20 Fevral 2026 11:23
1380
PARLAMENT
A- A+
Milli Məclisin növbəti plenar iclası keçirilir

Milli Məclisin növbəti plenar iclası keçirilir



Fevralın 20-də Milli Məclisin növbəti plenar iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı 10 məsələ daxil edilib:

1. “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi;

2. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş);

3. “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş);

4. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

6. “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

7. “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

8. “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

10. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin Antalyada Moldova Prezidenti ilə görüşü olub YENİLƏNİB  

13:16
17 Aprel

Azərbaycan Prezidenti İlham Əliyevin Antalyada Şimali Kipr Prezidenti ilə görüşü olub YENİLƏNİB

12:47
17 Aprel

Baş nazirin müavini: Rusiya və Azərbaycanın iqtisadi potensialı qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılmasına imkan verir  

12:39
17 Aprel

Azad olunmuş ərazilərdə yeni hərbi infrastruktur obyektləri yaradılır

12:35
17 Aprel

Prezident İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub YENİLƏNİB 

12:31
17 Aprel

Sabaha olan hava proqnozu açıqlanıb

12:21
17 Aprel

Vüqar Süleymanov: Vətən müharibəsindən bəri 264 min 581 hektar sahədə minatəmizləmə fəaliyyəti icra olunub

12:18
17 Aprel

Baş nazirin müavini: Azərbaycan məhsuldar dialoqa və qarşılıqlı faydalı əməkdaşlığa açıq tərəfdaşdır

12:12
17 Aprel

İran-ABŞ danışıqlarında əsas fikir ayrılıqları məlum olub  

12:11
17 Aprel

Rusiyanın Azərbaycana yatırdığı investisiyanın 27 faizi neft-qaz sektorunun payına düşüb

12:08
17 Aprel

Sədr: Azərbaycan QHT-ləri 2025-ci ildə 17 fərqli ölkədə 43 tədbir keçirib  

12:07
17 Aprel

Kür çayının mənsəb hissəsində su sərfi 2 dəfəyə qədər artacaq

12:00
17 Aprel

ABŞ İranla müharibə fonunda xalis neft ixracatçısı statusuna yaxınlaşıb

11:53
17 Aprel

Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun üzvlərinin Ağdama səfəri başlayıb  

11:53
17 Aprel

Ali Məhkəmədən xəbərdarlıq: Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir

11:51
17 Aprel

Dövlət dəstəyi sayəsində Azərbaycanda QHT-lərin fəaliyyəti genişlənir

11:46
17 Aprel

“Politico”: Tramp münaqişəyə son qoymaq üçün İranın tələblərinin bir hissəsini qəbul edə bilər

11:41
17 Aprel

ICAO və Dövlət Mülki Aviasiya Agentliyi arasında təlim xidmətlərinə dair razılaşma imzalanıb  

11:32
17 Aprel

I rübdə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin həcmi 142 milyon kilovat-saatı ötüb  

11:23
17 Aprel

Azərbaycanın yaşıl enerji istehsalı 8 faizdən çox artıb

11:16
17 Aprel

“ASAN xidmət” modeli Nyu-Yorkda diqqət mərkəzində

11:08
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!