07 Aprel 2026 08:15
1275
PARLAMENT
A- A+
Milli Məclisin komitələrinin birgə iclası keçirilib

Milli Məclisin komitələrinin birgə iclası keçirilib


Aprelin 6-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin İnsan hüquqları komitəsi ilə birgə videokonfrans formatında iclası keçirilib.  Milli Məclisin Mətbuat və  ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,  iclasda 6 məsələ müzakirə edilib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyin birinci məsələsinin - Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Media haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) komitələr tərəfindən birgə müzakirə olunacağını söyləyib, sənəddə təklif olunan dəyişikliklərin vacibliyindən danışıb. Qeyd edib ki, qanun layihəsi süni intellekt texnologiyalarından sui-istifadə hallarının qarşısının alınmasına, şəxslərin hüquq və azadlıqlarının, şərəf və ləyaqətinin qorunmasına xidmət edir.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov layihənin mahiyyəti barədə məlumat verib. Bildirilib ki, sənəd süni intellekt texnologiyalarından istifadə edilməklə reallığı əks etdirməyən foto, video və audio materialların hazırlanması və yayılması ilə bağlı hüquqi çərçivənin formalaşdırılması məqsədi daşıyır. Cinayət Məcəlləsinə əlavə edilən iki yeni maddələrə əsasən, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialların hazırlanması və yayılması, habelə pornoqrafik və ya seksual məzmunlu materialların hazırlanması və yayılması cinayət məsuliyyəti yaradır. Bununla yanaşı, Cinayət-Prosessual Məcəlləsinə müvafiq dəyişiklik edilərək cinayət təqibinin həyata keçirilməsi ilə bağlı prosessual norma müəyyən edilir. Eyni zamanda "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Media haqqında" qanunlara edilən dəyişikliklərlə süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlanmış materialların yayılması ilə bağlı əlavə hüquqi tələblər və məhdudiyyətlər müəyyən olunur.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edərək, ölkəmizə qarşı süni intellekt əsaslı hücumların coğrafiyasından danışıb, süni intellektin milli təhlükəsizlik üçün bir sıra təhdidlər yaratdığını qeyd edib, bu məsələdə beynəlxalq dəstək qazanmaq üçün digər ölkələrlə birlikdə, müvafiq model qanunlar çərçivəsində əməkdaşlığın əhəmiyyətindən söhbət açıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev süni intellekt texnologiyalarından istifadə etməklə yaradılan saxta görüntülərin ayrı-ayrı şəxslərin nüfuzuna xələl yetirdiyini, ümumilikdə ictimai sabitliyə təhlükə yaratdığını bildirib. O qeyd edib ki, belə saxta məzmunların kütləvi şəkildə yayılması informasiya mühitini alətə çevirərək cəmiyyətdə inamsızlıq yaradır, bəzi xarici qüvvələr məhz bu imkanlardan istifadə edərək ictimai rəyi manipulyasiya etməyə, dövlətin beynəlxalq imicinə zərər vurmağa çalışır.  Komitə sədri təqdim olunan qanun layihəsinin yalnız hüquqi deyil, həm də strateji təhlükəsizlik baxımından önəmli olduğunu vurğulayıb. 

Məsələ ətrafında aparılan müzakirələrdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev, deputatlar Tənzilə Rüstəmxanlı, Elçin Mirzəbəyli, Müşfiq Məmmədli, Azay Quliyev, Hikmət Məmmədov, Elman Nəsirov, Razi Nurullayev, parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid çıxış edərək qanun layihəsində nəzərdə tutulan dəyişikliklərin əhəmiyyətindən söhbət açıblar, bəzi qeyd və təkliflərini açıqlayıblar.

Tədbirdə iştirak edən Milli Kibertəhlükəsizlik Mərkəzinin nümayəndələri Orxan Abdulkərimli, Cəlal Rəsulzadə, Elvin Balacanov müzakirələrdə səsləndirilən fikirlərə münasibət bildiriblər, deputatların suallarını cavablandırıblar.

Sonra iclasda Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) təqdim edilib.  Layihədə təklif olunan dəyişikliklərin əsas məqsədi dövlət vəsaitlərindən istifadə ilə bağlı məsuliyyət mexanizminin təkmilləşdirilməsi, sanksiyaların fərdiləşdirilməsi və hüquqi tənzimləmənin dəqiqləşdirilməsidir. Təklif olunan dəyişikliyə əsasən, Cinayət Məcəlləsinin 308-1-ci maddəsində cinayətin predmeti olan vəsaitin əhatə dairəsi genişləndirilərək, dövlətə məxsus olan hüquqi şəxslərin vəsaiti də maddənin təsir dairəsinə salınır. 

Onlayn iclasda habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində  dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) nəzərdən keçirilib.  Layihəyə əsasən, "İCMAL" informasiya sistemi "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin tərkibində "İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi" altsistemi, yəni "İCMAL" altsistemi kimi yenidən təşkil olunur və buna uyğun olaraq məcəllənin müvafiq maddələrində dəyişikliklər edilir.  Bununla yanaşı, İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi nəzərdə tutulan "Uşaqda zorakılıq hərəkətlərinin əlamətlərinin aşkar edilməsi barədə məlumatın verilməməsi", "Uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınmaması" və "Uşağa qarşı cismani cəzanın tətbiqi" adlı maddələrdə "Uşaq hüquqları haqqında" qanunun tətbiqi ilə bağlı inzibati məsuliyyət məsələləri təsbit edilir. Məcəlləyə edilən digər dəyişikliyə əsasən, "dövlətə məxsus olan hüquqi şəxslər" maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulmasına görə məsuliyyət daşıyan subyektlər sırasına əlavə edilir və bütün hallarda cərimə "inzibati xətanın bilavasitə obyekti olmuş vəsaitin yüz faizi məbləğində" müəyyən ediləcək. 

Daha sonra Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və "Terrorçuluğa qarşı mübarizə haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə  (birinci oxunuş) baxılıb. Layihəyə əsasən Cinayət Məcəlləsinə terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etməyə görə cinayət məsuliyyətini müəyyən edən yeni 214-4-cü  maddə əlavə olunur. Bununla yanaşı, Cinayət Məcəlləsinin 282-ci maddəsi yeni redaksiyada verilir. Belə ki, 282.1-ci maddəyə elmi-texniki potensialı zəiflətmək məqsədi, habelə kritik informasiya infrastrukturu, enerji, nəqliyyat və telekommunikasiya şəbəkələrinin normal fəaliyyətinin pozulması kimi yeni obyektlər əlavə edilir. Həmçinin təxribatın törədilmə üsullarına əməli süni intellekt texnologiyalarından və xüsusi proqram təminatlarından istifadə halları da daxil edilir. 282.2-ci maddədə bir sıra yeni ağırlaşdırıcı hallar nəzərdə tutulur. Maddənin Qeyd hissəsinə əsasən, təxribatın hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.

İclasda habelə "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılıb.  Sənəddə "operativ nəqliyyat vasitələri" anlayışı yeni redaksiyada təqdim edilir. Dəyişiklikdə prokurorluq orqanlarına məxsus olan və kriminalistik avadanlıqlarla təmin edilərək hadisə yerində təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsi, növbətçi əməkdaşların hadisə yerinə çatdırılması və ya təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələrinin digər operativ xidmətlərlə eyni hüquqi statusa malik olması nəzərdə tutulur.

İclasın sonunda "Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb. Diqqətə çatdırılıb ki, sazişin imzalanmasında əsas məqsəd hər iki dövlət arasında avtomobil daşımalarının təhlükəsizliyini artırmaq, yol hərəkətini yaxşılaşdırmaq, sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasını və dəyişdirilməsini təmin etməkdir. 

Onlayn iclasın gündəliyində olan qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasına tövsiyə olunub. 


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT xəbərdarlıq edir: Temperatur rekord həddə çata bilər

18:38
03 İyun

Alüminiumun qiyməti son 4 ilin ən yüksək həddinə çatıb

18:26
03 İyun

“Meta”nın süni intellekt botu “İnstagram” hesablarının oğurlanmasına səbəb olub

18:17
03 İyun

Yeni Almaniya vətəndaşlarının əksəriyyəti öz ilkin vətəndaşlığını saxlayır

18:11
03 İyun

“Azərlotereya” ASC 2025-ci il üzrə maliyyə hesabatını açıqlayıb

17:57
03 İyun

“Bakı Enerji Həftəsi” mühüm beynəlxalq platformaya çevrilib

17:56
03 İyun

Sərsəng su anbarında təxminən 320 milyon kubmetr su toplanıb

17:41
03 İyun

Azərbaycan və Keniya arasında məhkəmə-hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib  

17:22
03 İyun

“Europower Enerji”: Elektrik şəbəkəsi infrastrukturunun inkişafı bərpaolunan enerji mənbələrinin inteqrasiyasında mühüm rol oynayır  

17:21
03 İyun

Fransada 12 milyon şagirdin zorakılıqdan qorunmasına ehtiyac varmış  

17:18
03 İyun

Ekspert: Azərbaycanın rolu Cənubi Qafqazın strateji əhəmiyyətini artırır

17:09
03 İyun

Fransalı general: Aviasiyamızın formatı lazımi səviyyədə deyil

17:08
03 İyun

Roma Papası XIV Leodan

16:40
03 İyun

İyunun 4-6-da dağlıq və dağətəyi rayonlarda hava şəraiti arabir yağıntılı olacaq – XƏBƏRDARLIQ

16:39
03 İyun

Qərbi Azərbaycana qayıdış beynəlxalq hüquq və yeni reallıqlar müstəvisində - panel müzakirə

16:38
03 İyun

Coğrafiya İnstitutu: Kiçik Qafqazda sürüşmə aktivliyi artıb

16:37
03 İyun

Toxumçuluq sahəsində yeni rəqəmsal yanaşmalar təqdim edilib

16:17
03 İyun

DVX Vətəndaşları saxta vergi ödənişi saytları ilə bağlı xəbərdar edib

16:06
03 İyun

Zəngəzur dəhlizi üzrə işlər Azərbaycan tərəfində yekunlaşmaq üzrədir

16:01
03 İyun

Tramp: Mən olmasaydım, İsrail artıq yox idi

15:44
03 İyun

Bəhreyn ölkəni hədəfə alan raket və PUA-ları zərərsizləşdirib

15:42
03 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!