17 Avqust 2026 19:25
1241
SİYASƏT
A- A+
Mehmet Özçubukçu: TRIPP Orta Dəhlizin potensialını və dayanıqlılığını artıra biləcək mühüm bağlantıdır  

Mehmet Özçubukçu: TRIPP Orta Dəhlizin potensialını və dayanıqlılığını artıra biləcək mühüm bağlantıdır  


Zəngəzur dəhlizinin (TRIPP) həyata keçirilməsi Azərbaycan ilə Naxçıvan arasında yalnız fasiləsiz nəqliyyat əlaqəsinin yaradılması demək deyil. Bu layihə Cənubi Qafqazın nəqliyyat arxitekturasının yenidən formalaşdırılması və Orta Dəhlizin daha geniş Avrasiya nəqliyyat əlaqə sisteminə çevrilməsi baxımından strateji əhəmiyyət daşıyır. Xüsusilə son illərdə qlobal ticarət yollarında baş verən geosiyasi qırılmalar ölkələrin yalnız bir marşrutdan asılı qalmaq əvəzinə alternativ, təhlükəsiz və bir-birini tamamlayan nəqliyyat xətlərinə malik olmasının əhəmiyyətini ortaya qoyub. Bu baxımdan TRIPP Orta Dəhlizin potensialını artıra və marşrut müxtəlifliyini gücləndirə biləcək mühüm tamamlayıcı element kimi qiymətləndirilə bilər.

AZƏRTAC xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə türk ekspert Mehmet Gökhan Özçubukçu deyib.

Ekspert bildirib ki, Naxçıvan uzun illər ərzində Azərbaycanın əsas ərazisindən ayrı olması səbəbindən geosiyasi və iqtisadi baxımdan mühüm dezavantajla üzləşib. Lakin bu gün eyni coğrafi mövqe regional əlaqələrin inkişafı ilə birlikdə üstünlüyə çevrilməyə başlayır. Çünki Naxçıvan Türkiyə, Azərbaycan və İran arasında yerləşən mövqeyi ilə yalnız Cənubi Qafqazın deyil, Avropa ilə Asiya arasındakı daha geniş iqtisadi və nəqliyyat şəbəkələrinin də kəsişmə nöqtələrindən birinə çevrilmək potensialına malikdir.

“Prezident İlham Əliyevin Naxçıvanın strateji mövqeyi ilə bağlı qiymətləndirmələrində bu məqamın ön plana çıxdığını görürük. Naxçıvan getdikcə Azərbaycanın daha geniş nəqliyyat, enerji və iqtisadi bağlantı strategiyasının mühüm elementlərindən biri kimi qəbul edilir. Çünki regionun geosiyasi dəyəri yalnız onun coğrafi sərhədləri ilə deyil, müxtəlif iqtisadi və siyasi məkanları bir-biri ilə əlaqələndirmək qabiliyyəti ilə ölçülür. TRIPP bu mənada Orta Dəhlizə yeni bir bağlantı və alternativ marşrut təmin edə bilər. Çindən başlayan və Mərkəzi Asiya üzərindən Xəzər dənizinə, oradan isə Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan Orta Dəhlizin gələcəkdə daha çox yük daşıya bilməsi üçün yalnız mövcud marşrutların tutumunun artırılması kifayət deyil. Dəhlizin müxtəlif bağlantılarla dəstəklənməsi, nəqliyyat sisteminin daha çevik və dayanıqlı hala gətirilməsi zəruridir. Azərbaycanın əsas ərazisindən Naxçıvana, oradan isə Türkiyəyə uzanan əlaqənin gücləndirilməsi Şərq ilə Qərb arasındakı nəqliyyat şəbəkəsinin daha da şaxələndirilməsinə töhfə verəcək. Burada etibarlılıq məsələsi də mühüm əhəmiyyət daşıyır. Müasir dövrdə beynəlxalq ticarət baxımından bir marşrutun qısa olması qədər, onun siyasi baxımdan sabit, iqtisadi cəhətdən proqnozlaşdırıla bilən və texniki baxımdan etibarlı olması da əhəmiyyətlidir. TRIPP-in həyata keçirilməsi və Azərbaycan-Ermənistan sülh prosesinin davamlı əsaslar üzərində möhkəmlənməsi Cənubi Qafqazın uzun illər ərzində münaqişə və geosiyasi rəqabət səbəbindən lazımi səviyyədə istifadə olunmayan nəqliyyat potensialının üzə çıxmasına imkan yaradacaq”, - deyə türk ekspert bildirib.

O hesab edir ki, TRIPP-in uğuru yalnız yol və ya dəmir yolu layihəsinin tamamlanması ilə deyil, Cənubi Qafqazın münaqişə məkanından iqtisadi əməkdaşlıq məkanına çevrilməsi ilə ölçülməlidir. Bundan Azərbaycan və Naxçıvanla yanaşı, Türkiyə, Mərkəzi Asiya və Avropa da faydalana bilər.

M.G.Özçubukçu Naxçıvanın Avropa ilə Asiya arasında yerləşməsini, Türkiyə ilə Azərbaycan arasında strateji bağlantı yaratmasını və İranla sərhədinin olmasını mühüm geosiyasi üstünlük kimi qiymətləndirib. O bildirib ki, yeni nəqliyyat layihələri bu üstünlükləri iqtisadi imkanlara çevirə bilər.

Ekspert “Naxçıvanın bölgənin Dubayı”na çevrilməsi fikrinə münasibət bildirərək vurğulayıb ki, bunun üçün yalnız tranzit infrastrukturunun yaradılması kifayət deyil. Logistika mərkəzləri, anbarlar, gömrük və paylama məntəqələri, sənaye parkları və ixracyönümlü müəssisələrin yaradılması vacibdir. Beləliklə, Naxçıvan tranzit məntəqəsindən əlavə dəyər yaradan logistika mərkəzinə çevrilə bilər.

“Naxçıvanın Türkiyə üzərindən Aralıq dənizi limanlarına və Avropa bazarlarına çıxışının gücləndirilməsi, həmçinin Mərkəzi Asiya ölkələrinin Avropaya çıxışında bu marşrutdan istifadə etməsi bölgənin geoiqtisadi əhəmiyyətini artıracaq. Naxçıvanın gələcək inkişafının üç əsas amildən - coğrafi mövqe, nəqliyyat əlaqələri və Azərbaycanın strateji vizyonundan asılıdır. TRIPP-in reallaşması ilə Naxçıvan Avropa ilə Asiya arasında ticarət, logistika və investisiyaların kəsişdiyi regional mərkəzə çevrilə bilər”, - deyə Özçubukçu vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı

22:34
20 Sentyabr

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

21:37
20 Sentyabr

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

20:57
20 Sentyabr

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub

20:15
20 Sentyabr

Azercell abunəçilərinin nəzərinə

20:11
20 Sentyabr

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib

19:55
20 Sentyabr

Yaponiyada yaşlı əhalinin sayı artır

19:04
20 Sentyabr

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

18:49
20 Sentyabr

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

18:40
20 Sentyabr

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır

18:19
20 Sentyabr

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

18:09
20 Sentyabr

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir

17:43
20 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb

17:23
20 Sentyabr

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!