10 Sentyabr 2026 10:25
799
Mədəniyyət
A- A+
Naxçıvanda doğuldu, Tbilisidə təhsil aldı, Bakıda məşhur rəssam oldu

Naxçıvanda doğuldu, Tbilisidə təhsil aldı, Bakıda məşhur rəssam oldu


Azərbaycan rəssamlığının inkişafında böyük  xidmətlər göstərmiş sənətkarlardan biri də Əyyub Hüseynovdur. Görkəmli rəssamın müxtəlif illərdə çəkdiyi bir-birindən maraqlı əsərlər bu gün də maraqla baxılır. Deməli, həqiqi sənət əsərləri heç vaxt ölmür, bütün nəsillərlə yol yoldaşlığı edir. 

Əyyub Hüseynov 1916-cı ilin sentyabrında Şərurun Xok kəndində dünyaya göz açıb. Kiçik yaşlarından rəssamlıq sənətinə maraq göstərən Ə.Hüseynov 1930-1935-ci illərdə Bakıdakı Azərbaycan Rəssamlıq Texnikumunda təhsil alıb. 1935-1941-ci illərdə isə təhsilini Tbilisi Rəssamlıq Akademiyasında davam etdirib. 

Ali təhsilini başa vurduqdan sonra Əyyub Hüseynov Naxçıvana qayıdıb. Bir müddət Naxçıvan Dövlət Dram Teatrında quruluşçu rəssam işləyib. Bu sənət ocağında çalışdığı dövrdə o, tanınmış rəssam Şamil Qazıyevlə birlikdə müxtəlif tamaşaların bədii tərtibatını və geyim eskizlərini hazırlayib, Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-cadu", Səməd Vurğunun "Fərhad və Şirin", Osman Sarıvəllinin "Babək", Abdulla Şaiqin "Vətən", Nağı Nağıyevin "Polad", Əbülfəz Abbasquliyevin "Günəş doğur" və başqa pyeslərə bədii tərtibat verib. 

Rəssamlıq sahəsində böyük bilik və təcrübə qazanmış Əyyub Hüseynov 1948-ci ildə Bakıya gələrək bir zamanlar böyük həvəslə təhsil aldığı Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində pedaqoji fəaliyyətə başlayıb. Gələcəyin rəssamlarına dərs deyib, bu sahənin incəliklərini, sirlərini onlara öyrədib. Rəssam eyni zamanda yaradıcılıq işləri ilə də məşğul olub. Ürəyindən, qəlbindən süzülüb gələn fikir və düşüncələri rənglərin dili ilə ifadə edib, həyatda, təbiətdə, məişətdə gördüyü mənzərələri böyük sənətkarlıqla kətan üzərinə köçürüb. 

 1948-ci ildən ömrünün sonunadək Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deyən Əyyub Hüseynov 1956-1965-ci illərdə bu təhsil ocağına rəhbərlik edib. Onun ciddi və yorulmaz fəaliyyəti nəticəsində məktəbdə  təhsilin və tədrisin keyfiyyəti daha da yüksəlib.

Əyyub Hüseynovun yaradıcılığı çoxşaxəlidir. Əsərlərindən də göründüyü kimi, rəssam yalnız dəzgah rəngkarlığı ilə kifayətlənməmiş, bir növ, yaradacılığına rəngarənglik qatmışdır. Xeyli dəyərli, ziyarətçilərin zövqünü oxşayan qrafik əsərlər çəkmiş, bənzərsiz rəsm nümunələri yaratmışdır.

Əyyub Hüseynovun yaradıcılığı rəngarəngliyi və bənzərsiziliyi ilə fərqlənir. Başqa mövzularla yanaşı, sənətkarın əmək mövzusunda kətana köçürdüyü "Kömək gəlib", "Yaylaqda", "Çobanlar", mənzərə janrında çəkdiyi "Şahbuz", Yağışdan sonra" və "Aşıq Ələsgər", "Əmək qəhrəmanı" portretləri hazırda müxtəlif muzeylərdə nümayiş olunur. 

Əyyub Hüseynov müxtəlif illərdə xarici ölkələrə yaradıcılıq ezamiyyətlərinə getmişdir. Bu səfərlərdə keçirdiyi görüşlər rəssamın yaradıcılığında öz əksini tapmışdır. Rumıniya, İtaliya və başqa ölkələrdən çəkdiyi əsərlər bu gün də sevilə-sevilə baxılır. Rəssam bu əsərləri ilə sanki uzaq ölkələri yaxınlaşdırmışdır. Avstriya, Fransa, Macarıstan, Çexoslovakiya səfərlərindən sonra rəssamın çəkdiyi əsərlər isə onu şəhər mənzərəsinin mahir ustası kimi də tanıtmışdır.

Ə.Hüseynov illər uzunu bir çox janrlarda əsərlər yaratsa da, ömrünün sonunadək realizm üslubuna sadiq qalmışdır. Bu üslubun verdiyi imkanlarından bacarıqla istifadə edərək həyat gerçəklərini sənət əsərlərinə çevirən rəssam istedadı ilə çoxlarının yüksələ bilmədikləri zirvələri fəth etmişdir. Onun "Pambıqçılar", "Batabat", "Çuxuryurd", "Minanın portreti", "Yağışdan sonra", "Xəzər", "Günorta", "Sahildə", "Meşə. Kənd mənzərəsi", "Buxarest", "Venesiya", "Arpaçay mənzərəsi" və başqa əsərlərindəki realizm elə ilk dəqiqədən diqqəti cəlb edir. 

Bir çox tədqiqatçılar Əyyub Hüseynovun yaradıcılığını üç dövrə bölürlər. 1930-1950-ci illər birinci dövrü əhatə edir. Həmin illər onun rəssam kimi sənət yollarında fəaliyyətə başladığı dövr hesab olunur. İkinci dövr rəssamın yaradıcılığının üzü zirvələrə doğru yüksələn məhsuldar dövrü hesab olunan 1960-1980-ci illərdir. 1980-1990-cı illər isə üçüncü dövrdür. Tədqiqatçılar haqlı olaraq bu dövrü Əyyub Hüseynovun yaradıcılığının yetkin və bitkin dövrü kimi qiymətləndirirlər. Həmin dövrdə rəssam sənət aləminin zürvəsinə yüksəlmiş və əbədi olaraq bu zirvədə özünə yer etmişdir. 

2018-ci ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə  görkəmli rəssam Əyyub Hüseynovun  həyat və yaradıcılıq yoluna həsr edilmiş "Avtoportret" sənədli film çəkilmişdir. Belə  bioqrafik  filmlərin çəkilməsi  dövlətimizin mədəniyyətimizə və sənətkarlara diqqətin və qayğının aydın göstəricisidir. Bu cür filmlər həm də gələcək nəsillər üçün dəyərli bir tarixdir. 

1998-ci ilin aprelində dünyasını dəyişən Əyyub Hüseynovun bir-birindən dəyərli əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının fondunda və  özünün emalatxanasında saxlanılır.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib  

14:53
20 Sentyabr

Dövlət Suverenliyi Günü: tarixi ədalətin bərpası və milli iradənin təntənəsi

14:26
20 Sentyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

14:23
20 Sentyabr

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub  

13:49
20 Sentyabr

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

13:35
20 Sentyabr

Bu gün Qarabağda 30 illik arzularımızın gerçəkləşmiş mənzərəsi canlanır  

13:19
20 Sentyabr

Azərbaycanda Neftçilər Günü qeyd edilir 

13:16
20 Sentyabr

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın 

13:15
20 Sentyabr

23 saat 43 dəqiqə… 

12:49
20 Sentyabr

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb  

12:47
20 Sentyabr

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb  

12:46
20 Sentyabr

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

11:46
20 Sentyabr

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

11:12
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!