31 Avqust 2026 12:44
233
CƏMİYYƏT
A- A+
İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi məsələdən daha çox humanitar məsələdir 

İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi məsələdən daha çox humanitar məsələdir 


Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü dünyada münaqişələr, müharibələr və digər səbəblər nəticəsində itkin düşmüş insanların taleyinə diqqət çəkilməsi baxımından böyük əhəmiyyət daşıyır. Təəssüf ki, Azərbaycan da uzun illərdir bu problemin ağrısını yaşayan ölkələrdən biridir. Ermənistanın Azərbaycan ərazilərini işğalı və Birinci Qarabağ müharibəsi zamanı yüzlərlə soydaşımız itkin düşüb və onların bir çoxunun taleyi bu günə qədər müəyyənləşdirilməyib. Bu məsələdə əsas problemlərdən biri Ermənistan tərəfinin itkin düşmüş şəxslər barədə Azərbaycanla mövcud məlumatları tam şəkildə bölüşməməsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva söyləyib. O bildirib ki, hər bir itkin şəxsin taleyi barədə onun ailəsinə məlumat verilməsi fundamental insan hüquqları məsələsidir: “İllərdir yaxınlarının taleyindən xəbər gözləyən ailələr üçün bu, sadəcə olaraq, hüquqi deyil, həm də ağır mənəvi və humanitar problemdir.

Azərbaycan cəmiyyətində demək olar ki, hər bir ailənin itkin düşmüş şəxslərlə bağlı bir xatirəsi var. Kimsə müharibə zamanı övladını, kimsə həyat yoldaşını, qardaşını və ya valideynini itirib və uzun illərdir ondan xəbər gözləyir. Təəssüf ki, bəzi valideynlər və ailə üzvləri doğmalarının taleyini bilmədən dünyasını dəyişiblər. Bu isə Ermənistanın Azərbaycana qarşı təcavüzünün yalnız birbaşa qurbanlara deyil, onların ailələrinə və bütövlükdə cəmiyyətə vurduğu uzunmüddətli mənəvi-psixoloji zərərin göstəricisidir”.

Z.Nuriyevanın fikrincə, digər mühüm məsələ isə beynəlxalq ictimaiyyətin və beynəlxalq təşkilatların bu problemin həllinə münasibətidir: “Uzun illər ərzində müxtəlif beynəlxalq qurumlar tərəfindən Ermənistan qarşısında itkin düşmüş şəxslərin taleyi ilə bağlı konkret və effektiv tələblərin irəli sürülməməsi təəssüf doğurur. Halbuki itkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi məsələdən daha çox humanitar və insan hüquqları məsələsidir.

Azərbaycan tərəfi illər ərzində münaqişənin sülh yolu ilə həllinə çalışıb. 2020-ci ildə ərazilərimizin işğaldan azad edilməsindən sonra isə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün yeni imkanlar yaranıb. İşğaldan azad olunmuş ərazilərdə kütləvi məzarlıqların aşkarlanması, insan qalıqlarının ekshumasiyası və DNT analizləri vasitəsilə şəxsiyyətlərin müəyyənləşdirilməsi bu istiqamətdə mühüm addımlardır. Lakin bu prosesin tam və səmərəli şəkildə həyata keçirilməsi üçün Ermənistan tərəfinin də əməkdaşlığı zəruridir. Ermənistan itkin düşmüş şəxslərlə bağlı mövcud məlumatları, arxiv sənədlərini və digər materialları Azərbaycan tərəfinə təqdim etməlidir. Eyni zamanda, minalanmış ərazilərin dəqiq xəritələrinin verilməsi də həm itkinlərin axtarışı, həm də insanların təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır”.

O bildirib ki, bu məsələyə beynəlxalq hüquq müstəvisində də qiymət verilməlidir: “İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi ilə bağlı beynəlxalq tələblərin Ermənistan qarşısında kifayət qədər sərt şəkildə qoyulmaması və bu problemin illərlə diqqətdən kənarda qalması Azərbaycanın haqlı narazılığına səbəb olur. Belə yanaşma beynəlxalq münasibətlərdə ikili standartların mövcudluğu ilə bağlı suallar yaradır”.

Müsahibimiz qeyd edib ki, bu gün əsas məqsəd yalnız itkin düşmüş şəxslərin sayını müəyyənləşdirmək deyil, hər bir insanın taleyinə aydınlıq gətirməkdir. Çünki hər bir itkinin arxasında illərlə cavabsız qalan bir ailə, bir ana, bir ata, bir övladın gözləntisi dayanır.

“Ümid edirik ki, Ermənistan tərəfi Azərbaycanın humanist və sülhə yönəlmiş mövqeyinə adekvat yanaşacaq, itkin düşmüş şəxslərlə bağlı bütün məlumatları təqdim edəcək və bu insanların taleyinin müəyyənləşdirilməsinə öz töhfəsini verəcək. Ən böyük arzumuz odur ki, illərdir gözü yolda qalan ailələr, nəhayət, doğmalarının taleyi barədə həqiqəti öyrənsinlər və bu ağır gözlənti sona çatsın”, - deyə o bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Prime Leasing” Zaqatalaya gəldi

16:43
31 Avqust

Çinin Baş prokuroru Milli Məclisdə olub

16:18
31 Avqust

“Çingiz Aytmatov və Azərbaycan” ensiklopedik cildi hazırlanır 

16:16
31 Avqust

Qlobal təbii qaz tələbatı rekord göstəriciyə çatıb 

16:14
31 Avqust

Keniya nümayəndələri Azərbaycanın mina təhlükəsi ilə mübarizə sahəsində əldə etdiyi təcrübəni öyrənirlər

16:12
31 Avqust

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasında həmrəyliyin mühüm dayağıdır 

16:10
31 Avqust

Azərbaycan–Qırğızıstan əməkdaşlığı: ortaq mənəvi dəyərlərdən akademik tərəfdaşlığa  

16:07
31 Avqust

Qarabağın rəsmi toponimləri beynəlxalq rəqəmsal xəritədə yenilənib

16:05
31 Avqust

TANAP rəqəmsal əkiz texnologiyasının mövcud tətbiqlərindən biridir - HESABAT

16:03
31 Avqust

ŞƏT ilə genişlənən tərəfdaşlıq Azərbaycanın strateji xarici siyasət prioritetlərindən biridir 

16:00
31 Avqust

ABŞ-nin Konqres Kitabxanasına Azərbaycan haqqında nəşrlər hədiyyə edilib

15:23
31 Avqust

İslandiya Aİ-yə üzvlük məsələsinə son qoydu

15:20
31 Avqust

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilir YENİLƏNƏCƏK 

15:19
31 Avqust

İt dişləməsi nəticəsində burun toxumasını itirən pasiyent üzərində əməliyyat uğurla icra olunub

15:17
31 Avqust

Naxçıvan şəhərində yaşayış binasında yanğın olub

15:15
31 Avqust

Avropada qazın qiyməti 2023-cü ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

15:13
31 Avqust

İstanbulda Məkkə Sazişinə dair mühüm toplantı

15:10
31 Avqust

Azərbaycan-ŞƏT əlaqələri geniş müstəvidə əməkdaşlığa təkan verir

15:02
31 Avqust

Şərq-Qərb yolunun Azərbaycan qovşağı

14:57
31 Avqust

Azərbaycan-ŞƏT tərəfdaşlığının strateji perspektivləri 

14:54
31 Avqust

Çinin avia nəhəngləri ağır zərbə aldı: milyardlarla yuan havaya sovruldu

14:42
31 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!