04 Noyabr 2026 12:37
99
Mədəniyyət
A- A+
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub  

“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub  

Noyabrın 3-də Nizami Kino Mərkəzində SOCAR və “AnewZ” televiziya kanalının birgə istehsalı olan “Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva filmin yaradıcı heyəti ilə görüşüb və xatirə fotoları çəkdirilib.

Premyerada çıxış edən “AnewZ” televiziya kanalının icraçı direktoru Rüfət Həmzəyev sənədli filmin ideyasının SOCAR-ın muzey kolleksiyasında qorunan XX əsrin əvvəllərinə aid 103 tarixi açıqcadan yarandığını deyib. İcraçı direktor filmin təxminən bir əsr öncə Bakıda yaşanan neft bumundan, həmin dövrdə şəhərin dünyanın müxtəlif ölkələrindən insanları özünə cəlb etməsindən və neft sənayesinin inkişafı nəticəsində baş verən köklü dəyişikliklərdən bəhs etdiyini bildirib.

Prezident İlham Əliyev tərəfindən cari ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunduğunu söyləyən Rüfət Həmzəyev qeyd edib ki, ekran əsərində 103 tarixi açıqca və 9 insan hekayəsi vasitəsilə neftin Bakının memarlığına, eləcə də mədəniyyətinə təsirləri, eyni zamanda şəhərin tarixində iz qoymuş insanların taleləri barədə günümüzə qədər gəlib çatmış məlumatlar tamaşaçılara təqdim edilir.

Sonra “Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filmi nümayiş etdirilib.

Qeyd edək ki, bir əsr öncə sürətlə dəyişən Bakı, neft buruqları, küçələr, liman, eləcə də şəhərdə yaşayan insanların şəxsi taleləri filmin əsas dramaturji xəttini formalaşdırır. Çəkilişləri təxminən 6 ay davam edən filmdə tarixi açıqcaların canlandırılması, arxiv fotolarına hərəkət verilməsi, o dövrün vizual atmosferinin bərpası və musiqi həllərinin bir hissəsi süni intellekt vasitəsilə həyata keçirilib.

Filmdə, həmçinin Bakı memarlığının formalaşmasında mühüm rol oynamış İosif Qoslavskinin nəslinin nümayəndəsi İrina Trofimova-Xomitskaya ilə eksklüziv müsahibə də yer alıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü

08:00
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!