18 Sentyabr 2026 09:00
439
İQTİSADİYYAT
A- A+
Neft-kimya sənayemizin böyük dayağı

Neft-kimya sənayemizin böyük dayağı


Söhbət  "Azərkimya" İstehsalat Birliyindən gedir


Sumqayıtın sənaye mənzərəsində özünəməxsus yeri olan "Azərkimya" İstehsalat Birliyinin (İB) hekayəsi Azərbaycanın kimya sənayesinin inkişaf yolu ilə sıx bağlıdır. İllər ərzində burada istehsal olunan məhsullar ölkənin sənaye zəncirinin müxtəlif həlqələrində öz yerini tutub. SOCAR-ın tərkibində fəaliyyət göstərən "Azərkimya" böyük istehsal müəssisəsidir və Sumqayıtın sənaye simasını müəyyənləşdirən əsas mərkəzlərdəndir.

1950-ci illərdən başlayaraq, Sumqayıtda yeni kimya müəssisələri fəaliyyətə başladı və istehsal sahələri tədricən genişləndi. Bu proses Sumqayıtın Azərbaycanın əsas sənaye mərkəzlərindən birinə çevrilməsində mühüm rol oynadı. Müstəqillik illərində isə kimya sənayesində yeni inkişaf mərhələsi başladı. Aparılan yenidənqurma işləri və struktur dəyişiklikləri "Azərkimya"nın müasir istehsal müəssisəsi kimi formalaşmasına zəmin yaratdı. Sonrakı mərhələdə "Azərkimya"nın SOCAR-ın strukturuna daxil edilməsi müəssisənin fəaliyyətində yeni imkanlar yaratdı. Bundan sonra istehsal sahələrinin yenilənməsinə və texnoloji proseslərin təkmilləşdirilməsinə diqqət artırıldı. Müəssisənin neft-kimya sənayesindəki rolu genişləndi və istehsal zəncirində əlaqələr daha da möhkəmləndi.

Bu gün "Azərkimya"nın fəaliyyətində əsas istiqamətlərdən biri Azərbaycanın neft-kimya sənayesinin mühüm müəssisələrindən olan "SOCAR Polymer"in xammalla etibarlı təminatıdır. Müəssisənin əsas istehsal sahəsi olan etilen üzrə illik layihə gücü 190 min ton, propilen üzrə 187 min ton, polietilen istehsalında isə ümumi güc 120 min tondur. Müəssisə, həmçinin 65 meqavat gücündə elektrik enerjisi istehsal edir. Daxili tələbat ödənildikdən sonra artıq elektrik enerjisinin şəbəkəyə ötürülməsi "Azərkimya"nın enerji təminatında da rolunu göstərir. İstehsalın əsas məhsulları olan etilen və propilen "SOCAR Polymer"in polietilen və polipropilen istehsalına xammal kimi yönəldilir. Bununla yanaşı, istehsal prosesində piroliz benzini, maye karbohidrogenlər, ağır qatranlar və butan-butilen (C4) fraksiyası kimi əlavə məhsullar da əldə olunur. 

Birliyin baş direktoru Elnur Məmmədlinin sözlərinə görə, müəssisənin məhsullarının 90 faizdən çoxu ixrac edilir. Əsas ixrac bazarlarından biri Türkiyədir. Bununla yanaşı, Qırğızıstan da daxil olmaqla, Mərkəzi Asiya ölkələrinə satış imkanlarının genişləndirilməsi istiqamətində işlər aparılır: "Əsas hədəflərimizdən biri Mərkəzi Asiya bazarında mövqelərimizi genişləndirməkdir. Bu istiqamətdə işlər davam etdirilir. Qeyd edim ki, "SOCAR Polymer"in polipropilen və yüksək sıxlıqlı polietilen (HDPE) qurğularında texnoloji proses zamanı ayrılan təsirsiz püskürmə qazlarının təkrar istifadəsi təmin edilir. "Azərkimya" ilə "SOCAR Polymer" arasında çəkilmiş 4 kilometrlik boru xətti vasitəsilə həmin qazlar geri qəbul edilir və yenidən istehsala yönəldilir".

Deyə bilmərik ki, "Azərkimya"da istehsal prosesinin səmərəliliyi yalnız qurğuların gücündədir. Əslində isə bu, onların fasiləsiz və planlı istismarı ilə daha çox bağlıdır. Texnoloji qurğular ilkin olaraq ildə 8760 saatlıq iş rejiminə hesablanıb. Planlı dayanma və təmir işlərinin son illər 2-3 ildən bir həyata keçirilməsi isə istehsal güclərindən daha səmərəli istifadə etməyə imkan verir. İstehsalın davamlılığında anbar infrastrukturu da mühüm rol oynayır. Müəssisədə polietilen məhsullarının saxlanılması üçün 3000 tonluq anbar, ağır qatran və piroliz benzini kimi maye məhsullarının mühafizəsi üçün isə xüsusi saxlama çənləri mövcuddur.

İstehsal güclərinin əsas hissəsi "Azərkimya"nın Etilen-Polietilen zavodunda cəmlənib. Məlumat üçün bildirək ki,  zavod 1989-cu ildən fəaliyyət göstərir və dörd əsas istehsal sahəsini birləşdirir. Bunlara etilen - "EP-300", polietilen -"polimir-120", buxar və elektrik enerjisi, həmçinin izopropil spirti istehsalları daxildir. Zavod yanğın və partlayış təhlükəli obyektlər kateqoriyasına daxildir. Burada metan, etan, etilen, butilen-divinil fraksiyası və ilkin emal benzini kimi yüksək yanğın-partlayış təhlükəli məhsullar istehsal olunur və istifadə edilir. "EP-300"-ün istehsalında texnoloji proseslər 800-1000 °C temperaturda, "Polimir-120"də isə 1500-2000 atmosfer təzyiq altında həyata keçirilir.

Zavodda illik 190 min ton etilen, 187 min ton propilen və 120 min ton polietilen, o cümlədən LDPE (aşağı sıxlıqlı polietilen) istehsal olunur. Burada həmçinin layihə gücü ildə 25 min ton olan izopropil spirti sahələri fəaliyyət göstərir. İstehsal olunan məhsullar daxili tələbatın ödənilməsinə, "SOCAR Polymer" və "Azneft" İB-nin təminatına, eləcə də satışa yönəldilir. 

"Azərkimya" İB-nin proses üzrə direktoru Samir Səlimlinin sözlərinə görə, Etilen-Polietilen zavodunda 2026-cı ildə əsaslı təmir işlərinin aparılması nəzərdə tutulmayıb. Növbəti əsaslı təmirin 2027-ci ilin ikinci rübündə keçirilməsi planlaşdırılır. 2016-2021-ci illərdə zavodda genişmiqyaslı modernizasiya və yenidənqurma işləri aparılıb. Bu layihədən sonra əsaslı təmir üçün dayanma müddəti ildə bir dəfədən iki ildə bir dəfəyə keçirilib. Hazırda məqsəd bu müddəti üç-dörd ilə qədər artırmaqdır. Müəssisədə avtomatika və idarəetmə sistemlərinin yenilənməsini nəzərdə tutan yeni modernizasiya layihəsi də davam edir. 

Layihənin mühəndislik mərhələsi 95 faiz tamamlanıb, sahə işlərinə isə növbəti ildən başlanması planlaşdırılır. Modernləşmə nəticəsində zavodun etilen üzrə məhsuldarlığı 40 faiz, propilen üzrə isə 70 faiz artırılıb. 2001-ci ildə istismara verilmiş BEEİ zavodun istehsal sahələrinin buxar və elektrik enerjisi ilə təmin olunmasına xidmət edir. 

Bu gün "Azərkimya" İB-nin qarşısında dayanan əsas hədəf mövcud istehsal güclərindən daha səmərəli istifadə etməklə yanaşı, texnoloji imkanları davamlı şəkildə yeniləməkdir. Modernləşmə, istehsalın dayanıqlılığı və ekoloji təhlükəsizlik istiqamətində görülən işlər müəssisənin gələcək inkişafı üçün mühüm baza yaradır. Bütün bunlar "Azərkimya"nın Azərbaycanın neft-kimya sənayesindəki rolunu qorumaqla yanaşı, yeni mərhələyə daşımaq niyyətindən xəbər verir.


 Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən iki gündə 76 cinayətin açılması təmin olunub

11:42
21 Sentyabr

Yeddi il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib – BİRGƏ MƏLUMAT

11:40
21 Sentyabr

Milli Məclisdə xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair ictimai dinləmə keçiriləcək

11:38
21 Sentyabr

Şəhər günlərinin böyük siyasi-mənəvi əhəmiyyəti var  

11:03
21 Sentyabr

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis idarəsinin ƏİK bölüyünün ön əməliyyat bazasında olub  

10:20
21 Sentyabr

Qızıl və gümüş ucuzlaşıb

10:14
21 Sentyabr

Neft ucuzlaşır

10:06
21 Sentyabr

“Kahı” və “kərəviz” yükündə külli miqdarda narkotik vasitə aşkarlanıb  

09:37
21 Sentyabr

Bu gün Beynəlxalq Sülh Günüdür  

09:03
21 Sentyabr

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı

22:34
20 Sentyabr

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

21:37
20 Sentyabr

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

20:57
20 Sentyabr

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub

20:15
20 Sentyabr

Azercell abunəçilərinin nəzərinə

20:11
20 Sentyabr

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib

19:55
20 Sentyabr

Yaponiyada yaşlı əhalinin sayı artır

19:04
20 Sentyabr

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

18:49
20 Sentyabr

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

18:40
20 Sentyabr

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır

18:19
20 Sentyabr

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

18:09
20 Sentyabr

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir

17:43
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!