01 Sentyabr 2024 21:12
80
SİYASƏT
A- A+

IPC-nin Baş katibi: Builki parlament seçkiləri yüksək səviyyədə keçirildi

 

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini müşahidə etməkdən məmnuniyyət duyuram. Beynəlxalq Parlament Təşkilatı (İPC) olaraq Azərbaycan hökumətinə bu səsvermə prosesinə yüksək səviyyədə hazırlaşdığı üçün təşəkkür edirəm. Əminliklə deyə bilərik ki, builki parlament seçkiləri yüksək səviyyədə keçirildi.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Parlament Təşkilatının (IPC) Milli Məclisə keçirilən növbədənkənar seçkilərlə bağlı mətbuat konfransında IPC-nin Baş katibi Sitara Ayaz deyib.

O bildirib ki, bu gün səhər saat 10:00-dan etibarən Bakıda bir sıra məntəqələrdə olublar. “Bakılıların səsvermə prosesində fəallığını müşahidə etdik”, - deyən Baş katib qeyd edib ki, seçkilər heç bir məcburiyyət və təzyiq olmadan keçdi. Seçkilərdə bütün partiyalardan üzvlər şəffaf şəkildə təmsil olunub.

“Seçki məntəqələrindəki heyət yaxşı hazırlaşmışdı. Baş çəkdiyimiz 10 məntəqədən 8-də ingilisdilli mütəxəssislər var idi. Əlillərin səs verməsi üçün də hər cür şərait yaradılmışdı. Saat 19:00-da növbəti seçki məntəqəsinə baş çəkdik. Sevindirici haldır ki, hələ də səsverməyə gələn insanlar var idi. Seçki prosesinin belə yüksək səviyyədə təşkili və bizi müşahidəçi qismində dəvət etdikləri üçün Milli Məclisə təşəkkürümü bildirmək istərdim. Demokratik parlamentarilər bütün dünyada ədalətli və şəffaf seçki prosesini dəstəkləməkdə davam edəcək. Azərbaycan ilə əməkdaşlıq münasibətlərini genişləndirməyə davam edəcəyik”, - deyə Baş katib əlavə edib.

Parlamentlərarası İttifaqın sabiq prezidenti Duarte Paçeko isə deyib ki, baş çəkdikləri bütün seçki məntəqələrində şəffaf proses mövcud idi. “Səsvermə prosesində heç bir təzyiq və məhdudiyyət yox idi. Bunu digər ölkələrə nümunə göstərmək istərdim”, - deyə Parlamentlərarası İttifaqın sabiq prezidenti vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video