21 Sentyabr 2024 01:22
882
Nazirlər Kabineti
A- A+
“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun tətbiqi və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1812 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun tətbiqi və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1812 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə


№ 427


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI



Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun tətbiqi və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1812 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 8.2-ci bəndinin ikinci abzasında aşağıdakı dəyişikliklər edilsin:

1.1. birinci cümlədə “50 il müddətində saxlanılır” sözləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə müvəqqəti mühafizə olunur” sözləri ilə əvəz edilsin;

1.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Həmin müddət başa çatdıqdan sonra arxiv fondu sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 24 may tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi qaydası”na uyğun olaraq daimi dövlət mühafizəsinə təhvil verilir.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 14 dekabr tarixli 237 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 12, maddə 804 (Cild I) ilə təsdiq edilmiş “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikası dövlət məlumatlar fondunun Əsasna-məsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.3-cü bənddə “saxlanılır” sözü “mühafizə edilir” sözləri ilə əvəz edilsin;

2.2. 4-cü hissə üzrə:

2.2.1. 4.4-cü bənddə “saxlanmaq” sözü “mühafizə edilmək” sözləri ilə əvəz edilsin;

2.2.2. 4.5-ci bənddə “saxlanma” sözü “saxlanılma” sözü ilə əvəz edilsin və həmin bənddən “saxlanılır və” sözləri çıxarılsın;

2.2.3. 4.7-ci bənddə “saxlanılır” sözü “mühafizə edilir” sözləri ilə əvəz edilsin;

2.2.4. 4.8-ci bənd üzrə:

2.2.4.1. birinci abzasda “Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsi” sözləri “Milli Arxiv İdarəsi” sözləri əvəz edilsin;

2.2.4.2. ikinci abzasda “saxlanma” sözü “saxlanılma” sözü ilə əvəz edilsin və həmin abzasdan “saxlanılır və” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 195 (Cild I); 2024, № 2, maddə 210) ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 12-ci hissəsinin birinci abzasında “isə beş il müddətində saxlanılır” sözləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddətdə mühafizə olunur” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 197 (Cild I); 2024, № 1, maddə 111, № 3, maddə 328) ilə təsdiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”nin 5.7-ci bəndinin birinci abzasında “75 il ərzində müəssisələrdə saxlanılır” sözləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddətdə mühafizə olunur” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 6, maddə 373 (Cild I); 2024, № 2, maddə 208) ilə təsdiq edilmiş “Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

5.1. I bölmənin 6-cı hissəsində “Baş Arxiv idarəsinin” sözləri “Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin” sözləri ilə əvəz edilsin;

5.2. II bölmənin 1-ci hissəsinin ikinci abzasında “saxlanılan” sözü “mühafizə edilən” sözləri ilə əvəz edilsin.

6. “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamənin, Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi Qaydasının, Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qayda-ların, Aşkar edilmiş və ya tapılmış arxiv sənədlərini aşkar edən və ya tapan şəxsləri mükafatlandırma Qaydasının və Beynəlxalq əməkdaşlıq məqsədi ilə sənədlərin və kolleksiyaların xaricə müvəqqəti aparılması Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 221 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

6.1. həmin Qərarla təsdiq edilmiş “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamə” üzrə:

6.1.1. 2-ci hissə üzrə:

6.1.1.1. 2.1-ci bənddə “sənədlərlə” sözü “arxiv sənədləri ilə” sözləri ilə əvəz edilsin;

6.1.1.2. 2.3-cü bənddə “Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsi” sözləri “Milli Arxiv İdarəsi (bundan sonra - Milli Arxiv İdarəsi)” sözləri ilə əvəz edilsin;

6.1.1.3. 2.4-cü bəndin üçüncü və dördüncü abzaslarında, 2.5-ci bənddə, 3.1-ci bəndin ikinci, üçüncü, altıncı və yeddinci abzaslarında, 3.2-ci bəndin üçüncü və beşinci abzaslarında, 3.3-cü bəndin ikinci cümləsində (birinci, üçüncü və dördüncü hallarda), 4.4-cü bənddə (ikinci, üçüncü və dördüncü hallarda), 4.5-ci bənddə (üçüncü halda), 4.6-cı bəndin ikinci abzasında, 4.9-cu bəndin ikinci cümləsində, 4.10-cu bəndin ikinci abzasında ismin müvafiq hallarında “sənədlər” sözü ismin müvafiq hallarında “arxiv sənədləri” sözləri ilə əvəz edilsin;

6.1.1.4. 2.6-cı bəndin dördüncü abzasında və 2.7-ci bəndin birinci abzasında ismin müvafiq hallarında “dövlət və qeyri-dövlət arxivləri” sözləri ismin müvafiq hallarında “dövlət arxiv xidməti təşkilatları” sözləri ilə əvəz edilsin;

6.1.1.5. 2.7-ci bəndin ikinci abzasında “dövlət arxivləri” sözləri “dövlət arxiv xidməti təşkilatları” sözləri ilə, “Baş Arxiv İdarəsi” sözləri “Milli Arxiv İdarəsi” sözləri ilə əvəz edilsin;

6.1.1.6. 2.8-ci bənddə “dövlət arxivindən digər dövlət arxivinə yalnız Baş Arxiv İdarəsinin” sözləri “dövlət arxiv xidməti təşkilatından digər dövlət arxiv xidməti təşkilatına yalnız Milli Arxiv İdarəsinin” sözləri ilə əvəz edilsin;

6.1.1.7. 2.10-cu bəndə “müvafiq” sözündən əvvəl “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 24 may tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi qaydası”na uyğun olaraq” sözləri əlavə edilsin və həmin bənddə “dövlət arxivlərinə” sözləri “dövlət arxiv xidməti təşkilatlarına” sözləri ilə əvəz edilsin;

6.1.1.8. 2.11-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.11. Azərbaycan Respublikası prokurorluq orqanlarının, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin arxiv fondlarının daimi mühafizəsi həmin orqanların özləri tərəfindən həyata keçirilir.

Geodeziya və xəritəçəkmə, geologiya və mineral ehtiyatlar, ekologiya və təbiətdən istifadəyə nəzarət, standartlaşdırma, metrologiya və hidrometeorologiya üzrə dövlət orqanlarının, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elmi müəssisə və təşkilatlarının və Azərbaycan Milli Elmlər Akademiyasının arxiv sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin icazəsi ilə həmin təşkilatlarda daimi mühafizə olunur. Həmin təşkilatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 fevral tarixli 47 nömrəli Qərarı ilə təsdiq edilmiş “Arxiv fondlarının tərkibi və həcmi barədə məlumatların verilməsi Forması”na uyğun olaraq, arxiv fondlarının tərkibi və həcmi barədə Milli Arxiv İdarəsinə hər il üçün növbəti il yanvar ayının 25-dək məlumat verməlidirlər. Arxiv fondlarının tərkibi və həcmi barədə məlumatların verilməsi formasının və müddətinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə səbəb olur.”;

6.1.1.9. 2.12-ci bənddə (hər iki halda) “sənədlərlə” sözü “arxiv sənədləri ilə” sözləri ilə, “sənədin” sözü “arxiv sənədinin” sözləri ilə əvəz edilsin;

6.1.2. 3-cü hissə üzrə:

6.1.2.1. 3.2-ci bəndin birinci abzasında “Sənədlərin” sözü “Arxiv sənədlərinin” sözləri ilə, üçüncü abzasında “saxlanılan” sözü “mühafizə edilən” sözləri ilə və beşinci abzasında “saxlanılması” sözü “mühafizə edilməsi” sözləri ilə əvəz edilsin;

6.1.2.2. 3.3-cü bəndin ikinci cümləsində “bankı” sözü “aparatı” sözü ilə, “uçot” sözü “qeydiyyat” sözü ilə əvəz edilsin;

6.1.2.3. 3.4-cü bənddə “Baş Arxiv İdarəsi” sözləri “Milli Arxiv İdarəsi” sözləri ilə əvəz edilsin;

6.1.3. 4-cü hissə üzrə:

6.1.3.1. 4.1-ci bənddə “Dövlət arxivlərində saxlanılan” sözləri “Dövlət arxiv xidməti təşkilatlarında mühafizə edilən” sözləri ilə əvəz edilsin;

6.1.3.2. 4.2-ci bəndin birinci cümləsində “dövlət arxivlərində saxlanılan” sözləri “dövlət arxiv xidməti təşkilatlarında mühafizə edilən” sözləri ilə əvəz edilsin, həmin bəndin ikinci cümləsindən “və ya onun tapşırığı ilə Baş Arxiv İdarəsi” sözləri çıxarılsın;

6.1.3.3. 4.3-cü bəndin birinci abzası ləğv edilsin;

6.1.3.4. 4.4-cü və 4.5-ci bəndlərdə “Dövlət arxivləri onlarda saxlanılan sənədlər” sözləri “Dövlət arxiv xidməti təşkilatları onlarda mühafizə edilən arxiv sənədləri” sözləri ilə əvəz edilsin;

6.1.3.5. 4.6-cı bəndin birinci abzasının birinci cümləsində “Dövlət arxivlərindən sənədlər” sözləri “Dövlət arxiv xidməti təşkilatlarından arxiv sənədləri” sözləri ilə əvəz edilsin;

6.1.3.6. 4.8-ci bəndin birinci abzasında “dövlət arxivlərinin” sözləri “dövlət arxiv xidməti təşkilatlarının” sözləri ilə, “bankından” sözü “aparatından” sözü ilə əvəz edilsin;

6.1.3.7. 4.9-cu bəndin birinci cümləsində “Dövlət arxivləri” sözləri “Dövlət arxiv xidməti təşkilatları” sözləri ilə, ikinci cümləsində “saxlandığı” sözü “mühafizə edildiyi” sözləri ilə əvəz edilsin;

6.1.3.8. 4.10-cu bəndin birinci abzasında “Sənədlərdən” sözü “Arxiv sənədlərindən” sözləri ilə, “dövlət arxivlərində” sözləri “dövlət arxiv xidməti təşkilatlarında” sözləri ilə, ikinci abzasında “dövlət arxivlərinin” sözləri “dövlət arxiv xidməti təşkilatlarının” sözləri ilə, “bankından” sözü “aparatından” sözü ilə, “dövlət arxivləri” sözləri “dövlət arxiv xidməti təşkilatları” sözləri ilə əvəz edilsin;

6.1.3.9. 4.11-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.11. Milli arxiv fondu sənədlərindən istifadə qaydalarının pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə səbəb olur.”;

6.2. həmin Qərarla təsdiq edilmiş “Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi Qaydası” üzrə:

6.2.1. 3-cü hissədə “dövlət arxivlərində” sözləri “dövlət arxiv xidməti təşkilatlarında” sözləri ilə əvəz edilsin;

6.2.2. 4-cü hissədə (hər iki halda) “sənədlərin” sözü “arxiv sənədlərinin” sözləri ilə, “saxlanılmaq” sözü “mühafizə edilmək” sözləri ilə və “dövlət arxivlərinə” sözləri “dövlət arxiv xidməti təşkilatlarına” sözləri ilə əvəz edilsin;

6.2.3. 5-ci hissədə “dövlət arxivlərində” sözləri “dövlət arxiv xidməti təşkilatlarında” sözləri ilə əvəz edilsin;

6.2.4. 6-cı hissədə “Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsində” sözləri “Milli Arxiv İdarəsində (bundan sonra - Milli Arxiv İdarəsi)” sözləri ilə əvəz edilsin;

6.2.5. 7-ci hissədə “Baş Arxiv İdarəsi tərəfindən hazırlanmış müvafiq təlimat və metodiki göstərişlərə, saxlama müddətləri də göstərilməklə nümunəvi siyahı və sahə siyahılarına” sözləri “Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş dövlət orqanlarının və qurumlarının, bələdiyyə orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan arxiv sənədlərinin saxlanılma müddəti göstərilməklə nümunəvi siyahısına və ya Milli Arxiv İdarəsi ilə razılaşdırılmaqla onların özləri tərəfindən təsdiq edilmiş sahə siyahısına” sözləri ilə əvəz edilsin;

6.2.6. 8-ci hissənin ikinci cümləsində “saxlanılmaq üçün dövlət arxivlərinə” sözləri “mühafizə edilmək üçün dövlət arxiv xidməti təşkilatlarına” sözləri ilə və “saxlanılacaq şəxsi” sözləri “mühafizə ediləcək işçi” sözləri ilə əvəz edilsin;

6.2.7. 9-cu hissənin birinci cümləsində “saxlanılmaq üçün dövlət arxivlərinə” sözləri “mühafizə edilmək üçün dövlət arxiv xidməti təşkilatlarına” sözləri ilə, “şəxsi” sözü “işçi” sözü ilə, “saxlanılacaq” sözü “mühafizə ediləcək” sözləri ilə və “sənədlər saxlanılacaq” sözləri “arxiv sənədləri mühafizə ediləcək” sözləri ilə əvəz edilsin;

6.2.8. 10-cu hissə aşağıdakı redaksiyada verilsin:

“10. İdarə arxivləri daimi mühafizə üçün dövlət arxiv xidməti təşkilatlarına verilməli olan işlərin siyahısını iki nüsxədə təsdiq üçün onları qəbul edəcək dövlət arxiv xidməti təşkilatlarına göndərir. Təsdiq edildikdən sonra həmin siyahıların bir nüsxəsi nəzarət üçün dövlət arxiv xidməti təşkilatında saxlanılır, ikinci nüsxəsi isə idarənin arxivinə qaytarılır. Dövlət arxiv xidməti təşkilatına daimi mühafizə ediləcək işlərin siyahısı ilə yanaşı, nəzarət üçün işçi heyətə aid işlərin siyahısı və əməli əhəmiyyətini itirmiş arxiv sənədlərinin saxlanılma müddətləri də göstərilməklə, məhv edilmək üçün bu Qaydanın 8-ci hissəsində göstərilən forma üzrə tərtib olunmuş ayırma aktları da təqdim edilir.”;

6.2.9. 11-ci hissənin birinci cümləsinə “sənədləri” sözündən əvvəl “arxiv” sözü əlavə edilsin və həmin hissənin ikinci cümləsində “dövlət arxivi” sözləri “dövlət arxiv xidməti təşkilatı” sözləri ilə əvəz edilsin;

6.2.10. 12-ci hissə aşağıdakı redaksiyada verilsin:

“12. İdarə arxivlərindən daimi mühafizə üçün dövlət arxiv xidməti təşkilatlarına veriləcək işlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən müvəqqəti mühafizə müddəti başa çatdıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 24 may tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi qaydası”na uyğun olaraq daimi dövlət mühafizəsinə təhvil verilməlidir.

Dövlət orqanı (qurumu) ləğv edildikdə və onun hüquqi varisi olmadıqda, həmin dövlət orqanının (qurumunun) arxiv fondları “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət arxiv fonduna təhvil verilir.”;

6.2.11. 13-cü hissə üzrə:

6.2.11.1. birinci və üçüncü cümlələrdə ismin müvafiq hallarında “sənədlər” sözü ismin müvafiq hallarında “arxiv sənədləri” sözləri ilə əvəz edilsin;

6.2.11.2. ikinci cümlədə “Dövlət arxivlərinə” sözləri “Dövlət arxiv xidməti təşkilatlarına” sözləri ilə, “saxlanılmalı” sözü “mühafizə edilməli” sözləri ilə əvəz edilsin;

6.2.11.3. dördüncü cümlədə “Sənədlərin dövlət arxivinə” sözləri “Arxiv sənədlərinin dövlət arxiv xidməti təşkilatına” sözləri ilə əvəz edilsin;

6.2.12. 14-cü hissədə mətn üzrə ismin müvafiq hallarında “sənədlər” sözü ismin müvafiq hallarında “arxiv sənədləri” sözləri ilə, həmin hissənin üçüncü abzasında “sənəd” sözü “arxiv sənədi” sözləri ilə və “Baş Arxiv İdarəsinin” sözləri “Milli Arxiv İdarəsinin” sözləri ilə əvəz edilsin;

6.2.13. aşağıdakı məzmunda 15-ci hissə əlavə edilsin:

“15. Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi qaydalarının pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə səbəb olur.”;

6.3. həmin Qərarla təsdiq edilmiş “Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydalar” üzrə:

6.3.1. 5-ci hissədə “saxlamaq” sözü “mühafizə etmək” sözləri ilə əvəz edilsin;

6.3.2. 6-cı hissədə “sənədlərin” sözü “arxiv sənədlərinin” sözləri ilə əvəz edilsin;

6.3.3. 7-ci hissənin birinci və ikinci cümlələrində “Sənədlər saxlanılan” sözləri “Arxiv sənədlərinin mühafizə olunduğu” sözləri ilə əvəz edilsin;

6.3.4. 9-cu hissəyə “arxiv xidməti təşkilatları” sözlərindən əvvəl “dövlət” sözü əlavə edilsin;

6.3.5. 10-cu hissədə (hər iki halda) ismin müvafiq hallarında “sənədlər” sözü ismin müvafiq hallarında “arxiv sənədləri” sözləri ilə və “saxlama” sözü “saxlanılma” sözü ilə əvəz edilsin;

6.3.6. 11-ci hissədə “sənədlərinin dövlət uçotuna” sözləri “arxiv sənədlərinin dövlət qeydiyyatına” sözləri ilə, “Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin” sözləri “Milli Arxiv İdarəsinin” sözləri ilə və “dövlət arxivlərinin” sözləri “dövlət arxiv xidməti təşkilatlarının” sözləri ilə əvəz edilsin;

6.3.7. 13-cü hissənin birinci cümləsində “sənədlərini respublikanın dövlət arxivlərində” sözləri “arxiv sənədlərini dövlət arxiv xidməti təşkilatlarında” sözləri ilə, ikinci cümləsində “dövlət arxivi” sözləri “dövlət arxiv xidməti təşkilatı” sözləri ilə, “sənədlərin saxlanılması” sözləri “arxiv sənədlərinin mühafizəsi” sözləri ilə əvəz edilsin;

6.3.8. 14-cü hissə aşağıdakı redaksiyada verilsin:

“14. Fiziki şəxs vəfat etdikdə, onun arxiv sənədləri üzərində mülkiyyət hüququ onun vərəsəsinə, hüquqi şəxs yenidən təşkil edildikdə isə onun arxiv sənədləri üzərində mülkiyyət hüququ onun hüquqi varisinə keçir. Hüquqi şəxs ləğv edildikdə və ya vəfat etmiş fiziki şəxsin vərəsəsi olmadığı halda, onların arxiv sənədləri üzərində mülkiyyət hüququ dövlətə keçir.

Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan arxiv sənədləri üzərində mülkiyyət hüququ digər şəxslərə keçdikdə, bu barədə məlumat fiziki şəxsin vərəsəsi tərəfindən vəfat etmiş fiziki şəxsin yaşayış yeri üzrə, hüquqi şəxsin hüquqi varisi tərəfindən isə yenidən təşkil edilmiş hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına mülkiyyət hüququnu əldə etdiyi andan 30 (otuz) gün müddətində verilməlidir. Hüquqi şəxs ləğv edildikdə, onun ləğvi ilə bağlı yaradılmış ləğvetmə komissiyası özünün və həmin hüquqi şəxsin arxiv sənədlərinin ləğv edilmiş hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına mühafizəyə verilməsini təmin etməli və təhvil verildiyinə dair həmin dövlət arxiv xidməti təşkilatından Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən müəyyən edilmiş formaya uyğun arayış almalıdır. Dövlət arxiv xidməti təşkilatı həmin arayışı arxiv sənədlərinin təhvil verildiyi gün verməlidir.”;

6.3.9. aşağıdakı məzmunda 16-cı hissə əlavə edilsin:

“16. Bu Qaydaların pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə səbəb olur.”;

6.4. həmin Qərarla təsdiq edilmiş “Aşkar edilmiş və ya tapılmış arxiv sənədlərini aşkar edən və ya tapan şəxsləri mükafatlandırma Qaydası” üzrə:

6.4.1. 2-ci hissədə “Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinə” sözləri “Milli Arxiv İdarəsinə (bundan sonra – Milli Arxiv İdarəsi)” sözləri ilə əvəz edilsin;

6.4.2. 3-cü hissədə “Baş Arxiv İdarəsi” sözləri “Milli Arxiv İdarəsi” sözləri ilə, “uçotuna” sözü “qeydiyyatına” sözü ilə və “dövlət arxivinə” sözləri “dövlət arxiv xidməti təşkilatına” sözləri ilə əvəz edilsin;

6.4.3. 4-cü hissədə “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin” sözləri “Milli Arxiv İdarəsinin” sözləri ilə əvəz edilsin;

6.4.4. 5-ci hissənin birinci cümləsində “Baş Arxiv İdarəsinin” sözləri “Milli Arxiv İdarəsinin” sözləri ilə, “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsində” sözləri “Milli Arxiv İdarəsində” sözləri ilə, “dövlət arxivlərinin” sözləri “dövlət arxiv xidməti təşkilatlarının” sözləri ilə əvəz edilsin;

6.4.5. 7-ci hissədə “Baş Arxiv İdarəsi” sözləri “Milli Arxiv İdarəsi” sözləri ilə əvəz edilsin;

6.5. həmin Qərarla təsdiq edilmiş “Beynəlxalq əməkdaşlıq məqsədi ilə sənədlərin və kolleksiyaların xaricə müvəqqəti aparılması Qaydası” üzrə:

6.5.1. 3-cü hissədə “Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsi” sözləri “Milli Arxiv İdarəsi” sözləri ilə əvəz edilsin;

6.5.2. 4-cü hissədə “saxlanılan” sözü “mühafizə edilən” sözləri ilə, “uçotuna götürülmüş” sözləri “qeydiyyatına alınmış” sözləri ilə və “uçota götürən” sözləri “qeydiyyata alan” sözləri ilə əvəz edilsin;

6.5.3. 5-ci, 6-cı hissələrdə və 7-ci hissədə (hər iki halda) “sənədlərin” sözü “arxiv sənədlərinin” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli 158 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 684 (Cild I) ilə təsdiq edilmiş “Şəhərsalma sənədlərinin tərkibi, tərtibatı, razılaşdırılması, dövlət ekspertizası aparılması və təsdiq olunması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

7.1. 13.1-ci bəndin birinci abzasının ikinci cümləsində “saxlanılır” sözü “mühafizə edilir” sözləri ilə, ikinci abzasında “saxlanılmalıdır” sözü “mühafizə edilməlidir” sözləri ilə əvəz edilsin;

7.2. Qaydalara 2 nömrəli Əlavə - “Şəhərsalma layihələrinin tərtibatına aid ümumi tələblər”in “Qeyd” hissəsinin 2-ci bəndində “, sifarişçinin və arxiv xidmətinin müvafiq qaydada müəyyənləşdirdiyi müddətdə daimi saxlanılmasını” sözləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlərdə mühafizəsini” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 2 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 51 (Cild I) ilə təsdiq edilmiş “Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrının və monitorinqinin aparılması Qaydaları”nın 3.9-cu bəndinin ikinci cümləsində “saxlanılır” sözü “mühafizə edilir” sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 mart tarixli 67 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 221 (Cild I) ilə təsdiq edilmiş “Texniki təhlükəsizlik ekspertizasının keçirilməsi Qaydaları”nın 2.9.1-ci yarımbəndinin ikinci abzasının ikinci cümləsində “saxlayır” sözü “mühafizə edir” sözləri ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 160 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 643 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatlarının dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələri haqqında Nümunəvi Əsasnamə”nin 13-cü hissəsinin on üçüncü abzasında “saxlama” sözü “saxlanılma” sözü ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 162 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 645 (Cild I); 2024, № 3, maddə 315) ilə təsdiq edilmiş “Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması Qaydası”nın 44-cü hissəsində “saxlanılan” sözü “mühafizə edilən” sözləri ilə əvəz edilsin.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 mart tarixli 36 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 3, maddə 168 (Cild I); 2024, № 5 (II kitab), maddə 612) ilə təsdiq edilmiş “Qeydiyyata alınmış İnteqral sxem topologiyalarının Dövlət Reyestrinin aparılması Qaydaları”nın 5-ci hissəsinin birinci abzasında “saxlanılır” sözü “mühafizə edilir” sözləri ilə əvəz edilsin.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 60 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 5, maddə 246 (Cild I) ilə təsdiq edilmiş “Ətraf mühitə dair informasiyanın təhlili, saxlanması, yeniləşdirilməsi, obyektlərinin siyahısı, registri və onun aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

13.1. 3.1-ci bənddə “qorunub saxlanması” sözləri “mühafizəsi” sözü ilə, “qorunub saxlanılır” sözləri isə “mühafizə edilir” sözləri ilə əvəz edilsin;

13.2. 4.3-cü bənddə “qorunub saxlanmasını” sözləri “mühafizəsini” sözü ilə əvəz edilsin.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 759 (Cild I); 2024, № 2, maddə 208, № 4, maddə 472, № 5 (II kitab), maddə 612) ilə təsdiq edilmiş “Dövlət ovçuluq kadastrının və ov obyektlərinin monitorinqinin aparılması qaydası”nın 3.7-ci bəndinin ikinci cümləsində “saxlanılır” sözü “mühafizə edilir” sözləri ilə əvəz edilsin.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 384 (Cild I); 2024, № 1, maddə 111, № 3, maddə 303) ilə təsdiq edilmiş “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

15.1. 2.4-cü bənddə “uçotu” sözü “qeydiyyatı” sözü ilə, “uçot” sözü “qeydiyyat” sözü ilə əvəz edilsin;

15.2. 8-ci hissə üzrə:

15.2.1. 8.1-ci bənddə “saxlanılmaq” sözü “mühafizə edilmək” sözləri ilə əvəz edilsin;

15.2.2. 8.2-ci bənddə “saxlanılır” sözü “mühafizə edilir” sözləri ilə əvəz edilsin;

15.2.3. 8.3-cü bəndin birinci cümləsində “saxlanılmasını” sözü “mühafizə edilməsini” sözləri ilə əvəz edilsin;

15.2.4. 8.4-cü bəndin dördüncü cümləsində “saxlanılması” sözü “mühafizə edilməsi” sözləri ilə əvəz edilsin;

15.2.5. 8.5-ci bəndin birinci cümləsində “saxlanılır” sözü “mühafizə edilir” sözləri ilə əvəz edilsin;

15.2.6. 8.6-cı bənd üzrə:

15.2.6.1. birinci cümlədə “uçotu” sözü “qeydiyyatı” sözü ilə, “uçota” sözü “qeydiyyata” sözü ilə, “Uçot” sözü “Qeydiyyat” sözü ilə əvəz edilsin və həmin cümlədən “saxlanılır və” sözləri çıxarılsın;

15.2.6.2. ikinci cümlədə “75 il saxlanılır” sözləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutul-muş müddətdə mühafizə olunur” sözləri ilə əvəz edilsin;

15.2.6.3. 8.6.3-cü yarımbənddə “uçotu” sözü “qeydiyyatı” sözü ilə, “saxlanılan” sözü “mühafizə edilən” sözləri ilə əvəz edilsin;

15.2.7. 8.7-ci bəndin birinci cümləsində “saxlanılır” sözü “mühafizə edilir” sözləri ilə, ikinci cümləsində “saxlanma” sözü “saxlanılma” sözü ilə, “75 ildir” sözləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir” sözləri ilə əvəz edilsin;

15.2.8. 8.8-ci bəndin birinci cümləsində “saxlanılır” sözü “mühafizə edilir” sözləri ilə əvəz edilsin;

15.2.9. 8.9-cu bənddə “3 il müddətinə saxlanılması” sözləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddətdə mühafizəsi” sözləri ilə əvəz edilsin.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 yanvar tarixli 25 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 54 (Cild I) ilə təsdiq edilmiş “Silah və hərbi texnikaya, mühüm mülki məhsullara, yüksək təhlükə obyektlərinə, əhali üçün həyati əhəmiyyətli sistemlərə və milli sərvət hesab olunan obyektlərə dair sənədlərin ehtiyat fondunun yaradılması, saxlanılması və istifadə olunması Qaydası”nın 4.4-cü bəndinin üçüncü cümləsində “saxlanıldığı” sözü “mühafizə edildiyi” sözləri ilə əvəz edilsin.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 fevral tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 186 (Cild I) ilə təsdiq edilmiş “Sənədlərin saxlanmasına, komplektləşdirilməsinə və mühafizəsinə dair Qaydalar”da aşağıdakı dəyişikliklər edilsin:

17.1. 2.3-cü bənd ləğv edilsin;

17.2. 4-cü hissə üzrə:

17.2.1. 4.2-ci bəndə “Sənədlər” sözündən sonra “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa və arxiv sənədlərinin mühafizəsi tələblərinə uyğun olaraq” sözləri əlavə edilsin;

17.2.2. 4.4-cü bənddə “daimi mühafizə üçün müvafiq dövlət arxivlərinə” sözləri “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 24 may tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi qaydası”na uyğun olaraq daimi dövlət mühafizəsinə” sözləri ilə əvəz edilsin.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddə 467) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 33.1.3-cü yarımbəndinə “Respublikasının” sözündən sonra “sənədləri dəyişən tərkibli” sözləri əlavə edilsin.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 8 may tarixli 112 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 435 (Cild I) ilə təsdiq edilmiş “Meliorasiya və irriqasiya sistemlərinin pasportlaşdırılması Qaydaları”na 4 nömrəli əlavə - “TP 4. Bəndli sugötürücü baş qurğunun texniki pasportunun nümunəvi forması Bəndli sugötürücü baş qurğunun texniki pasportu”nda “saxlanılır” sözü “mühafizə edilir” sözləri ilə əvəz edilsin.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 may tarixli 89 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 468 (Cild I) ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

20.1. 9.5-ci bənddə “saxlanılması” sözü “mühafizə edilməsi” sözləri ilə əvəz edilsin;

20.2. 16-cı hissədə “ən azı 5 il saxlanılır” sözləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müvəqqəti mühafizə müddəti başa çatdıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 24 may tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi qaydası”na uyğun olaraq daimi dövlət mühafizəsinə təhvil verilməlidir” sözləri ilə əvəz edilsin.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 aprel tarixli 57 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 4, maddə 371 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda “şəhər və rayon” sözləri “rayon (şəhər)” sözləri ilə əvəz edilsin.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 232 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 1030 (Cild I); 2024, № 3, maddə 314, № 5 (II kitab), maddə 612) ilə təsdiq edilmiş “Gömrük ekspertizasının aparılması Qaydaları”nın 12.17-ci bəndinin ikinci cümləsində “saxlanılır” sözü “mühafizə edilir” sözləri ilə əvəz edilsin.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 25 aprel tarixli 114 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 458 (Cild I) ilə təsdiq edilmiş “Avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması və aparılması, habelə reyestrə daxil edilmiş məlumatların verilməsi Qaydası”nın 4.8-ci bəndinin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin:

“Reyestr qovluqları daimi mühafizə üçün dövlət arxivinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 24 may tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi qaydası”na uyğun olaraq təhvil verilməlidir.”.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 146 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 573 (Cild I) ilə təsdiq edilmiş “Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

24.1. 2.24-cü bənddə “saxlanmalıdır” sözü “mühafizə edilməlidir” sözləri ilə əvəz edilsin;

24.2. 3.7-ci bəndin ikinci cümləsində “saxlanılır” sözü “mühafizə edilir” sözləri ilə, üçüncü cümləsində “saxlanmalıdır” sözü “mühafizə edilməlidir” sözləri ilə əvəz edilsin.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 187 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 741 (Cild I) ilə təsdiq edilmiş 6 nömrəli əlavə - “Tipi təsdiq edilmiş standart nümunələrin və ölçmə vasitələrinin dövlət reyestrinin aparılması Qaydası”nın 7-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

25.1. adında “saxlanılması” sözü “mühafizə olunması” sözləri ilə əvəz edilsin;

25.2. 7.1-ci bənddə “15 (on beş) il müddətində reyestrin arxivində saxlanılmalıdır” sözləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müvəqqəti mühafizə müddəti başa çatdıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 24 may tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi qaydası”na uyğun olaraq daimi dövlət mühafizəsinə təhvil verilməlidir” sözləri ilə əvəz edilsin.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 56 (Cild I); 2024, № 4, maddə 440, № 6 (II kitab), maddə 730) ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 1.5-ci bəndində “saxlanılır” sözü “mühafizə edilir” sözləri ilə əvəz edilsin.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 222 (Cild I) ilə təsdiq edilmiş “Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın 3.2.10-cu yarımbəndində “saxlanılması” sözü “mühafizə edilməsi” sözləri ilə əvəz edilsin.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 may tarixli 186 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 667 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 23 avqust tarixli 379 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”yə 3 nömrəli əlavə - “Sənaye məhəlləsinin və onun rezidentlərinin reyestrinin aparılması Qaydası”nın 4-cü hissəsinin adında “saxlanılması” sözü “mühafizə olunması” sözləri ilə əvəz edilsin.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 iyul tarixli 252 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 884 (Cild I); 2024, № 5 (II kitab), maddə 612) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların reyestrinin aparılması Qaydası”nın 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

29.1. adında “saxlanılması” sözü “mühafizə olunması” sözləri ilə əvəz edilsin;

29.2. 4.1-ci bənddə “Azərbaycan Respublikası qanun-vericiliyinin müəyyən etdiyi” sözləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş” sözləri ilə, “saxlanılmalıdır” sözü “mühafizə edilməlidir” sözləri ilə əvəz edilsin.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 iyul tarixli 257 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 888 (Cild I) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Texnoloji biznes inkubatoru rezidentlərinin qeydiyyatının, həmçinin texnologiyalar parkı rezidentlərinin və texnoloji biznes inkubatoru rezidentlərinin reyestrinin aparılması Qaydası”nın 4.4-cü bəndində “saxlanılmaq” sözü “mühafizə edilmək” sözləri ilə əvəz edilsin.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 aprel tarixli 143 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 799 (Cild I); 2024, № 1, maddə 77) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin fiziki mühafizəsi və mühəndis təhlükəsizlik sistemləri ilə təchiz edilməsi üzrə Xüsusi Tikinti Normaları”nda aşağıdakı dəyişikliklər edilsin:

31.1. 9.19.6.1-ci yarımbənddə “saxlanılmasını” sözü “mühafizə-sini” sözü ilə əvəz edilsin;

31.2. 10.23-cü bəndin birinci cümləsində və 10.24-cü bəndin ikinci cümləsində “saxlanılması” sözü “mühafizəsi” sözü ilə əvəz edilsin.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2725 (Cild I); 2024, № 1, maddə 77) ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın 4.14-cü bəndində “saxlanılmaq” sözü “mühafizə edilmək” sözləri ilə əvəz edilsin.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli 520 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 2100 (Cild I); 2024, № 4, maddə 471) ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

33.1. 2.1.2.37-ci yarımbənd üzrə:

33.1.1. birinci cümlədə “saxlanmalıdır” sözü “mühafizə edilməlidir” sözləri ilə əvəz edilsin;

33.1.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Sənədlərin mühafizə müddətləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.”;

33.2. 2.1.7.1-ci yarımbəndin iyirmi birinci abzasında “saxlanmalıdır” sözü “mühafizə edilməlidir” sözləri ilə əvəz edilsin.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 3 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 61 (Cild I); 2024, № 3, maddə 299; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 18 iyul tarixli 346 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri”nin cədvəlinin 8-ci hissəsinin “Xidmətin adı” sütununda “saxlanılan” sözü “mühafizə edilən” sözləri ilə əvəz edilsin.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 yanvar tarixli 16 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 73 (Cild I); 2024, № 4, maddə 439) ilə təsdiq edilmiş “Turizm Reyestrinin aparılma Qaydası”nın 2.6-cı bəndində “saxlanılır” sözü “mühafizə edilir” sözləri ilə əvəz edilsin.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 41 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 192 (Cild I) ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.3.1.7-ci yarımbəndinin ikinci abzasında “saxlanılır” sözü “mühafizə edilir” sözləri ilə əvəz edilsin.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1316 (Cild I); 2024, № 1, maddə 111, № 2, maddə 229; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 9 iyul tarixli 334 nömrəli və 23 iyul tarixli 354 nömrəli qərarları) ilə təsdiq edilmiş “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”nda aşağıdakı dəyişikliklər edilsin:

37.1. 2-ci hissənin dördüncü abzasının dördüncü cümləsində “saxlanılmasında” sözü “mühafizə edilməsində” sözləri ilə əvəz edilsin;

37.2. 3-cü hissənin on üçüncü abzasının birinci cümləsində “saxlanılması” sözü “mühafizə edilməsi” sözləri ilə əvəz edilsin.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 28 yanvar tarixli 18 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 101 (Cild I) ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reyestrinin aparılması Qaydası”nın 3.4-cü bəndinin ikinci cümləsində “saxlanılır” sözü “mühafizə edilir” sözləri ilə əvəz edilsin.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 215 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 7, maddə 877 (Cild I) ilə təsdiq edilmiş “Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması Qaydası”nın 4.3-cü bəndində “Azərbaycan Respublikasının qanunvericiliyi ilə” sözləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə, “saxlanılır” sözü isə “mühafizə edilir” sözləri ilə əvəz edilsin.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 iyun tarixli 231 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 6, maddə 672 (Cild I); 2024, № 5 (II kitab), maddə 611) ilə təsdiq edilmiş “Qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikat və fərdi kod nömrəsinin verilməsi Qaydası”nın 4.3-cü bəndində “saxlanılır” sözü “mühafizə edilir” sözləri ilə əvəz edilsin.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 avqust tarixli 267 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (II kitab), maddə 1250 (Cild I) ilə təsdiq edilmiş “Problemli aktivlərin (əmlakların) və onlar üzrə tələb hüquqlarının satılması, idarəetməyə verilməsi və iştirak payı kimi qoyulması üzrə Müsabiqə Komissiyasının fəaliyyət Qaydası”nın 5.2-ci bəndində “qanunvericiliklə müəyyən olunmuş qaydada Dövlət Arxivinə təhvil verilir” sözləri “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 24 may tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi qaydası”na uyğun olaraq daimi dövlət mühafizəsinə təhvil verilir” sözləri ilə əvəz edilsin.


Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, 18 sentyabr 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:59
27 Sentyabr

Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında

01:57
27 Sentyabr

UEFA Avropa Liqası: “Tottenhem” – “Qarabağ” oyununun start heyətləri məlum olub

22:39
26 Sentyabr

Energetika naziri Belqradda bir sıra görüşlər keçirib

22:34
26 Sentyabr

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 75 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib

22:32
26 Sentyabr

Assosiasiya prezidenti: Azərbaycan bazarı Qətər üçün mühümdür

22:30
26 Sentyabr

Şahin Mustafayev: Çinlə tranzit daşımaları əməkdaşlığımızın əsas istiqamətlərindən biridir

22:29
26 Sentyabr

Şuşa şəhərində Vüqar Həşimov Memorialının açılış mərasimi olub

22:26
26 Sentyabr

Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

22:20
26 Sentyabr

Azərbaycan və Ermənistan qısa müddətdə sülh sazişinin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər YENİLƏNİB 

22:19
26 Sentyabr

Qırx ölkənin təmsil olunduğu “ADEX-2024” və “Securex Caspian” sərgilərinə yekun vurulub

20:12
26 Sentyabr

"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra sənədlər imzalanıb

20:10
26 Sentyabr

Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub

19:32
26 Sentyabr

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

19:31
26 Sentyabr

Azərbaycan Müdafiə Nazirliyinin və Çinin dövlət şirkətinin rəhbərlikləri arasında görüş keçirilib

19:30
26 Sentyabr

Nazir: “COP29 gündəliyində olan 14 təşəbbüsü BMT-də təqdim etdik”

19:29
26 Sentyabr

Şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri, prokurorluğun veteranları və Vətən müharibəsində iştirak edən prokurorluq işçiləri ilə görüş keçirilib

19:28
26 Sentyabr

Vüqar Həşimov Memorialı start götürüb

19:27
26 Sentyabr

Fransada Milli Assambleyanın yenidən buraxılacağına dair çağırışlar səslənir

19:26
26 Sentyabr

Kir Starmer Avropa İttifaqı ilə əlaqələri yenidən qurmaq istəyir

19:25
26 Sentyabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə sahilyanı təmizlik aksiyası keçirilib

19:22
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!