23 Aprel 2025 19:21
473
SİYASƏT
A- A+
İcma: Ermənistan həqiqətin ortaya çıxarılmasına və barışığa xidmət edən addımlarımıza qarşı çıxır  

İcma: Ermənistan həqiqətin ortaya çıxarılmasına və barışığa xidmət edən addımlarımıza qarşı çıxır  


Qərbi Azərbaycan İcması ədalətə əsaslanan davamlı sülhə və barışığa nail olmaq üçün Qərbi azərbaycanlıların qayıdış hüququ və onların mədəni irsi barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaqda davam edir.

Ermənistan tərəfi bu cür tədbirlərdən və təqdim olunmuş məlumatlardan düzgün nəticə çıxarmaq, törətdiyi hüquq pozuntuları və ədalətsizliyə görə öz məsuliyyətini etiraf etmək və Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmaq əvəzinə, həqiqətin ortaya çıxarılmasına və barışığa xidmət edən addımlarımıza qarşı çıxır.

Bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

Bəyanatda, həmçinin deyilir: “Bu günlərdə Erməni Apostol Kilsəsi və əsas hədəfi guya mədəni irsin qorunması olan “Monumentwatch” adlı qurum Varşavada keçirilən “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı sərgi ilə bağlı iftira və təhdid dolu bəyanatlar yayıblar.

Ermənistan hakimiyyət orqanlarının təşkilatçılığı ilə atılması şübhə doğurmayan bu addımlar Ermənistan hökumətinin sülh və barışıq istəmədiyini, bu ölkədə dərin kök salmış irqçilik və dözümsüzlüyü nümayiş etdirir. Çox maraqlıdır, Erməni Apostol Kilsəsi və mədəni abidələrlə bağlı Azərbaycana çoxsaylı iftiralar atan “Monumentwatch” təşkilatı indiki Ermənistan ərazisində cəmi bir əsr əvvəl rəsmi dövlət qeydiyyatında olmuş 269 məsciddən 268-nin məhv edilməsinə və 500-dən artıq azərbaycanlı məzarlığının dağıdılmasına necə haqq qazandırır?

Qərbi Azərbaycan İcması Erməni Apostol Kilsəsi və “Monumentwatch” adlı ekstremist qurumun təhdid və iftira yolu ilə həqiqətlərin ört-basdır edilməsinə xidmət edən, dözümsüzlük yayan və barışığa mane olan bu addımlarını sərt şəkildə qınayır, beynəlxalq ictimaiyyəti Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinin bərpası və qorunması üçün bu dövlətə təzyiq göstərməyə çağırır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!