16 May 2025 15:42
614
SİYASƏT
A- A+
İordaniyada “Qərbi Azərbaycan mədəniyyəti” sərgisi və elmi-praktiki konfrans təşkil olunub  

İordaniyada “Qərbi Azərbaycan mədəniyyəti” sərgisi və elmi-praktiki konfrans təşkil olunub  


Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyinin təşkilatçılığı və Qərbi Azərbaycan İcmasının dəstəyi ilə Əmman şəhərində “Qərbi Azərbaycan mədəni irsinin izi ilə” mövzusunda elmi-praktiki konfrans və Qərbi Azərbaycana aid maddi mədəniyyət nümunələrindən ibarət “Qərbi Azərbaycan mədəniyyəti” adlı sərgi təşkil olunub.

İcmadan AZƏRTAC-a bildirilib ki, sərgidə nümayiş olunan eksponatların kataloqu və Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyası tədbir iştirakçılarına təqdim edilib, həmçinin “Qərbi Azərbaycanın zəngin mədəni irsi” adlı videoçarx nümayiş olunub.

Konfrans Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların mədəni irsi, mülkiyyət hüquqları və indiki Ermənistan ərazisində onlara aid abidələrin vəziyyəti barədə məlumatların İordaniya ictimaiyyətinə çatdırılması məqsədilə keçirilib.

Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfiri Eldar Səlimov çıxış edərək, bu tədbirin bütöv bir xalqın hüquqlarının, mədəniyyətinin və mənəvi irsinin bərpasına yönəldiyini bildirib. O, indiki Ermənistan ərazisində yaşamış azərbaycanlıların zəngin mədəni irs yaratdığını, lakin ötən əsrdə zorla doğma yurdlarından çıxarılaraq hüquqlarından məhrum edildiyini diqqətə çatdırıb. Eldar Səlimov çıxışlar və müzakirələr zamanı Qərbi azərbaycanlıların mədəni irsinin qorunması və beynəlxalq ictimaiyyətə tanıdılmasının vacib olduğunu vurğulayıb.

İordaniyanın Baş nazirinin müavini, Yerli idarəetmə nazirinin müşaviri və “Yaxın Şərqdə Sülh Mədəniyyəti Birliyi”nin rəhbəri Məhəmməd Əl-Malkavi iki qardaş xalq arasında mədəni bağlılığı yüksək qiymətləndirib, 2023-cü ilin dekabrında Bakıda keçirilmiş beynəlxalq konfransda iştirakını məmnunluqla xatırladıb. O, Ermənistan ərazisindən didərgin düşmüş azərbaycanlıların doğma yurdlarına ləyaqətlə və təhlükəsiz qayıdışının təbii hüquqları olduğunu qeyd edib.

Sonra konfransda Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Əməkdar memar Gülçöhrə Məmmədova, Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov, tədqiqatçı və kolleksioner Mohammad Əl-Bağdadi, İordaniya Əl-Əl Beyt Universitetinin professoru Əbdul Karim Caradat və Haşimi Universitetinin professoru Mohammad Vahib çıxış ediblər.

Daha sonra səfirlikdə təşkil edilmiş “Qərbi Azərbaycan mədəniyyəti” adlı sərginin açılış mərasimi keçirilib. Yaxın və Orta Şərqin tanınmış kolleksionerlərindən biri, tədqiqatçı, əntiq əşyalar və şərq xalçaları üzrə mütəxəssis Məhəmməd Əl-Bağdadinin kolleksiyasından seçilmiş, Qərbi Azərbaycan mədəni irsinin zənginliyini, orijinallığını və tarixi dərinliyini əyani şəkildə nümayiş etdirən tekstil, zərgərlik, metal məmulatları, tarixi sikkələr və digər əşyalar sözügedən sərgidə nümayiş olunub. Ekspozisiyada Qərbi Azərbaycan ərazisində yaşayan soydaşlarımızın istifadə etdikləri XVIII-XIX əsrlərə aid məişət və bəzək əşyaları, silah və zirehlər, milli geyimlər, Qərbi Azərbaycan xovlu və xovsuz xalçaları, həmçinin 1654-1720-ci illər ərzində İrəvanda zərb olunmuş Səfəvilərə aid 5 ədəd sikkə nümayiş etdirilib.

Tədbir iştirakçıları sonda xatirə fotosu çəkdiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!