08 Sentyabr 2026 10:40
807
Mədəniyyət
A- A+
İstiqlal ruhlu ziyalı 

İstiqlal ruhlu ziyalı 


1920-ci ildə Azərbaycan XI qızıl ordu tərəfindən işğal edildikdən sonra bolşevik-erməni birləşmələrinin hədəfinə çevrilən yüzlərlə ziyalılarımızdan biri də şair, pedaqoq, ədəbiyyatşünas və mətbuat xadimi Əmin Abid olmuşdur.

Əmin Abid 1898-ci ildə Bakıda Mütəllib Əhmədovun ailəsində anadan olub. Atası məşhur daşyonan usta idi. Anası Reyhan evdə paltar tikir, qadınlara və uşaqlara əlifbanı, Quran oxumağı öyrətməklə çörəkpulu qazanıb ailənin dolanışığını təmin etməkdə ərinə yardımçı olurdu. Əmin qardaşları Əbülfəz və Əliabbas kimi ibtidai təhsilini anası Reyhan xanımın evdə açdığı məktəbdə alıb, sonra şəhərdəki III Aleksandr Oğlan Gimnaziyasında davam etdirib. 

O, valideynlərinin tövsiyəsi ilə ali təhsil almaq üçün 1914-cü ildə Türkiyəyə getməyi qərarlaşdırır. Lakin I Dünya müharibəsinin başlaması ona bu arzusunu həyata keçirməyə mane olur. O, qardaşı sair Əliabbas Müznibin naşiri olduğu "Dirilik" və "Babayi-Əmir" jurnallarında işləməyə başlayır. Müxtəlif imzalarla hekayə, şeir, məqalə və tərcümələr çap etdirir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda bir çox azərbaycanlı gənci kimi, onun da arzusu gerçəkləşir. Pedaqoji təhsil almaq üçün Türkiyəyə gedir, İstanbul Universitetinin Ədəbiyyat fakültəsinə daxil olur. 

Tələbəlik illərində bədii yaradıcılıqla məşğul olan Əmin hətta "Azərbaycan türklərinin ədəbiyyat tarixi" adlı monoqrafik əsər də yazır. 1920-ci ildə cümhuriyyət süqut edəndə, vətəndən gələn acı xəbərlər onun yaradıcılığına ciddi təsir edir. "Yeni Qafqaz", "Azəri-türk", "Odlu yurd" və digər jurnallarda Gültəkin imzası ilə şeirlər dərc etdirir. Sibir sürgünlərinə, təqib və təhqirlərə qarşı etiraz səsini ucaldır. Bütün bunlar şairi sovet quruluşunun düşməni və antisovet ruhlu şeirlər müəllifi kimi tanıdır.

Əmin tələbə olarkən onunla eyni universitetdə aşağı kursda oxuyan, almanəsilli Nafiə ilə ailə qurur. Əmin Abid 1927-ci ildə universiteti bitirib Azərbaycana dönəndə Nafiə təhsilini yarımçıq qoyub onunla Bakıya gəlir. Cütlük Bakıda başqa bir ovqatla qarşılaşır. Bolşevik rejimi burada Nafiə xanıma nə təhsilini davam etdirməyə, nə də haradasa işləməyə imkan verir. Rejimin haqsızlığı ilə üzləşən xanım məcbur olub evdə dərzilik edir, qohum-qonşu üçün paltar tikir. 

Pedaqoji Texnikumda və universitetdə dərs deyən Əmin Abid ictimai-siyasi hadisələrin dərinliynə vardıqca, sovet rejiminin apardığı yadlaşma, milli dəyərləri heçə endirmə siyasətinin, müstəqil düşüncə sahiblərinin təqib edilməsinin şahidi olur. Buna görə qələmini süngüyə çevirərək özünü odlara-alovlara atır. Odur ki, 1929-1930-cu illərdən başlayaraq bir çox başqa ədəbiyyatçılarımız kimi, Əmin Abidə qarşı da siyasi hücumlar başlayır. Pantürkist adı altında ittiham edilib repressiyaya məruz qalandan sonra Əmin Abid adının çəkilməməsi adi hala çevrilir. Bakıda işləməsi daha da çətinləşir. Məcburiyyət qarşısında qalan pedaqoq 1929-1934-cü illərdə Ağdam, Ağdaş və Quba rayonlarında müəllim işləməli olur. 

Akademik Muxtar Kazımoğlunun fikrincə, repressiya qurbanı Əmin Abidin ədəbiyyatımız, habelə xalqımızın milli müstəqillik uğrunda apardığı mübarizədə söylədiyi həqiqətlər uzun müddət pərdə arxasında qalıb. İllər boyu dilə gətirilməyən Əmin Abid həqiqətlərindən biri də budur ki, o, həm də ədəbiyyat tarixçisidir. Ötən əsrin 20-ci illərində Tiflisdə nəşr olunan "Yeni fikir" qəzetinin İstanbul üzrə müxbiri Əli Şahbazovun 1926-cı ildə həmin qəzetdə verdiyi məlumata görə, Əmin Abid 6 cilddən ibarət ədəbiyyat tarixi üzərində çalışıb. Çox təəssüf ki, Əli Şahbazovun qeyd etdiyi 6 cild bütövlükdə əldə yoxdur. Bədirxan Əhmədli və Əli Şamilin axtarışları hesabına Əmin Abidin ədəbiyyat tarixinə aid cəmi iki kitabı və 20-ci illərdə ayrı-ayrı jurnallarda çap olunmuş bir neçə məqaləsi üzə çıxarılıb.

Əmin Abid yaradıcılığının görünən tərəflərindən biri də odur ki, bu qələm sahibi qəlbən kommunist rejimi ilə barışmayıb, əsərlərində söylədiyi bir çox fikir milli istiqlalla bağlı düşüncələrin məhsuludur. Cümhuriyyətin bolşeviklər tərəfindən işğalına etiraz əlaməti olaraq yazdığı üsyankar şeirlər gənclər arasında coşqu ilə qarşılanıb. Mühacirətdə olan ziyalılarımız isə onun yaradıcılığını maraqla izləyiblər. Türkiyədə və digər ölkələrdə sığınacaq tapmış cümhuriyyətin hökümət üzvləri Gültəkinin milli azadlıq yönlü şeirlərini yüksək dəyərləndirirdilər. 

Nəhayət, şair millət sevgisinə, vətənpərvərliyinə görə təqib edilir və işdən çıxarılır. Eyni zamanda mətbuatda tənqid hədəfinə çevrilir. Belə bir çətin şəraitdə açıq mübarizənin mümkünsüzlüyünü hiss edən Əmin Abid elmi-tədqiqatla məşğul olmağa üstünlük verir. Çox çətinliklə də olsa, qədim və orta yüzilliyin qaynaqlarını araşdırır. Əldə etdiyi nailiyyətləri tədqiqata cəlb edir. Bütün bunlara baxmayaraq, həyatını repressiya tufanından xilas edə bilmir. Adı türk millətçiləri siyahısına salınır. 

1937-1938-ci illərdə maarif sahəsində aparılan "təmizləmə" əməliyyatı əsasən, türk ədəbiyyatı, coğrafiya və tarix fənlərinə qarşı yönəldilmişdi. Bu zaman Stalin diktaturası minlərlə günahsız ziyalımız kimi, Əmin Abidi və qardaşı Əliabbas Müznibi də kölgə kimi izləyirdi. Nəhayət, 1937-ci ildə yenidən həbs edilən Əliabbas Müznib həmin il avqustun 27-də Fövqaladə Üçlüyün qərarı ilə güllələnir. Bundan təxminən bir il bir ay sonra - 14 iyul 1938-ci ildə Əmin Abid həbs edilir. Türkiyəyə casusluqda, gənclər arasında pantürkizmi təbliğ etməkdə günahlandırılan ziyalı həmin il oktyabrın 21-də güllələnir. Bundan nə qohumların, nə də onu tanıyanların xəbəri olur. Əmin Abid güllələnəndən az sonra həyat yoldaşı Nafiə xanım da həbs edilir. 

1956-cı ildə bir çox günahsız repressiya qurbanı kimi, istiqlal ruhlu Əmin Abidin də "işi"nə yenidən baxılır, əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilir. 


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

18:40
20 Sentyabr

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib  

14:53
20 Sentyabr

Dövlət Suverenliyi Günü: tarixi ədalətin bərpası və milli iradənin təntənəsi

14:26
20 Sentyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

14:23
20 Sentyabr

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub  

13:49
20 Sentyabr

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

13:35
20 Sentyabr

Bu gün Qarabağda 30 illik arzularımızın gerçəkləşmiş mənzərəsi canlanır  

13:19
20 Sentyabr

Azərbaycanda Neftçilər Günü qeyd edilir 

13:16
20 Sentyabr

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın 

13:15
20 Sentyabr

23 saat 43 dəqiqə… 

12:49
20 Sentyabr

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb  

12:47
20 Sentyabr

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb  

12:46
20 Sentyabr

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

11:46
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!