06 Avqust 2026 11:30
2547
Oxucu məktubları
A- A+
İNANC YERLƏRİNƏ HÖRMƏTLƏ YANAŞILMALIDIR

İNANC YERLƏRİNƏ HÖRMƏTLƏ YANAŞILMALIDIR


Xalqımız həmişə dinə hörmətlə yanaşıb. Bu, bir inanc, bir qəlb, bir ruh məsələsidir. Ölkəmizin bölgələrindəki tarixi dini məbədlər, məscidlər qorunur, islam dininə və digər tolerant inanclara hörmət  göstərilir. Təbiidir ki, bu gün müstəqil respublikamızda yaşayan azsaylı xalqlar da sərbəst şəkildə dini sitayişlərini edirlər.

 Lakin bəzən qarşılaşdığımız hallar bizdə böyük təəssüf hissi yaradır. Birini  misal gətirmək istərdim. Paytaxtdan Qusar istiqamətinə gedən yoldan hər gün minlərlə insan istifadə edir. Yolun abadlığına söz ola bilməz, rahat və demək olar ki, maneəsizdir. Lakin Siyəzən rayonu ərazisində yerləşən "Beşbarmaq" pirinin magistral yolda olan hissəsində  xoşagəlməz hal yaşanır. Məlumdur ki, hər həftənin şənbə və bazar günləri Quba, Qusar və Xaçmaza yol alan turistlərin sayı daha çox olur. Burada maşınlarını saxlayanlar ilk növbədə natəmizliklə və qanunsuz küçə ticarəti ilə üzləşirlər. 

Yəqin ki, hər axşam kommunal xidmət işçiləri ərazidə təmizlik işləri aparırlar. Amma nə fayda?  Az qala səhərdən ətrafı bürüyən manqal tüstüsü, ticarət qaydalarına uyğun olmayan satış köşkləri ərazidə dözülməz mənzərə yaradır. Qaynayan qarğıdalı qazanları, məktəbyaşlı uşaqların müştəri səsləmələri ötən əsrin əvvəllərində kinolarda gördüyümüz mənzərəni xatırladır.

Xarici ölkələrdən gələn turistlərə  məlumat verilir ki, bura müqəddəs bir ərazidir. Onlar da aralıdan zirvədəki möhtəşəm qayalıqlarla yanaşı, ərazidə təsvir etdiyimiz mənzərəni də lentə köçürürlər. 

Təəssüf ki, "Beşbarmaq"dakı bu cür vəziyyət uzun illərdir yaşanır. Başa düşürük ki, insanlar burada ticarəti ailələrinin dolanışığı üçün edirlər. Lakin bunu normal qaydada, müasir tələblərə cavab verən formada etmək olmazmı? Yəqin ki, olar, sadəcə, istək və bir də dini inanc yerlərinə hörmətlə yanaşmaq lazımdır. 


Həmid QULİYEV,

Sabirabad  rayon sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Əfsanəvi cizgi serialı geri dönür

18:04
23 Sentyabr

Lənkəranda şəhid məzarları ziyarət edilib

17:49
23 Sentyabr

Şəhid Əli Tağıyevin xatirəsi anılıb  

17:21
23 Sentyabr

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

17:18
23 Sentyabr

Əfv sərəncamının icrası başa çatıb

17:18
23 Sentyabr

Müharibədən sonrakı dövrdə 440 nəfər mina qurbanı olub - RƏSMİ

17:16
23 Sentyabr

Əfv sərəncamı ilə Pakistan vətəndaşı olan qadın azadlığa buraxılıb

17:16
23 Sentyabr

Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma  

17:15
23 Sentyabr

Bakı Təhlükəsizlik Forumu dünyamızı narahat edən təhdidlərlə mübarizəyə mühüm töhfələr verəcək  

17:13
23 Sentyabr

 Təbii sərvətlərimiz işğaldan azad olunmuş ərazilərimizin dirçəlişinə töhfə verəcək  

17:05
23 Sentyabr

Sülhün və təhlükəsizliyin ünvanı  

17:03
23 Sentyabr

Bağışlamaq qəlbin böyüklüyüdür  

16:42
23 Sentyabr

Dövlət müəssisələrinə nəzarət genişlənir: 22 qurum monitorinqdən keçdi  

16:39
23 Sentyabr

Kanada və Böyük Britaniya müdafiə proqramlarını birləşdirə bilər   

16:38
23 Sentyabr

Masallı rayon rəhbərliyi Bakı şəhərində şəhid məzarlarını ziyarət edib  

16:36
23 Sentyabr

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

16:33
23 Sentyabr

Yeni Dövlət Proqramının icrası nəticəsində bir sıra emal müəssisələrinin yaradılması nəzərdə tutulur  

16:26
23 Sentyabr

“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir

16:25
23 Sentyabr

Bakı trekində Formula 1 azarkeşləri üçün pit-leyn gəzintisi təşkil olunub  

16:23
23 Sentyabr

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib  

16:22
23 Sentyabr

Aleks Albon: “Bakı trası bizim bolidə uyğundur”  

16:18
23 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!