın

08:15
25 İyun

Ənənədən innovasiyaya

08:10
25 İyun

Pambıqçılıq: dirçəlişdən inkişafa

08:05
25 İyun

“Milli yaddaş"ın yaddaşındakılar

08:00
25 İyun

"Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 iyun tarixli 415 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:34
25 İyun

“Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:33
25 İyun

“Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların, həmçinin Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:32
25 İyun

“Qaz təchizatı sisteminə dair Qaydalar”ın təsdiq edilməsi və “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli Qərarının ləğv edilməsi barədə

02:31
25 İyun

“Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:29
25 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:25
25 İyun

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Londonda iqlim investisiyalarına həsr olunmuş dəyirmi masa təşkil edib  

22:17
24 İyun

“Qayıdış hüququ və öz müqəddəratını təyinetmə” konfransının iştirakçıları ABŞ Konqresinə müraciət ünvanlayıblar  

22:16
24 İyun

AŞPA Gürcüstanla bağlı qətnamə qəbul edib

22:03
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!