14 May 2026 08:55
223
İQTİSADİYYAT
A- A+
Müasir aqrar yanaşmalar fermerlərdən nə tələb edir?

Müasir aqrar yanaşmalar fermerlərdən nə tələb edir?


Bərdədə keçirilən maarifləndirici tədbirdə bu suala cavab axtarıldı


Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Aqrar Təlim Mərkəzinin təşkilatçılığı, Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Bərdə Dövlət Peşə Təhsili Mərkəzində baytar həkimləri və aqronomlar üçün "Müasir çağırışlar, yeni tendensiyalar və aqrar həllər" mövzusunda maarifləndirici seminar keçirilib.

Seminarın əsas məqsədi aqrar sahədə müşahidə olunan müasir çağırışlar, innovativ yanaşmalar və yeni texnologiyalar barədə iştirakçıların məlumatlandırılması, onların peşəkar bilik və bacarıqlarının daha da artırılması olub. Təlimlər zamanı heyvandarlıq və bitkiçilik sahəsində tətbiq olunan yeni metodlar, xəstəliklərlə mübarizə üsulları, məhsuldarlığın artırılması yolları, eləcə də müasir aqrotexniki yanaşmalar barədə ətraflı təqdimatlar edilib. Aqrar Təlim Mərkəzinin direktoru Rəşad Mehdizadə aqrar sahədə insan kapitalının inkişafının vacibliyini vurğulayıb. Bildirib ki, kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunması üçün fermerlərin və sahə mütəxəssislərinin müasir biliklərə yiyələnməsi xüsusi əhəmiyyət daşıyır. Aqrar sahədə baş verən müasir dəyişikliklər, yeni texnologiyaların tətbiqi, eləcə də iqlim dəyişiklikləri və qlobal çağırışlar kənd təsərrüfatında bilik və əməkdaşlığın əhəmiyyətini daha da artırır.

Tədbirdə mütəxəssislər tərəfindən müasir baytarlıq xidmətlərində innovativ yanaşmalar, heyvan xəstəliklərinin profilaktikası və onlarla mübarizə üsulları, bitkiçilikdə məhsuldarlığın artırılması üçün yeni aqrotexniki metodlar, torpaq münbitliyinin qorunması və düzgün gübrələmə qaydaları, kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqi, eləcə də iqlim dəyişikliklərinin aqrar sahəyə təsiri və uyğunlaşma tədbirləri barədə iştirakçılara ətraflı məlumat verilib.

Seminar interaktiv müzakirələrlə davam etdirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə AXA-nın Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin baytar həkimləri, özəl baytarlar, Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin aqronom və torpaqşünas mütəxəssisləri, Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin fumiqant və aqronomları, Aqrar Təlim Mərkəzinin təlimçiləri, eyni zamanda Bərdə Dövlət Peşə Təhsili Mərkəzində baytarlıq və aqronomluq ixtisasları üzrə təhsil alan tələbələr iştirak ediblər.


Lazım QULİYEV,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Bakı-Xankəndi” beynəlxalq velosiped yarışının sonuncu mərhələsi başlayıb

09:39
14 May

Kiyevə kütləvi hava zərbələri endirilir, ölən və xəsarət alanlar var

09:33
14 May

Si Cinpin 2026-cı ilin Çin-ABŞ münasibətləri üçün tarixi il olacağına ümid edir

09:31
14 May

Tramp: ABŞ-nin və Çinin birlikdə fantastik gələcəyi olacaq

09:30
14 May

İğdırda Heydər Əliyev adına liseydə Ümummilli Liderin xatirəsi anılıb

09:28
14 May

Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə dəstəyini bir daha ifadə edib  

09:25
14 May

Dünyada ən çox insan ölümünə səbəb olan canlılar müəyyənləşib

09:12
14 May

O, qarmonu sevdiyi qədər sevdirməyi də bacarırdı

09:10
14 May

"Nə dünya məni unudacaq, nə insanlar"

09:05
14 May

Vens: Düşünürəm ki, İranla danışıqlarda irəliləyiş əldə edirik

09:01
14 May

Sağlam mal-qara sağlam qida deməkdir

09:00
14 May

Müasir aqrar yanaşmalar fermerlərdən nə tələb edir?

08:55
14 May

Lənkəran kümçülərinə 200 qutu ipəkqurdu toxumu paylanılıb

08:53
14 May

Cəlilabadda müasir idman zonası salınır

08:50
14 May

Qusarda sağlam ailə münasibətləri mövzusu gündəmdən düşmür

08:45
14 May

Biləsuvarda WUF13 çərçivəsində AMİU-nun müəllimləri ilə görüş keçirilib

08:40
14 May

Yeraltı nəqliyyatda yerüstü yenilik

08:35
14 May

Azərbaycan-BP tərəfdaşlığı bütün enerji sahələri üzrə davam edir

08:30
14 May

Paytaxtımız yaşıllıqlar və parklar şəhərinə çevrilir

08:25
14 May

Gələcəyin qurucusu

08:20
14 May

"Binokl diplomatiyası" sülhə xidmət etmir

08:15
14 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!