16 Aprel 2025 08:05
225
SİYASƏT
A- A+
Mehriban qonşuluq, güclü strateji tərəfdaşlıq 

Mehriban qonşuluq, güclü strateji tərəfdaşlıq 


Mixeil Kavelaşvili Gürcüstanın yeni Prezidenti kimi ilk səfərini Azərbaycana etməsi bunu təsdiqləyən reallıqdır


Gürcüstan Prezidenti Mixeil Kavelaşvili dünən ölkəmizə rəsmi səfərə gəlib. Bu, Gürcüstanın xarici siyasətində ənənəyə sadiqlik nümunəsidir. Dost ölkədə yeni prezident seçilən şəxs ilk səfərini Azərbaycana edir. 

Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Gürcüstan Prezidentinin ilk xarici səfərini Azərbaycana etməsi çox mühüm əhəmiyyət kəsb edir. 

Gürcüstanın yeni liderinin səfər edəcəyi ilk ölkə kimi Azərbaycanı seçməsi təsadüfi deyil. İki ölkə onilliklər ərzində siyasət, enerji, nəqliyyat və təhlükəsizlik kimi bir çox sahələrdə sıx əməkdaşlıq edir. Səfər Kavelaşviliyə öz administrasiyasının prioritetlərini müəyyənləşdirmək və Gürcüstanın Azərbaycanla strateji müttəfiqliyinə sadiqliyini bir daha təsdiqləmək imkanı verəcək.

Mehriban qonşuluq münasibətləri və sadiq dostluq ələqələri Azərbaycanla Gürcüstanın strateji tərəfdaşlığını getdikcə daha da gücləndirir. Ölkələrimiz arasında əməkdaşlığın davamlı inkişafını şərtləndirən mühüm amillər mövcuddur. Bunu gücləndirən isə ölkə liderlərinin ənənəvi görüşləri, iki dost arasında imzalanan mühüm sənədlər, qarşılıqlı səfərlərdir. Bütün bunlar ölkələrimizin bir-birinə daha da yaxın olmasına və xalqlarımızın sıx dostluğuna xidmət edir.

Ümumiyyətlə, iki ölkəni mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. 1996-cı il martın 8-də imzalanan "Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə" ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir.

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də qurulub. Bu il noyabr ayında diplomatik münasibətlərin 33-cü ili qeyd ediləcək. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. 

Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Gürcüstanla Azərbaycanı Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Son illərdə Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işə salınması üçün birgə səylər göstərilib. Azərbaycanın əlavə sərmayəsi və Gürcüstan tərəfinin səyləri nəticəsində bu yolun yükaşırma qabiliyyəti 1 milyon tondan 5 milyon tonadək artırılıb. Orta dəhlizin mühüm halqası olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin isə ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal işin aparılmasına başlanılıb.

Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. 

Həqiqətən də bu gün Azərbaycan və Gürcüstan strateji tərəfdaşlıq mərhələsini geridə qoyaraq müttəfiqlik səviyyəsinə yüksəlib. Azərbaycan-Gürcüstan münasibətləri faktiki olaraq, tərəflərin ortaq strateji maraqlarına söykənir. Ölkələrimiz arasında ildən-ilə möhkəmlənən bu əlaqələrin daha da inkişaf etməsi üçün böyük layihələr həyata keçirilir. İki dövlət arasındakı əlaqələr daim yüksələn xətt üzrə inkişaf edir. 

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze jurnalistlərə verdiyi açıqlamasında söyləyib ki, Prezident Mixail Kavelaşvilinin ilk xarici səfəri Azərbaycandan başlayır. İlk səfərin Azərbaycana olması çox vacibdir. Səfər çərçivəsində Prezident İlham Əliyevlə yüksəksəviyyəli görüşlər keçiriləcək. 

Bu görüşlərdə ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq.

Onun sözlərinə görə, hazırda ölkələrimiz arasında həyata keçirilən iqtisadi layihələr, xüsusilə bərpaolunan enerji məsələləri və bir sıra meqa layihələr barədə məsələlər də müzakirə ediləcək.

Əlbəttə ki, ilk səfər iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə və regional münaqişələrlə bağlı risklərin azaldılmasına yönəlmiş yeni ideyaların müzakirəsi üçün platformaya çevrilə bilər ki, bu da mövcud qeyri-sabitlik şəraitində xüsusilə vacibdir.

İki qonşu və dost dövlətin səmərəli əməkdaşlığını ifadə edən digər iqtisadi göstəricilər də diqqət çəkir. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bu il yanvarın 17-də Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan və Gürcüstan liderlərinin mətbuata bəyanatlarında da bu öz ifadəsini tapıb. 

Prezident İlham Əliyev nitqində bir sıra mühüm tarixi faktları diqqətə çatdıraraq Azərbaycanın Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyduğunu bildirmişdi. Dövlət başçısı qeyd etmişdi ki, Azərbaycan Gürcüstan tranziti vasitəsilə hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ixrac ildən-ilə artır. Keçən il bu, 25 milyard kubmetrə çatıb və bunun 10 faizi - ümumi ixracın 10 faizi Gürcüstanın payına düşür. 

Azərbaycan Dövlət Neft Şirkətinin müvafiq qurumu Gürcüstanın qazla təminatında mühüm rol oynayır və neftin topdan və pərakəndə satışını, neft və neft məhsullarının, eləcə də mayeləşdirilmiş qazın ölkəyə idxalını reallaşdırır, neft terminalı və anbarlarının tikintisini gerçəkləşdirir. Şirkət Gürcüstandakı neft satışının 72 faizinə, dizel satışının isə 61 faizinə nəzarət edir, bundan başqa, Kulevi neft terminalı da şirkətin ixtiyarındadır.

Azərbaycan-Gürcüstan əməkdaşlığında energetikanın ənənəvi sahələri ilə yanaşı, "Yaşıl enerji dəhlizi" layihəsi də xüsusi yer tutur. Bu məsələdə də hər iki ölkə Avropa dövlətləri ilə sıx əməkdaşlıq edir. Bu istiqamətə böyük sərmayə qoyuluşu nəzərdə tutulur və beləliklə, "Yaşıl enerji dəhlizi", enerji kabeli inşa edilərək həm Gürcüstanın, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyi güclənəcək.

Bir sözlə, Mixeil Kavelaşvilinin Azərbaycana səfəri dost ölkələr arasında tərəfdaşlığın möhkəmləndirilməsində mühüm addım olacaq. Bu həm də Tbilisi və Bakının iqtisadi əməkdaşlığa, regional sabitliyi diqqət mərkəzində saxlamaqla çağırışlara birgə cavab vermək istəyini əks etdirir.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakının nəqliyyat infrastrukturundakı layihələrlə bağlı AİB ilə əməkdaşlıq imkanları müzakirə edilib  

22:26
23 Aprel

Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuşla telefon danışığı aparıb

22:25
23 Aprel

YAP nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib

22:24
23 Aprel

Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub  

22:23
23 Aprel

Denis Beçiroviç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 13-cü Qlobal Bakı Forumuna dəvət olunub  

22:22
23 Aprel

Lord David Evans: Azərbaycanın infrastrukturu Orta Dəhlizin uğurunda həyati rol oynayır

22:21
23 Aprel

Yaqut Qarayeva: Hazırda xəstəxanadaxili infeksiyalar bütün dünyada aktual problemdir 

22:20
23 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" finala vəsiqə qazanıb

22:03
23 Aprel

Fransa prezidentinin Madaqaskar səfərinin görünən və görünməyən tərəfləri: Xalq Makrondan üzr istəməyi tələb edir  

21:53
23 Aprel

Hindistanda silahlılar turistlərə hücum edib

19:39
23 Aprel

İran ABŞ-la Omanda keçiriləcək danışıqları aprelin 26-na qədər təxirə saldığını açıqlayıb

19:38
23 Aprel

“İstilik təchizatı haqqında” qanun layihəsi Milli Məclisin iclasında müzakirəyə tövsiyə olunub  

19:27
23 Aprel

İqtisadi-ticarət əlaqələrinin inkişafına dair Azərbaycan-Çin sənədləri imzalanıb  

19:26
23 Aprel

Rusiya mətbuatı Prezident İlham Əliyevin Çinə səfərindən yazıb

19:24
23 Aprel

Azərbaycanda ilk dəfə “Youth Cybersecurity Forum 2025 ” adlı tədbir keçirilib

19:23
23 Aprel

 Qafqaz Müsəlmanları İdarəsinin sədri İspaniyaya səfər edəcək

19:22
23 Aprel

İcma: Ermənistan həqiqətin ortaya çıxarılmasına və barışığa xidmət edən addımlarımıza qarşı çıxır  

19:21
23 Aprel

Parlamentin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

19:20
23 Aprel

Dini konfessiyaların rəhbərləri katolik kilsəsini ziyarət ediblər  

19:19
23 Aprel

İstanbulda baş verən zəlzələ zamanı 151 nəfər yaralanıb

19:09
23 Aprel

Papa Fransisk dünyadan vəsiyyətsiz köçüb

17:42
23 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!