04 Noyabr 2024 18:39
400
İQTİSADİYYAT
A- A+
MTM: Alternativ enerjiyə keçid qlobal iqlim dəyişiklikləri ilə mübarizənin başlıca şərtidir

MTM: Alternativ enerjiyə keçid qlobal iqlim dəyişiklikləri ilə mübarizənin başlıca şərtidir

İqlim dəyişiklikləri ilə mübarizə mövzusunda aparılan müzakirələr, habelə ənənəvi enerji resurslarının həcminin azalması dünyada alternativ və bərpaolunan enerji mənbələrindən istifadə zərurətini aktuallaşdırıb. Hazırda əksər dövlətlər bu sahələrə böyük investisiyalar yatırmaqla, habelə iqlim konvensiya və sazişləri çərçivəsində üzərlərinə öhdəliklər götürməklə, qalıq enerjidən istifadənin məhdudlaşdırılması istiqamətində məqsədyönlü strategiya həyata keçirirlər. Bu, həm də ənənəvi enerji resurslarının qlobal ekosistemə zərərləri ilə şərtlənir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Media Təhlil Mərkəzinin (MTM) Analitik Qrupunun məqaləsində yer alıb.

Məqalədə kömür, neft və təbii qaz kimi qalıq yanacaqlar qlobal istixana qazı emissiyalarının 75 faizindən çoxunu təşkil etdiyi bildirilir və bu enerji resurslarından istifadə nəticəsində atmosferə buraxılan karbon emissiyalarının həcminin artması və orta illik temperaturun ilbəil yüksəlməsi, ətraf mühitin deqradasiyası, təbii fəlakətlər, ekstremal hava hadisələri, qida və su çatışmazlığı, buzlaqların əriməsi, dəniz səviyyəsinin artımı və digər fəsadlarla müşayiət olunduğu qeyd olunur. Qalıq enerjidən geniş istifadə hər il milyardlarla ton karbon qazının atmosferə buraxılmasına səbəb olur.

Hesablamalara görə, beş milyondan çox əhalisi olan dünya şəhərlərinin təxminən üçdə ikisi dəniz səviyyəsinin qalxması riski altında olan ərazilərdə yerləşir. Bundan əlavə, dünya əhalisinin təxminən 40 faizi sahil zolaqlarına 100 kilometrdən az məsafədə məskunlaşıb. Qlobal istiləşmə dünya ölkələrində iqtisadi artıma və kənd təsərrüfatına, insanların qida və su təhlükəsizliyinə mənfi təsir göstərir. Bu gün təxminən 500 milyon insan torpaq eroziyasına meyilli ərazilərdə yaşayır, istehsal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının 30 faizə qədər itkilərə məruz qalır. Qlobal istiləşmə dünya ölkələrində yoxsulluğun səviyyəsinin artımının əsas səbəblərindən biridir.

Ümumdünya Meteorologiya Təşkilatının araşdırmalarına əsasən, hazırda təbii fəlakətlərin 90 faizə qədəri məhz hava və iqlimlə əlaqədar baş verir. Bu qlobal iqtisadiyyata ildə təqribən 500 milyard dollardan çox ziyan vurur, 26 milyon insanı yoxsulluğa sürükləyir. İqlim dəyişiklikləri, eyni zamanda, beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdidlər yaradır. Qlobal miqyasda torpaq, su və digər təbii ehtiyatlar uğrunda artan geosiyasi rəqabət bəzən hərbi qarşıdurmalara, daha çox insanın kütləvi köçünə rəvac verir. Hazırda Afrika və Latın Amerikasındakı quraqlıqlar siyasi iğtişaşların və zorakılıqların əsas səbəbləri sırasında qeyd edilir. Dünya Bankı hesab edir ki, müvafiq tədbirlər görülməsə, 2050-ci ilə qədər Afrika, Latın Amerikası və Cənubi Asiyada 140 milyondan çox insan miqrasiya etməyə məcbur olacaq.

Qeyd edilənlər dünya ölkələrinin alternativ və bərpa olunan enerjiyə keçidinin sürətləndirilməsini zəruri edir. Hazırda dünya üzrə ümumi enerji istehsalında alternativ və bərpaolunan enerjinin payı cəmi 29 faiz təşkil edir və bu da qənaətbəxş sayıla bilməz. Bu enerji növlərinə keçid onların qlobal ekosistemə zərərsiz, eyni zamanda, bütün ölkələr üçün əlçatan olmaları ilə şərtlənir. Alternativ enerji təbii qaynaqlardan əldə olunur və hər zaman mövcuddur. Neft, qaz, daş kömür və digər ənənəvi enerji qaynaqları isə tükənə biləndir və zamanla ciddi qiymət dəyişikliklərinə məruz qalır. Qalıq yanacaqlarının yenidən əmələ gəlməsi yüz milyonlarla il çəkir.

Elmi araşdırmalar göstərir ki, iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılması üçün emissiyalar 2030-cu ilə qədər yarıya qədər azaldılmalı, 2050-ci ilədək sıfır emissiyaya enməlidir. Hazırda günəş, külək, dəniz və çaylar, geotermal sular, biokütlə, dalğa və hidrogen mühüm alternativ enerji mənbələri sayılır. Bərpaolunan enerji əksər ölkələr üçün daha ucuz alternativdir və çoxlu sayda çox iş yerinin yaradılmasına imkan verir. Məsələn, günəş enerjisi alternativ enerji resurslarının ən mühümüdür və ondan hətta buludlu havalarda da istifadə etmək mümkündür.

Azərbaycanda günəşli və küləkli günlərin, sulu çayların çoxluq təşkil etməsi alternativ və bərpaolunan enerjinin istehsalına yaxşı imkanlar açır. Bundan əlavə, öhdəliklərinə sadiq tərəfdaş olması ölkəmizə yaşıl enerji sahəsində investisiya qoyuluşlarına müsbət təsir göstərir.

Ölkəmizdəki əlverişli investisiya mühiti nəticəsində yeni alternativ enerji istehsalı müəssisələri sırf xarici investisiyalar hesabına inşa olunur.

Son illərdə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətləri ilə sıx əməkdaşlıq nəticəsində inşa olunan Külək və Günəş Elektrik stansiyaları bu baxımdan xüsusi qeyd oluna bilər. Birgə uğurlu əməkdaşlıq enerji mənbələrinin şaxələndirilməsi, ölkəmizin alternativ enerji potensialından istifadənin genişləndirilməsi, həmçinin enerji keçidinin təmin olunması məqsədi daşıyır. Abşeron, Neftçala, Biləsuvar, Qaradağ rayonlarında inşa edilən Günəş və Külək Elektrik stansiyaları 2030-cu ilə qədər Azərbaycanın ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payının 30 faizə yüksəlməsini təmin edəcək. Reallaşdırılan layihələr ölkəmizin yaşıl gündəliyinin məqsədlərinə uyğun olmaqla, davamlı inkişafın təmin olunmasına, ekoloji vəziyyətin yaxşılaşmasına əvəzsiz töhfələr verəcək.

Reallaşdırılacaq bu və digər layihələr Azərbaycanın yaxın illərdə yaşıl enerji sahəsində ciddi infrastrukturunun formalaşmasına, yaşıl enerjiyə keçid konsepsiyasını uğurla reallaşdırmasına imkan yaradacaq. Bütün bunlar, eyni zamanda, ölkədə ekoloji mühitin yaxşılaşdırılmasına, istilik elektrik stansiyalarının fəaliyyəti üçün sərf edilən mazut yanacağının və təbii qazın həcminin azalmasına imkan verəcək. Nəticədə, ölkəmiz Avropaya daha böyük həcmdə təbii neft-qaz ixrac etmək imkanı qazanacaq və gəlirlərini artıracaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

02:15
27 Dekabr

“Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:14
27 Dekabr

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 39.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müraciət edilməsi və müraciətə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında

02:13
27 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 488 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:12
27 Dekabr

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tabeliyində olan struktur idarələrə müxtəlif növ kabellərin satın alınması məqsədilə müsabiqə elan edir 

02:11
27 Dekabr

Vyanada təyyarə qəzası qurbanlarının xatirəsi anılır  

23:16
26 Dekabr

Zalsburq Azərbaycan Evində təyyarə qəzası ilə əlaqədar xatirə guşəsi yaradılıb  

22:38
26 Dekabr

Azərbaycanın Küveytdəki səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb  

21:36
26 Dekabr

Aktau yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə ikinci “qara qutu” tapılıb

21:33
26 Dekabr

“Embraer 190” təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirilib VİDEO  

21:08
26 Dekabr

AZAL: Təyyarə qəzasında həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəniləcək VİDEO  

21:05
26 Dekabr

Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Rumıniyada ehtiramla anılır  

21:02
26 Dekabr

Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb  

20:58
26 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Gürcüstanda ehtiramla anılıb  

20:44
26 Dekabr

Aktauda qəzaya uğramış təyyarədən sağ çıxan sərnişin stüardessanın şücaətindən danışıb  

20:38
26 Dekabr

Səhiyyə nazirinin müavini: Üç nəfər ağır vəziyyətdə olan yaralının müalicəsi Aktau şəhərində davam edir

20:27
26 Dekabr

Tacikistanın xarici işlər naziri Azərbaycan səfirliyinə gedərək başsağlığı verib  

20:16
26 Dekabr

Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək 

20:05
26 Dekabr

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalodan  

19:56
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar Milli Məclisin ünvanına çoxsaylı başsağlıqları gəlib  

19:36
26 Dekabr

Azərbaycanın Batumidəki baş konsulluğunda xatirə kitabı açılıb  

19:35
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!