25 İyun 2026 08:45
176
İQTİSADİYYAT
A- A+
Türkmənbaşı limanı Orta dəhliz üzərindən daha çox yükün daşınmasına imkan verir

Türkmənbaşı limanı Orta dəhliz üzərindən daha çox yükün daşınmasına imkan verir


Dost ölkənin bu layihəyə qoşulmasında Azərbaycanın əvəzsiz rolu olub


Orta dəhlizlə daha çox yük daşınmasında Türkmənistanın ərazi cəhətdən xüsusi əhəmiyyəti var. Dəniz qonşumuz Qazaxıstandan sonra Xəzər üzərindən yük daşımaq üçün geniş imkana malikdir. Türkmənistanın Türkmənbaşı (keçmiş Krasnovodsk) limanı hələ sovetlər dönəmindən iki respublika arasında logistika əlaqələrində önəmli rol oynayıb.

Türkmənistan Prezidentinin ölkəmizə rəsmi səfəri çərçivəsində ölkələrimiz arasında aparılan səmərəli danışıqlarda logistika əlaqələrinin genişləndirilməsi də müzakirə olundu. Məqsəd ölkələrimiz və geniş coğrafiya üçün nəqliyyat əlaqələrini daha da dərinləşdirməkdir. Bununla bağlı Prezident İlham Əliyev türkmənistanlı həmkarı ilə görüşündə demişdir: "Bu gün nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı. Təbii ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq".

Məlum olduğu kimi, Orta dəhlizin beynəlxalq ticarət marşrutuna çevrilməsi üçün Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında Trans-Xəzər Nəqliyyat Marşrutunun yaradılması barədə müqavilə bağlanmışdır. Bu tarixi sənəd Orta dəhlizin qlobal ticarət marşrutuna çevrilməsində önəmli rol oynayır. Ancaq bu marşrut üzərindən daha çox həcmdə yük daşınması üçün Türkmənistanın da bu müqaviləyə qoşulması vacib idi. Məhz Prezident İlham Əliyevin Türkmənistan tərəfi ilə apardığı səmərəli danışıqlar dost ölkənin bu layihəyə qoşulmasını təmin etdi. İki ölkənin müvafiq qurumları mövcud imkanları dəyərləndirərək ümumi razılığa gəldilər. Cari ilin yanvar ayında ölkələrimiz arasında əlaqələri genişləndirmək üçün Türkmənbaşı Beynəlxalq Dəniz Limanının direktoru Parahat Æumayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Bakı Beynəlxalq Dəniz Limanının rəhbərliyi arasında görüş oldu. 

Görüşdə Bakı (Ələt) və Türkmənbaşı limanlarının Xəzər dənizində "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizinə xidmət edən əsas logistika mərkəzlərinə çevrilməsi müzakirə olundu. Qeyd edildi ki, hazırda bu marşrut üzrə neft, müxtəlif yüklər və dəmir yolu vaqonlarının daşınması həyata keçirilir. Modernləşdirmədən sonra Türkmənbaşı limanı iri nəqliyyat qovşağına çevrilib, Bakı limanı isə Ələt qəsəbəsində infrastrukturunu genişləndirərək yük və sərnişin daşımalarında rolunu artırıb.

Müzakirələrdə Xəzər dənizi-Qara dəniz beynəlxalq tranzit və nəqliyyat dəhlizinin inkişafı, Türkmənbaşı, Bakı, Poti, Batumi və Konstansa limanları vasitəsilə yükdaşımaların artırılması perspektivləri barədə də geniş fikir mübadiləsi aparıldı. 

Mütəxəssislər tərəfindən aparılan araşdırmalar göstərir ki, Orta dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı və Türkmənbaşı limanı vasitəsilə tranzitin stimullaşdırılması Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarının böyüməsinə və dünya bazarında mövqelərinin möhkəmlənməsinə mühüm töhfə verəcək.

Azərbaycan və Türkmənistan dövlət başçılarının əldə etdikləri razılaşmalardan sonra Türkmənistan tərəfi Türkmənbaşı dəniz limanı üzərindən daha çox yük daşınması üçün fəal addımlar atır. İlk növbədə tranzitin stimullaşdırılması üçün dəniz limanı rüsumları üzrə imtiyazların və daşımalarda güzəştlərin verilməsi də daxil olmaqla müxtəlif tədbirlər həyata keçirilir, o cümlədən Türkmənbaşı ilə Bakı arasında müntəzəm bərələr işləyir və quru yük gəmiləri fider daşınmasını təmin edir. Bunlardan əlavə, dost ölkə tərəfindən qərar qəbul edilib və həmin qərara görə, Türkmənbaşı limanında "gömrük anbarı" rejimi malları gömrük rüsumu ödəmədən 3 ilə qədər saxlamağa imkan verir.

Onu da vurğulayaq ki, Türkmənbaşı Beynəlxalq Dəniz Limanı bütün Mərkəzi Asiya regionunun əsas logistik mərkəzlərindən biridir. Liman Orta dəhlizin yükdaşıma imkanlarının artırılmasında önəmli rol oynayır. O, "Şərq-Qərb" dəhlizinin əsas halqası kimi Mərkəzi Asiyanın tranzit sistemində 17 milyon ton yükdaşıma qabiliyyətinə malik olan tək limandır.

Ötən ilin avqustunda Türkmənbaşı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkmənistanın Dəmir Yolu Nəqliyyatı Nazirliyi və Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu" 3 ölkə arasında əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir. Bu sənəd imzalandıqdan sonra adları çəkilən ölkələr arasında nəqliyyat əlaqələrini genişləndirmək üçün yeni layihələr icra olunur.

Son illər dünya logistika sistemində baş verən hadisələr beynəlxalq yükdaşımaların istiqamətini ciddi şəkildə dəyişdirib. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar, Qırmızı dəniz və Bab əl-Məndəb boğazında yaranmış təhlükəsizlik problemləri, eləcə də ənənəvi nəqliyyat marşrutlarında artan risklər yük sahiblərini alternativ və daha etibarlı marşrutlar axtarmağa məcbur edib. Bu gün həmçinin Çin, Əfqanıstan, Tacikistan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər Mərkəzi Asiya ölkələri Avropa bazarlarına daha sürətli və etibarlı çıxış əldə etməyə çalışırlar. Eyni zamanda Avropa ölkələri də öz məhsullarını, texnologiyalarını və investisiyalarını bu regionlara çatdırmaq üçün yeni marşrutlara ehtiyac duyurlar. Ona görə də Orta dəhliz birtərəfli deyil, Şərqlə Qərbi birləşdirən iki istiqamətli strateji ticarət marşrutudur. Həmin əlaqələrin yüksəlməsində  isə Türkmənistan limanı önəmli rola malikdir. Bununla belə, Prezident İlham Əliyevin rəhbərliyi ilə nəqliyyat, logistika və tranzit infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən siyasət sayəsində ölkəmiz Orta dəhlizin əsas iştirakçılarından biri olaraq qalır. Limanların, dəmir yollarının, gömrük infrastrukturunun və beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini daha da gücləndirib. Amma Orta dəhliz üzrə yük axınının davamlı artması mövcud infrastrukturun modernləşdirilməsini və yeni texnoloji həllərin tətbiqini zəruri edir. Azərbaycanın tranzit və logistika potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən layihələr də məhz bu məqsədə xidmət edir.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşaya yola düşən Zaur Xanəliyev: Bundan sonra övladlarımızı doğma torpaqlarımızda böyüdəcəyik

10:06
25 İyun

Keçmiş məcburi köçkün: Dövlətimizə minnətdaram ki, bizə bu sevinci yaşatdı

10:04
25 İyun

Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salınıb

10:02
25 İyun

DÇ-2026: CAR millisi Cənubi Koreya üzərində minimal hesablı qələbə qazanıb

09:56
25 İyun

Futbol üzrə dünya çempionatı: Meksika millisi Çexiya üzərində qələbə qazanıb

09:54
25 İyun

ABŞ seysmoloqları Venesuelada çoxsaylı insan tələfatı ilə bağlı proqnoz veriblər

09:53
25 İyun

Futbol üzrə dünya çempionatı: Mərakeş millisi Haitini məğlub edib

09:50
25 İyun

DÇ 2026: Braziliya C qrupunu lider kimi başa vurub

09:49
25 İyun

Almaniyada müsəlmanlara qarşı ayrı-seçkilik və zorakılıq halları artmaqdadır

09:47
25 İyun

DÇ-2026: Bosniya və Herseqovina millisi Qətərə qalib gəlib

09:45
25 İyun

Dünya çempionatı: İsveçrə millisi Kanadaya qalib gəlib

09:44
25 İyun

“El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı yekunlaşıb

09:40
25 İyun

“Sağlam məhəllə” layihəsi çərçivəsində yeni idman zonaları istifadəyə verilib

09:38
25 İyun

Qocalmaya qarşı mübarizədə yeni mərhələ

08:55
25 İyun

Bir arzunun izi ilə...

08:50
25 İyun

Türkmənbaşı limanı Orta dəhliz üzərindən daha çox yükün daşınmasına imkan verir

08:45
25 İyun

Azərbaycanın islam dünyasındakı yüksək nüfuzunun növbəti təsdiqi

08:40
25 İyun

Avropa Məhkəməsinin ədalətsiz qərarı erməni lobbisinin maraqlarına xidmət edir

08:35
25 İyun

Qlobal internet şəbəkəsi təhdidlərdən sığortalanmayıb

08:30
25 İyun

"Rəsmi İrəvanın atacağı addımlar Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas amil olacaq"

08:25
25 İyun

Xəzərin birləşdirdiyi dost və qardaş ölkə

08:20
25 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!