20 Mart 2025 09:10
707
CƏMİYYƏT
A- A+
Nur şəhəri Mingəçevirə bayram nuru çiləndi

Nur şəhəri Mingəçevirə bayram nuru çiləndi


Səməd Vurğun meydanında Novruzun atributları olan səməni və bayram tonqalının ətrafında uşaqların əylənməsini görmək lazım idi. Bu mənzərə meydanın ətrafındakı tumurcuqlanan ağaclarla üst-üstə düşürdü. 

Belə bir ovqatla başlayan tədbirdə şəhər rəhbərliyi, rəsmiləri, ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər iştirak edirdilər. Mədəniyyət işçilərinin təqdim etdiyi mahnı sovqatı, Uşaq Gənclər İnkişaf Mərkəzi şagirdlərinin rəngarəng rəqsləri, idmançıların yarışmaları, Novruzun özəlliyi olan Dədə Qorduqun Bahar qızla birgə səhnəyə gəlişi, Keçəl və Kosanın məzhəkələri, yumurta döyüşdürülməsi milli-mənəvi dəyərlərimizi nümayiş etdirirdi. 

Çıxış edən şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərə bayram təbriklərini çatdıraraq bildirdi ki, Novruzun gəlişi hər kəsin qəlbində xoş hisslər oyadır: "Fərəhli haldır ki, builki Novruz bayramı əlamətdar günlərdə, müqəddəs Ramazan ayı ilə eyni vaxtda həyatımıza qədəm qoyur. Ulu babalarımızdan bizə  yadigar qalmış Novruz xalqımızın ən qədim adət-ənənələrini özündə əks etdirir. Mənəvi dəyərlərimizi özündə yaşadan Novruz insanlar arasında birliyin, mehribanlığın  möhkəmləndirilməsi deməkdir". 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü sayəsində Novruz bayramının 2009-cu ildə UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini deyən İ.İsmayılov 2010-cu ildən BMT Baş Assambleyasının qərarına əsasən, mart ayının 21-nin "Beynəlxalq Novruz günü" elan edilməsini xatırlatdı. ŞİH-in başçısı daha sonra dedi: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyimizin bərpa olunması sevinc hissimizi ikiqat artırır. Azad olunmuş ərazilərimizdə, Qarabağ iqtisadi rayonunda böyük quruculuq işləri uğurla həyata keçirilir, keçmiş məcburi köçkünlərin yurd yerlərinə qayıtması üçün hər cür şərait yaradılır. Xüsusilə xalqımızın ən yaralı yerlərindən olan Xocalının bərpası və yenidən qurulması, oranın sakinlərinin uzun illərdən sonra qayıdışı fərəh doğurur. Prezidentin iştirakı ilə həyata keçirilən tədbirlər xalqımız tərəfindən rəğbətlə qarşılanır. Bu zəfəri bizə yaşadan Ali Baş Komandanımıza və milli ordumuzun hər bir əsgər və zabitinə hörmət və ehtiramımızı bildirməklə, onları Novruz bayramı münasibətilə mingəçevirlilər adından ürəkdən təbrik edirəm".

Novruzun gəlişi  münasibətilə hər bir şəhər sakinini də təbrik edən İ.İsmayılov bildirdi ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Mingəçevir günbəgün gözəlləşir, abadlaşır: "Ötən illərdə olduğu kimi, bu il də şəhərimizdə geniş quruculuq işləri həyata keçirilir. Yaşayış binalarında əsaslı təmir işləri aparılır, nümunəvi məhəllələr salınır, insanların mənalı istirahəti, gənclərin, uşaqların əylənməsi üçün idman meydançaları yaradılır, yeni istirahət məskənlərinin, xiyabanların yaradılmasına hazırlıq  işləri görülür". 

Tədbir şən musiqi nömrələri ilə axşam qaş qaralanacan davam etdi.


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!