23 Sentyabr 2026 16:42
165
SİYASƏT
A- A+
Bağışlamaq qəlbin böyüklüyüdür  

Bağışlamaq qəlbin böyüklüyüdür  


   Humanizm prinsiplərinə sadiqlik 


Dünəndən kütləvi informasia vasitələrində və sosial şəbəkələrdə yer alan bu xoş xəbər ölkəmizin şəhər və kəndlərini dolaşmaqdadır. İnsanlar bu böyüklüyü alqışlayırlar. Axı, bağışlamaq çox yüksək insani keyfiyyətdir. Onlar bu xeyirxahlığı göstərərək neçə ailəyə sevinc bəxş edən dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər. 

Məlum olduğu kimi, Prezident İlham Əliyev məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında 23 sentyabr tarixli sərəncam imzalayıb. 

Humanizm prinsiplərinə əsaslanan sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər isə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Azərbaycan Prezidentinin  bu sərəncamı istər-istəməz insanlarda xoş əhval-ruhiyyə yaradıb. İlk olaraq redaksiyamıza telefon açıb, ürək sözlərini bildirən akademik Nizami Cəfərovun dediklərindən: “İlk əvvəl cənab Prezidentə qəbul etdiyi belə bir humanist qərara görə təşəkkürümü bildirir, əfv olunanları və onların ailə üzvlərini təbrik edirəm. Ölkə rəhbərimiz onlara rəhm eləməklə, gözü yolda qalanları sevindirdi, çırağı sönmüş ailələrin evinin işığı yenidən yandı... Mən bunu çox yüksək qiymətləndirirəm. Biz artıq bir neçə ildir ki, cənab Prezident tərəfindən əhalinin bu cür sevindirməsinin şahidi oluruq. Günahı olanın günahı bağışlanır. Bunu mən ölkə başçısının böyüklüyü hesab edirəm”.

Paytaxt Bakıdan, eləcə də respublikamızın ayrı-ayrı bölgələrindən, xüsusən də ziyalılar, ağsaqqal və ağbirçəklər tərəfindən redaksiyamıza daxil olan telefon zənglərində, internet vasitəsilə müraciətlərində onlar əfv sərəncamı ilə əlaqədar cənab Prezidentə öz təşəkkürlərini bildirməklə yanaşı, ölkəmizdə, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda aparılan nəhəng işlərə görə dövlət başçısına uğurlar arzulayırlar. 

 

Rəhman SALMANLI, 

“Azərbaycan”



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şəhid Əli Tağıyevin xatirəsi anılıb  

17:21
23 Sentyabr

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

17:18
23 Sentyabr

Əfv sərəncamının icrası başa çatıb

17:18
23 Sentyabr

Müharibədən sonrakı dövrdə 440 nəfər mina qurbanı olub - RƏSMİ

17:16
23 Sentyabr

Əfv sərəncamı ilə Pakistan vətəndaşı olan qadın azadlığa buraxılıb

17:16
23 Sentyabr

Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma  

17:15
23 Sentyabr

Bakı Təhlükəsizlik Forumu dünyamızı narahat edən təhdidlərlə mübarizəyə mühüm töhfələr verəcək  

17:13
23 Sentyabr

 Təbii sərvətlərimiz işğaldan azad olunmuş ərazilərimizin dirçəlişinə töhfə verəcək  

17:05
23 Sentyabr

Sülhün və təhlükəsizliyin ünvanı  

17:03
23 Sentyabr

Bağışlamaq qəlbin böyüklüyüdür  

16:42
23 Sentyabr

Dövlət müəssisələrinə nəzarət genişlənir: 22 qurum monitorinqdən keçdi  

16:39
23 Sentyabr

Kanada və Böyük Britaniya müdafiə proqramlarını birləşdirə bilər   

16:38
23 Sentyabr

Masallı rayon rəhbərliyi Bakı şəhərində şəhid məzarlarını ziyarət edib  

16:36
23 Sentyabr

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

16:33
23 Sentyabr

Yeni Dövlət Proqramının icrası nəticəsində bir sıra emal müəssisələrinin yaradılması nəzərdə tutulur  

16:26
23 Sentyabr

“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir

16:25
23 Sentyabr

Bakı trekində Formula 1 azarkeşləri üçün pit-leyn gəzintisi təşkil olunub  

16:23
23 Sentyabr

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib  

16:22
23 Sentyabr

Aleks Albon: “Bakı trası bizim bolidə uyğundur”  

16:18
23 Sentyabr

“InnMedia” Türkiyə və Özbəkistan bazarlarına çıxmağa hazırlaşır  

16:14
23 Sentyabr

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın yeni sənaye mərhələsidir  

16:13
23 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!