25 İyun 2026 08:25
198
SİYASƏT
A- A+
"Rəsmi İrəvanın atacağı addımlar Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas amil olacaq"

"Rəsmi İrəvanın atacağı addımlar Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas amil olacaq"


İyunun 7-də Ermənistanda keçirilmiş parlament seçkiləri ölkənin daxili siyasi gündəmi ilə yanaşı, regionda formalaşmaqda olan yeni geosiyasi reallıqlar baxımından da diqqətlə izlənildi. Seçkilər 44 günlük Vətən müharibəsindən, Azərbaycanın 2023-cü ildə həyata keçirdiyi antiterror tədbirlərindən sonra və Bakı ilə İrəvan arasında normallaşma prosesinin yeni mərhələyə qədəm qoyduğu bir dövrdə baş tutdu. 

Milli Məclisin deputatı Sevinc FƏTƏLİYEVA qəzetimizə açıqlamasında deyib ki,  səsvermənin nəticələri Ermənistan cəmiyyətində mövcud siyasi meyillərin və ölkənin gələcək inkişaf istiqamətləri ilə bağlı gözləntilərin müəyyən mənzərəsini ortaya qoyub: "Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyasının yenidən parlament çoxluğunu əldə etməsi onun hökumətinə siyasi legitimlik qazandırsa da, seçkilərin nəticələri qarşıdakı dövrdə Ermənistan rəhbərliyinin üzərinə götürdüyü öhdəlikləri hansı səviyyədə reallaşdıra biləcəyi ilə bağlı sualları tam aradan qaldırmır. Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə əsasən, "Vətəndaş Müqaviləsi" partiyası səslərin təxminən yarısını toplayaraq, parlamentdə çoxluğu qoruyub saxlayıb. Bununla yanaşı, müxalif qüvvələrin də parlamentdə təmsil olunması ölkədaxili siyasi balansın qorunduğunu göstərir. Ekspertlərin fikrincə, seçkilərin əsas nəticələrindən biri Ermənistan cəmiyyətində təhlükəsizlik, iqtisadi inkişaf və regional sabitlik məsələlərinin əvvəlki illərlə müqayisədə daha çox ön plana çıxmasıdır". 

Deputat qeyd edib ki, seçki kampaniyası dövründə Azərbaycanla münasibətlər, sərhədlərin delimitasiyası, nəqliyyat-kommunikasiya layihələri və sülh prosesi əsas müzakirə mövzuları sırasında yer alıb. Seçkilərdən sonra diqqət mərkəzində olan əsas məsələlərdən biri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və sülh müqaviləsinin yekunlaşdırılması perspektividir. Azərbaycanın mövqeyinə görə, dayanıqlı və hüquqi baxımdan etibarlı sülhün təmin olunması üçün Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarına hüquqi əsas yaradan müddəaların aradan qaldırılması vacib şərtlərdən biridir. 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sənədi tərəflərin qarşılıqlı olaraq bir-birinin suverenliyi və ərazi bütövlüyünü tanıdıqlarını təsdiqləsə də, yekun hüquqi nəticənin əldə olunması üçün Ermənistanın daxili hüquqi bazasında müvafiq dəyişikliklərin həyata keçirilməsi aktual olaraq qalır. "Məhz bu məqam seçkilərdən sonra Paşinyan hökumətinin qarşısında duran əsas siyasi və institusional çağırışlardan biri kimi qiymətləndirilir. Mövcud parlament tərkibi hökumətə siyasi idarəetmə imkanı versə də, konstitusiya dəyişikliklərinin həyata keçirilməsi üçün daha geniş siyasi və ictimai konsensusun formalaşdırılması zərurəti qalır. Bu isə prosesin sürətinə və nəticələrinə birbaşa təsir göstərə biləcək amildir", - deyə S.Fətəliyeva əlavə edib. 

Sevinc Fətəliyevanın sözlərinə görə, seçki kampaniyası dövründə Ermənistan rəhbərliyi bir neçə strateji istiqamət üzrə fəaliyyətini davam etdirəcəyini bəyan edib: "Bunlara Azərbaycanla sülh müqaviləsinin imzalanması, yeni konstitusiya layihəsinin hazırlanması, regional nəqliyyat-kommunikasiya layihələrinin inkişafı və Türkiyə ilə normallaşma prosesinin irəlilədilməsi daxildir. Bu istiqamətlərin hər biri Ermənistanın həm xarici siyasəti, həm də iqtisadi inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, daxili siyasi mühit, müxalifətin mövqeyi və ictimai rəydə mövcud olan fərqli yanaşmalar bu proseslərin sürətinə təsir göstərə bilər. Müşahidəçilər hesab edirlər ki, yaxın dövrdə Ermənistan rəhbərliyi ilk növbədə konstitusiya islahatları ilə bağlı hazırlıq mərhələsini davam etdirəcək, delimitasiya prosesində iştirakını qoruyacaq və regional kommunikasiyaların açılması ilə bağlı müzakirələri davam etdirəcək. Bununla yanaşı, daxili siyasi mübarizənin kəskinləşməsi və ya islahatların yubadılması halında proseslərin uzanması ehtimalı da istisna edilmir. Bu halda normallaşma gündəliyinin həyata keçirilməsi daha uzun zaman tələb edə bilər".

Deputatın fikrincə, son seçkilərin nəticələri Ermənistan cəmiyyətində təhlükəsizlik, iqtisadi inkişaf və regional inteqrasiya məsələlərinə marağın artdığını göstərir: "Bu tendensiya İrəvanın xarici siyasət kursunda daha praqmatik yanaşmaların güclənməsi üçün əlavə stimul yarada bilər. Lakin siyasi bəyanatların real nəticələrə çevrilməsi yalnız konkret addımların atılması ilə mümkün olacaq. Bu baxımdan yaxın perspektivdə Ermənistan tərəfindən real addımların atılıb-atılmayacağı ilk növbədə Paşinyan hökumətinin siyasi iradəsindən, konstitusiya islahatlarının hansı tempdə həyata keçiriləcəyindən və ölkə daxilində bu proseslərə veriləcək ictimai-siyasi dəstəkdən asılı olacaq. Eyni zamanda beynəlxalq vasitəçilərin və regionda maraqları olan əsas aktorların mövqeyi də prosesin inkişafına təsir göstərən amillər sırasındadır. Azərbaycanın mövqeyi isə dəyişməz olaraq qalır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, regionda dayanıqlı sülh yalnız qarşılıqlı suverenliyin tanınması, ərazi iddialarının tam aradan qaldırılması və əldə olunmuş razılaşmaların hüquqi təminat altına alınması əsasında mümkündür. Bu baxımdan rəsmi İrəvanın qarşıdakı dövrdə atacağı addımlar Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas amil olacaq".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşaya yola düşən Zaur Xanəliyev: Bundan sonra övladlarımızı doğma torpaqlarımızda böyüdəcəyik

10:06
25 İyun

Keçmiş məcburi köçkün: Dövlətimizə minnətdaram ki, bizə bu sevinci yaşatdı

10:04
25 İyun

Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salınıb

10:02
25 İyun

DÇ-2026: CAR millisi Cənubi Koreya üzərində minimal hesablı qələbə qazanıb

09:56
25 İyun

Futbol üzrə dünya çempionatı: Meksika millisi Çexiya üzərində qələbə qazanıb

09:54
25 İyun

ABŞ seysmoloqları Venesuelada çoxsaylı insan tələfatı ilə bağlı proqnoz veriblər

09:53
25 İyun

Futbol üzrə dünya çempionatı: Mərakeş millisi Haitini məğlub edib

09:50
25 İyun

DÇ 2026: Braziliya C qrupunu lider kimi başa vurub

09:49
25 İyun

Almaniyada müsəlmanlara qarşı ayrı-seçkilik və zorakılıq halları artmaqdadır

09:47
25 İyun

DÇ-2026: Bosniya və Herseqovina millisi Qətərə qalib gəlib

09:45
25 İyun

Dünya çempionatı: İsveçrə millisi Kanadaya qalib gəlib

09:44
25 İyun

“El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı yekunlaşıb

09:40
25 İyun

“Sağlam məhəllə” layihəsi çərçivəsində yeni idman zonaları istifadəyə verilib

09:38
25 İyun

Qocalmaya qarşı mübarizədə yeni mərhələ

08:55
25 İyun

Bir arzunun izi ilə...

08:50
25 İyun

Türkmənbaşı limanı Orta dəhliz üzərindən daha çox yükün daşınmasına imkan verir

08:45
25 İyun

Azərbaycanın islam dünyasındakı yüksək nüfuzunun növbəti təsdiqi

08:40
25 İyun

Avropa Məhkəməsinin ədalətsiz qərarı erməni lobbisinin maraqlarına xidmət edir

08:35
25 İyun

Qlobal internet şəbəkəsi təhdidlərdən sığortalanmayıb

08:30
25 İyun

"Rəsmi İrəvanın atacağı addımlar Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas amil olacaq"

08:25
25 İyun

Xəzərin birləşdirdiyi dost və qardaş ölkə

08:20
25 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!