10 Yanvar 2025 14:40
119
İQTİSADİYYAT
A- A+
Ötən il Azərbaycanın qeyri-neft-qaz ixracı 3 milyard dolları ötüb

Ötən il Azərbaycanın qeyri-neft-qaz ixracı 3 milyard dolları ötüb


2024-cü ilin yanvar-dekabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz artaraq 3,4 milyard dollar təşkil edib.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın yanvar ayının ilkin rəqəmlərinə istinadla bildirir ki, həmin dövr ərzində yeyinti məhsullarının ixracı 11,3 faiz artaraq 1,03 milyard dollara bərabər olub.

İcmala əsasən, 2024-cü ilin 12 ayı ərzində ixrac olunan məhsullardan şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 62,4 faiz artaraq 38,5 milyon dollar, pambıq lifi 45,2 faiz artaraq 178,2 milyon dollar, bitki mənşəli yağlar və piylər 32,8 faiz artaraq 28,9 milyon dollar, qiymətli metallar 29,2 faiz artaraq 215,3 milyon dollar, kimya sənayesi məhsulları 18,3 faiz artaraq 293,7 milyon dollar, spirtli və spirtsiz içkilər 14,3 faiz artaraq 68,8 milyon dollar, çay 1,6 faiz artaraq 6 milyon dollar, qara metallar 1,9 faiz artaraq 48,2 milyon dollar, alüminium və ondan hazırlanan məmulatlar 1 faiz artaraq 197,2 milyon dollar təşkil edib.

Hesabat dövrü ərzində aqrar məhsulların ixracı 2,8 faiz artaraq 789,4 milyon dollar, aqrar-sənaye məhsullarının ixracı 57,3 faiz artaraq 316,1 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14,1 faiz artaraq 1,11 milyard dollar təşkil edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Seyşel Adaları Respublikasının Prezidenti Vavel Ramkalavandan

18:22
10 Yanvar

Bakı Zooloji Parkının yeni sakini “Simba” adaptasiya prosesini tamamlayıb

18:21
10 Yanvar

Prezident İlham Əliyev Küveytin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB  

18:20
10 Yanvar

Peşə təhsili müəssisələri məzunlarının məşğulluq göstəriciləri təhlil ediləcək

18:19
10 Yanvar

Ukraynalı politoloq: Heç kim Trampdan müharibənin dərhal həll edəcəyini gözləmir  

17:43
10 Yanvar

Belçikanın baş naziri zəhərli məktublar alıb

17:42
10 Yanvar

“Politico”: ABŞ-nin Qrenlandiyaya hücumu tarixdə ən qısa müharibə olacaq  

17:41
10 Yanvar

Millimiz yoldaşlıq oyununda gücünü sınayacaq

17:40
10 Yanvar

Olimpiya çempionunun adı Şöhrət Zalına daxil olub

17:34
10 Yanvar

Kanada Liberal Partiyasının yeni liderinin seçkiləri martın 9-da keçiriləcək

17:31
10 Yanvar

Azərbaycan 2026-cı ildə xizək alpinizmi üzrə Avropa çempionatına evsahibliyi edə bilər   

17:30
10 Yanvar

Los-Anceles polisi meşə yanğını hadisəsində şübhəlini həbs edib

17:25
10 Yanvar

Kreml: Rusiya prezidenti Donald Trampla görüşməyə hazırdır

17:21
10 Yanvar

Baş prokuror Salyanda vətəndaşların müraciətlərini dinləyib  

17:20
10 Yanvar

Prezident İlham Əliyev Litvanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB  

17:20
10 Yanvar

Hakan Fidan: Ötən ilin ən əhəmiyyətli hadisələrindən biri Suriyada 61 illik rejiminin çökməsi oldu  

17:18
10 Yanvar

Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsi Rumıniya mətbuatında müzakirə olunub  

17:12
10 Yanvar

Ermənistan Avropa İttifaqına üzv qəbul edilərsə, MDB-nin tərkibindən çıxmalı olacaq

17:11
10 Yanvar

Trampla Putinin mümkün görüşünə Ukraynadan münasibət: yeni heç nə görmürük  

17:09
10 Yanvar

Türkiyənin xarici işlər naziri: Sülh prosesində can Azərbaycanla çiyin-çiyinə hərəkət edirik  

17:08
10 Yanvar

Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunda ilk günün qalibləri bəlli olub

17:04
10 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!