07 Aprel 2026 17:44
1095
PARLAMENT
A- A+
TÜRKPA iclasında birgə iqtisadi layihələr və model qanunlar təsdiqlənib

TÜRKPA iclasında birgə iqtisadi layihələr və model qanunlar təsdiqlənib

Aprelin 7-də Milli Məclisdə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) İqtisadi əməkdaşlıq komissiyasının “TÜRKPA üzvü olan dövlətlərin birgə iqtisadi fəaliyyətinin həyata keçirilməsinin reallıq və perspektivləri” mövzusunda 13-cü iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Qazaxıstan Parlamenti Məclisinin üzvü, TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının sədri Anas Bakkojayev türk dövlətlərinin dünya iqtisadiyyatındakı payı, eləcə də qarşılıqlı ticarət dövriyyəsinin həcmi barədə danışıb. O vurğulayıb ki, türk dövlətləri arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın genişləndirilməsi, daxili ticarətin artırılması iqtisadi diversifikasiyanın təmin olunmasına, ümumi iqtisadi potensialın daha səmərəli reallaşdırılmasına xidmət edir.

Sonra Milli Məclisin komitə sədri Fazil Mustafa çıxış edib. O, Prezident İlham Əliyevin “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikrinə istinad edərək bildirib ki, TÜRKPA çərçivəsində birliyin davamlılığının mühüm şərtlərindən biri də güclü iqtisadi əsasların formalaşdırılmasıdır. Komitə sədri vurğulayıb ki, türk dövlətləri arasında iqtisadi inteqrasiya prosesi müasir dövrün çağırışıdır. Bu baxımdan, TÜRKPA çərçivəsində parlamentlərarası əməkdaşlıq iqtisadi inteqrasiyanın normativ-hüquqi və institusional bazasını gücləndirmək üçün mühüm rol oynayır.

Fazil Mustafa Azərbaycanın türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsini prioritetdə saxladığını deyib və bugünkü iclasın uzunmüddətli əməkdaşlığın praktik mexanizmlərinin müzakirəsi baxımından səmərəli olacağına inamını bildirib.

Milli Məclisin deputatı Ağalar Vəliyev çıxışında TÜRKPA-ya üzv dövlətlər arasında mövcud iqtisadi layihələrin, o cümlədən birgə müəssisələr və investisiya təşəbbüslərinin, eləcə də azad iqtisadi zonaların imkanlarının daha geniş araşdırılmasının və bu əsasda perspektivli əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət TÜRKPA çərçivəsində çoxşaxəli iqtisadi əlaqələrin genişlənməsinə, ticarət münasibətlərinin stimullaşdırılmasına və qarşılıqlı investisiyaların təşviqinə əlverişli şərait yaradır. Bildirilib ki, Milli Məclis tərəfindən bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə məqsədyönlü və ardıcıl iş aparılır.

Sonra TÜRKPA İqtisadi əməkdaşlıq komissiyasının sədr müavini, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Bekmurza Ergeşov, Türkiyə Böyük Millət Məclisinin üzvləri Mahmut Rıdvan Nazırlı, Cemal Enginyurt, Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma, Şimali Kiprin Bakıdakı nümayəndəsi Ufuk Turganer, TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali, Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatı Katibliyinin departament direktoru İsrail Tilegen çıxış ediblər. Onlar TÜRKPA çərçivəsində ikitərəfli və çoxtərəfli iqtisadi əməkdaşlığın konseptual əsaslarının müəyyənləşdirilməsi, eləcə də səmərəli əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Daha sonra Anas Bakkojayev iclasın əsas mövzu üzrə hazırlanmış tövsiyə qərarının layihəsini, komissiya sədrinin müavini Bekmurza Ergeşov hesabat məruzəsinin layihəsini, komissiyanın katibi Baurjan Datkayev “Birgə müəssisələr haqqında” model qanun layihəsini müzakirəyə təqdim ediblər. Komissiya üzvləri hesabat məruzəsini, tövsiyə qərarını və model qanun layihəsini təsdiqləyiblər.

İclasda Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin Mülki hüquq qanunvericiliyi sektorunun müdiri Azər Səmədov Azərbaycan tərəfinin təşəbbüsü ilə hazırlanan və komissiyanın gələn iclasında baxılması nəzərdə tutulan “Ağıllı şəhər və kənd haqqında” model qanunun layihəsi barədə məlumat verib.

Sonda komissiyanın növbəti iclasının gündəliyi, mövzusu və tarixi müəyyənləşdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tbilisidə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

23:01
25 May

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən  

22:49
25 May

Bakının ev sahibliyi ilə keçirilən WUF13-ün beynəlxalq mediada yaratdığı geniş əks-səda davam edir 

22:37
25 May

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

22:36
25 May

Omanda Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib  

22:27
25 May

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

22:16
25 May

Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutodan

22:06
25 May

Rumıniyanın Prezidenti Nikuşor Dandan

22:02
25 May

Əl-Küveytdə 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub  

21:58
25 May

Azərbaycanın Müstəqillik Günü İstanbulda qeyd olunub

21:45
25 May

Yaxın Şərqdə sülh sazişi ilə bağlı xəbərlər neft qiymətlərini aşağı salıb

21:25
25 May

Hindistan şirkətləri xaricdə irihəcmli satınalmalara başlayıb

21:18
25 May

Böyük Britaniyada rekord isti hava dalğası

21:13
25 May

İxtisarlar və siyasi gərginliklər sülhməramlı missiyaları təhlükəyə atır  

21:12
25 May

Hava çirkliliyi ağciyər və beyin fəaliyyətinə təsir edir

20:57
25 May

Britaniyalıların 55 faizi Aİ-yə qayıtmaq istəyir

20:51
25 May

Azərbaycan startapları Silikon Vadisində beynəlxalq görüşlər keçirirlər

20:48
25 May

Azərbaycanda kredit portfeli 32,6 milyard manatı keçib

20:33
25 May

ADY Bakı–Tbilisi qatarı ilə bağlı sərnişinlərə sənəd tələblərini açıqlayıb

20:26
25 May

“WhatsApp”da yeni məxfilik funksiyası

20:16
25 May

“Volvo” yeni elektromobilini təqdim edib

20:07
25 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!