17 Sentyabr 2026 14:54
528
İQTİSADİYYAT
A- A+
Kənd təsərrüfatının inkişafı istiqamətində işlər davam etdirilir  

Kənd təsərrüfatının inkişafı istiqamətində işlər davam etdirilir  


 

Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının gedişini öyrənmək məqsədilə Azərbaycan Respublikası Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Qiyas Yusifov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və müvafiq qərargah üzvləri rayonda bir sıra istehsal və emal müəssisələrində olmuşlar.

Səfər çərçivəsində rayonun kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələr, istehsal və emal imkanları, suvarma infrastrukturu və təsərrüfatların fəaliyyəti ilə tanışlıq olmuşdur.

Belə ki, rayonda suvarma infrastrukturunun genişləndirilməsi istiqamətində “Azərşəkər” MMC tərəfindən müasir pivot suvarma sistemləri qurularaq istifadəyə verilmiş, əlavə pivotların quraşdırılması üçün layihələndirmə işlərinə başlanılmışdır. Dənli bitki toxumlarının saxlanılması üçün müasir anbar kompleksləri də tikilərək istifadəyə verilmişdir.

“Ağcabədi taxıl” Aqropark tərəfindən xurma, şaftalı, nektarin, heyva, badam və ərik bağları salınmış, yeni badam bağlarının salınması üçün tinglər sifariş edilmişdir. Həmçinin suvarma sistemlərinin yerli istehsal hesabına təmin edilməsi məqsədilə yastı damlama şlanqı istehsalı müəssisəsinin tikintisi davam etdirilir.

Kənd təsərrüfatı istehsalında müasir texnologiyaların tətbiqi məqsədilə yerli təsərrüfatlar tərəfindən yeni şum və becərmə traktorları alınmışdır.

Rayonda cins heyvandarlığın inkişafı istiqamətində də işlər görülür. Anqus cinsli iri buynuzlu ətlik mal-qara gətirilərək saxlanılmasına başlanılmış və bala alınmışdır. Cins qoyunlar alınmış, “Qaradolaq” MMC və digər təsərrüfatlar tərəfindən heyvanların saxlanılması üçün tövlələr, dalan və ahullar tikilərək istifadəyə verilmişdir.

Rayonda həyata keçirilən layihələr kənd təsərrüfatı istehsalının artırılmasına, müasir texnologiyaların tətbiqinə, məhsuldarlığın yüksəldilməsinə və aqrar sahənin inkişafına xidmət edir.

 

Lazım QULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən iki gündə 76 cinayətin açılması təmin olunub

11:42
21 Sentyabr

Yeddi il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib – BİRGƏ MƏLUMAT

11:40
21 Sentyabr

Milli Məclisdə xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair ictimai dinləmə keçiriləcək

11:38
21 Sentyabr

Şəhər günlərinin böyük siyasi-mənəvi əhəmiyyəti var  

11:03
21 Sentyabr

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis idarəsinin ƏİK bölüyünün ön əməliyyat bazasında olub  

10:20
21 Sentyabr

Qızıl və gümüş ucuzlaşıb

10:14
21 Sentyabr

Neft ucuzlaşır

10:06
21 Sentyabr

“Kahı” və “kərəviz” yükündə külli miqdarda narkotik vasitə aşkarlanıb  

09:37
21 Sentyabr

Bu gün Beynəlxalq Sülh Günüdür  

09:03
21 Sentyabr

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı

22:34
20 Sentyabr

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

21:37
20 Sentyabr

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

20:57
20 Sentyabr

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub

20:15
20 Sentyabr

Azercell abunəçilərinin nəzərinə

20:11
20 Sentyabr

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib

19:55
20 Sentyabr

Yaponiyada yaşlı əhalinin sayı artır

19:04
20 Sentyabr

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

18:49
20 Sentyabr

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

18:40
20 Sentyabr

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır

18:19
20 Sentyabr

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

18:09
20 Sentyabr

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir

17:43
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!