18 Sentyabr 2024 09:15
6558
Oxucu məktubları
A- A+
Kürdəmir-Şamaxı yolunun əsaslı təmirə ehtiyacı var

Kürdəmir-Şamaxı yolunun əsaslı təmirə ehtiyacı var



Neçə ildir taksi fəaliyyəti ilə məşğulam. Demək olar ki, respublikamızın bütün bölgələrində olmuşam. Sürücü üçün ən vacibi rahat yol, bir də maraqlı müştəridir.  Yollarımızın böyük hissəsi təmir edilib. İkinci isə bəxt işidir. 

Amma bəzən həmişə getdiyin yolu bir aydan sonra dağılmış görəndə qanın qaralır. Bakı-Qazax magistralının Kürdəmir rayonu ərazisindən Şamaxıya yol ayrılır. El arasında ona "çöl yolu" deyirlər. Oradan Şamaxı, Ağsu, İsmayıllı və Göyçay rayonlarına keçmək olur. Həm də həmin yolla gedəndə magistraldan yaxın düşür. 

Mən bir neçə ay əvvəl həmin yolla gedib-gəlmişdim. Problem yox idi. Bir neçə gün öncə yenə oradan keçməli oldum. Ağsunun Bağırlı kəndinədək olan məsafə o qədər də pis deyil. Amma  oradan rayon mərkəzinədək yolda yaranan çalalar, dağıntılar sürücülərin və maşınların, necə deyərlər, atasını ağladır. Bico kəndindən Ağsu istiqamətində bir neçə yerdə təmir işləri aparılıb. Lakin bu kifayət etmir. Həmin yolda əsaslı təmir işləri görülməlidir. 5 rayon üçün keçid rolu oynayan bu yolun əhəmiyyəti böyükdür. Unutmayaq ki, rahat yolla məsafə də kiçilir.

Həm də indi havalar yaxşıdır. Payız və qış aylarında Şamaxı və Ağsu aşırımları bağlananda hamı yəqin ki, bu yolu seçəcək. Əgər burada təmir aparılmasa, sürücülər böyük çətinliklə üzləşəcəklər.


Ramiz İBRAHİMOV,

Ağsu rayon sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ƏMAS-dakı əmək müqavilələrinin 65,4 mini əlilliyi olan şəxslərlə bağlanıb

11:05
22 Yanvar

Azərbaycanla Qambiya arasında gənclər və idman sahəsində əməkdaşlıq müzakirə olunub

11:04
22 Yanvar

Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb

11:00
22 Yanvar

AMB inflyasiya proqnozunu açıqlayıb

10:52
22 Yanvar

Milli Məclisin sədri İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının üzvləri ilə görüşüb

10:37
22 Yanvar

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

10:21
22 Yanvar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

09:55
22 Yanvar

Azərbaycanın iki universiteti “Times Higher Education” fənn reytinqində yer alıb

09:49
22 Yanvar

Azərbaycan nefti ucuzlaşıb

09:43
22 Yanvar

Putin Si Cinpinə Ukraynada uzunmüddətli sülhə ehtiyac olduğunu bildirib  

09:35
22 Yanvar

Olaf Şolts: Beynəlxalq nizamın fundamental prinsiplərini qorumaq üçün əlimizdən gələni etməliyik  

09:34
22 Yanvar

Dünya İqtisadi Forumu: Böyük Britaniya investisiyalar üçün ikinci ən cəlbedici ölkədir

09:32
22 Yanvar

Peruda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı tədbir keçirilib

09:27
22 Yanvar

İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib

09:26
22 Yanvar

Paris Olimpiya kəndinindən narazılıqlar artır

09:18
22 Yanvar

AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı üç ölkədə ayrı-ayrı cinayət işləri başlanılıb

08:45
22 Yanvar

Fransanın növbəti utancı

08:40
22 Yanvar

Paşinyan repressiya maşınını işə salıb

08:35
22 Yanvar

Sərkərdə qüdrəti

08:30
22 Yanvar

Xalqımız şəhidlərimizi daim hörmət və ehtiramla anır

08:25
22 Yanvar

"Budəfəki seçkilərdə siyasi partiyalar daha fəaldırlar"

08:20
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!