03 Noyabr 2026 09:00
519
Mədəniyyət
A- A+
"Mən ağ sular kimi axıb getmərəm..."

"Mən ağ sular kimi axıb getmərəm..."


Ötən əsrin birinci yarısında Azərbaycan ədəbiyyatının tanınan simalarından biri də şair, dramaturq və tərcüməçi Məmməd Rahim olmuşdur.

Onun "Gördüm" adlı ilk şeiri 1926-cı ildə, ilk şeir kitabı "Arzular"  isə 1930-cu ildə çap olunmuşdur. Tələbəlik illərindən başlayaraq, Məmməd Rahim həm də "Azərnəşr"də tərcüməçilik  etmişdir. Bu zaman o, dövrün görkəmli şairləri Əhməd Cavad və Hüseyn Cavidin təşəbbüsü ilə Bakıda yaradılmış "Yaşıl yarpaqlar" dərnəyinin üzvü olmuş Mikayıl Müşfiq və Almas İldırımla dostluq etmişdir. Əbəs yerə deyildir ki, hər üç şair yaradıcılığa qədəm qoyduqları ilk vaxtlardan özlərini Əhməd Cavad ədəbi məktəbinin yetirməsi hesab edirdi.


Mən ağ sular kimi axıb getmərəm,

Şimşəyəm, havayı çaxıb getmərəm.

Dünyanı pəncərə sandı babalar,

Mən ondan mənasız baxıb getmərəm.


- deyən Məmməd Rahimin bu misralarını oxuculara xatırladan ustad tənqidçi, akademik  Məmməd Arif yazır ki, o, 30 il əvvəl Səməd Vurğun, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Osman Sarıvəlli, Rəsul Rza kimi şairlərlə bir dövrdə ədəbiyyata gəlmiş və o zamandan bu cəbhədə fəal çalışmaqdadır. 

1931-ci ildə institutu  uğurla başa vuran gənc elə həmin il 1-ci Bakı beşillik sovet məktəbində pedaqoji fəaliyyətə başlamışdır. M.Rahim 1938-1940-cı illərdə Azərbaycan  Yazıçılar İttifaqında şeir bölməsinin rəhbəri və təşkilat katibi, 1941-1946-cı illərdə müdafiə bölməsinin rəhbəri, habelə İranda xüsusi ezamiyyətdə olmuşdur. 1946-cı ildən geniş ədəbi yaradıcılıqla məşğul olduğuna görə işləməmişdir. Müəyyən fasilədən sonra - 1947-1950, 1951-1952-ci illərdə yenidən Yazıçılar İttifaqında poeziya bölməsinə rəhbərlik etmişdir. Türkiyə və Aralıq dənizində səfərdə olmuş şair xəstələndiyi vaxtadək yalnız yaradıcılıqla məşğul olmuşdur. 1955-ci ildə "Xaqani" mənzum dramını, 1956-cı ildə "Sayat Nova" , 1962-ci ildə "Natəvan" poemalarını yazmış, Ş.Petefi, Beranje, A.Tvardovski, A.Blok, Şiller, Nekrasov və digərlərindən tərcümələr etmişdir.  

1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Məmməd Rahimin  əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dilə tərcümə olunmuşdur.  Azərbaycan ədəbiyyatının inkişafında xidmətləri yüksək qiymətləndirilən şair 1940-cı ildə Azərbaycan SSR Əməkdar incəsənət xadimi, 1949-cu ildə Stalin mükafatı laureatı adına layiq görülmüşdür. 1941-1945-ci illəri Məmməd Rahim yaradıcılığının ən məhsuldar dövrü hesab etmək olar. Həmin illərdə M.Rahimin poeziyası sərt və döyüşkən xarakter almışdır. Onun "Üç qardaş", "Müqəddəs kədər", "İkiqat cinayət", "Onu Don qucaqladı", "Aslanım partizandır", "Tək məzar", "Sənsiz" və bir çox başqa şeirləri oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. 

Böyük Vətən müharibəsinin qızğın çağlarında Səməd Vurğunun "Məmməd Rahimin yaradıcılığı haqqında"  yazdığı məqalənin ilk cümləsi belə başlayır: "Məmməd Rahimin poeziyası xalqımız arasında böyük şöhrət qazanmışdır". Bu, doğrudan da belə idi. Bu şeirlər ilk növbədə, öz lirik səciyyəsi ilə seçilirdi. Ədəbiyyatşünasların fikrincə, şairin  lirikası öz həzinliyi, kövrəkliyi ilə diqqəti cəlb edir. 

Müharibə mövzusu Məmməd Rahimin yaradıcılığında müharibədən sonra da davam etmişdir. Müharibədən az sonra şair "Leninqrad göylərində" poemasını yazmışdır. Əsərin qəhrəmanı Hüseynbala Əliyevin döyüş yolu və onun qəhrəmanlığı vətənpərvərliyin poeziyada əbədi dəyər qazanması idi. Bu poemanı  Məmməd Rahimin ən gözəl və ən dəyərli əsəri hesab etsək, yanılmarıq. Poema qısa müddətdə Azərbaycan poeziyasının uğuruna çevrilmiş, Dövlət mükafatına layiq görülmüşdür.

Məmməd Rahim yaradıcılığından söz açanda onun tərcüməçilik fəaliyyətindən də yan keçmək olmaz. Professor Vaqif Yusifli yazır: "Onun tərcüməçilik fəaliyyəti orijinal yaradıcılığı qədər dəyərlidir. Çünki Rahim tərcümə işinə barmaqarası baxmayıb, poetik istedadının gücü ilə Şərq və Qərb şairlərinin əsərlərini dilimizdə məharətlə səsləndirə bilib". O, dahi Nizami Gəncəvinin "Yeddi gözəl" poemasını farscadan dilimizə çevirmişdir. Hələlik bu əsərin ən yaxşı və uğurlu tərcüməsi Rahimə məxsusdur. Böyük gürcü klassiki Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərinin bir hissəsinin tərcüməsi də Rahimin qələmindən çıxmışdır. Puşkinin "Ruslan və Lyudmila" poeması və bir sıra digər şeirləri, Lermontovun bir çox şeir və poemaları, Blokun "On ikilər" poeması da M.Rahim tərcüməsində Azərbaycan oxucularına çatdırılmışdır. Onların bir çoxu indi də öz poetikliyini saxlayır. 

XX əsr Azərbaycan ədəbiyyatının inkişafında xidmətləri yüksək qiymətləndirilən Məmməd Rahim 1964-cü ildə Azərbaycan SSR Xalq şairi fəxri adına layiq görülmüşdür. 1967-ci ildə "Lenin" ordeninə, 1965-ci ildə "Qırmızı Əmək bayrağı", 1977-ci ildə "Oktyabr inqilabı" ordenlərinə və medallara, habelə fəxri fərman və qiymətli hədiyyələrə  layiq görülmüş şair 1977-ci il mayın 6-da vəfat etmişdir. 


Rəhman SALMANLI,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü

08:00
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!