01 Dekabr 2024 08:00
1277
SİYASƏT
A- A+
İlham Əliyevin qətiyyətli siyasəti nümunəyə çevrilir

İlham Əliyevin qətiyyətli siyasəti nümunəyə çevrilir


Bölgə dövlətləri Qərbin davamlı təxribatlarına qarşı mübarizədə Azərbaycan modelinə istinad edirlər


Azərbaycanın yüksəlişinin və nailiyyətlərinin təməlində dayanan həqiqətlərdən biri Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və qətiyyətli siyasətdir. Məhz bu cür siyasi kursun yürüdülməsi Azərbaycana qarşı çıxan Qərbin davamlı şəkildə həyata keçirdiyi qarayaxma kampaniyasının fonunda respublikamızın yüksəlişini və ərazilərimizin işğaldan azad olunmasını təmin edib. 


Qərbin avantürası Gürcüstanda iflasa uğrayır


Reallıq göstərir ki, bu cür siyasi kursun həyata keçirilməsi xoş mərama xidmət etməyən, cəmiyyətdə neqativ dəyərlərin kök salması məqsədlərini güdən xarici təsirlərin qarşısının alınması, dövlətin sağlam təməllər üzərində bərqərar tutmasının əsas siyasi prinsiplərindən biridir. Vaxtında bunları düzgün dəyərləndirən Azərbaycan dövlətinin siyasi iradəsinin nəticəsi kimi Qərbin ölkəmizlə bağlı bütün məkrli planları iflasa uğrayıb. 

Onu da qeyd etməliyik ki, Azərbaycanın yürütdüyü bu siyasət nümunəyə çevrilərək, Qərbin digər ölkələrlə də bağlı riyakar ssenarilərinə zərbə vurur. Gürcüstanda Qərbin neqativ niyyətlərinin və arzuolunmaz təsirlərinin qarşısının alınması istiqamətində ortaya qoyulan qətiyyətli siyasi iradə buna misaldır.

Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkiləri Qərbin bu ölkə, nəticə etibarilə isə Cənubi Qafqaz regionu ilə bağlı avantürasını iflasa uğratdı. "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının seçicilərin etimadını qazanması həm də Gürcüstan əhalisinin ölkədə söz sahibi olmaq, onu öz müstəqil yolundan döndərmək istəyən Qərb siyasi dairələrinin və onların maliyyələşdirdiyi qeyri-hökumət təşkilatları üzərində qələbəsi oldu.

Azərbaycanın regiondakı yaxın tərəfdaşı olan Gürcüstanda keçirilən son parlament seçkilərində Cənubi Qafqazı qarşıdurma meydanına çevirmək, buradan Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyən xarici siyasi dairələr darmadağın edildilər. Gürcüstan vətəndaşları əmin-amanlığa və sabitliyə səs verdilər, hakim partiyanı dəstəkləyərək, sülhlə müharibə, ənənəvi və amoral dəyərlər arasında prinsipial seçimlərini etdilər.

Bu seçkidə ciddi qanun pozuntusu qeydə alınmamışdı. Beynəlxalq təşkilatlar da parlament seçkilərinin demokratik şəraitdə baş tutduğunu açıqlamışdılar. Lakin seçkilərin başa çatmasından sonra Qərbdən gələn açıqlamalar bir daha göstərdi ki, onları maraqlandıran seçkilərin demokratik keçirilməsi yox, öz planları, yəni hakimiyyətə onların diktələrini yerinə yetirəcək qüvvələrin gətirilməsidir. Son olaraq Avropa Parlamentinin seçkilərin nəticələrini tanımaması Qərbin əsl niyyətini açıb göstərdi.

Seçki avantürası baş tutmayan Qərb indi təlimatlandırdığı partiyalar və QHT-lər vasitəsilə Gürcüstanla bağlı yeni planlarını işə salıb. Ölkədə siyasi proseslərin gedişi, xüsusilə Qərbdən idarə olunan müxalifətin əsassız şəkildə seçkilərin nəticələrinin ləğv olunması və yeni seçkilərin keçirilməsinə yönəlmiş fəaliyyəti aydın göstərir ki, Qərb Gürcüstanda rəngli inqilab ssenarisi planlaşdırıb və bunu həyata keçirməyə çalışır. Bunda məqsəd mövcud hakimiyyəti devirmək və Gürcüstanda qərbmeyilli, Qərbdən idarə olunan iqtidar komandası formalaşdırmaqdır.


Rəngli inqilablar xalqlara milli maraqların itirilməsindən və faciədən başqa heç nə gətirməyib


Gürcüstanın müxalifət partiyaları seçkilərdən dərhal sonra etiraz aksiyalarına başlasalar da, xalqdan geniş dəstək almadılar. Qərb də bunun fərqindədir. Ona görə son günlərdə vəzifəsində sayılı günləri qalan Gürcüstanın prezidenti Salome Zurabişvilini də aksiyalara cəlb etməklə nəticə əldə edəcəklərinə ümid edirlər. Lakin görünən odur ki,   S.Zurabişvilinin də aksiyalarda iştirakı Qərbin məkrli planlarının reallaşmasını təmin etmir.

Ümumiyyətlə, Gürcüstandakı hadisələr göstərir ki, Qərbin indi burada həyata keçirmək istədiyi məkrli ssenari vaxtilə Ukrayna və Gürcüstanda reallaşdırılmış rəngli inqilab avantüralarının özünəməxsus formada təkrarını ehtiva edir. İllər öncə olduğu kimi, indi də Qərbin nəzarətində olan siyasi partiyaların, KİV-in, QHT-lərin, o cümlədən diplomatların Gürcüstanda sabitliyi pozmaq üçün xüsusi təlimatlandırıldıqları aydın görünür.  Bu kimi planların reallaşdırılmasında USAID kimi təşkilatlar fəal iştirak edirlər. Eyni ssenarinin qarşıdan gələn dövrdə parlament seçkiləri keçiriləcək Serbiyada da təkrarlanması gözlənilir.

Qərbin bu ölkələrdə həyata keçirdiyi rəngli inqilablar isə onlara milli maraqlarının itirilməsindən və faciədən başqa heç nə gətirməyib.  Məsələn, artıq yayılmış məlumatlar da təsdiq edir ki, Qərb Ukraynanın parçalanması ssenarisini gerçəkləşdirir. Neçə illərdir Ukrayna xalqına Qərb mərkəzlərinin verdiyi vədlər yerinə yetirilmir və bu ölkə sözün əsl mənasında həm iqtisadi, həm də insan resursları baxımından fəlakətli vəziyyətlə üzləşib. 

Bütün bunların fonunda ortaya çıxan həqiqət odur ki, Qərb bu cür yollarla, milyonlarla insanın canı və qanı bahasına, habelə hibrid müharibələr vasitəsilə postsovet məkanında qaynar nöqtələr yaratmaq kimi iyrənc planını gerçəkləşdirməyə çalışır. Lakin indi 2000-ci illərin əvvəlləri deyil. Gürcüstan əhalisi də Qərbin və onun təəssübkeşlərinin əsl niyyətinin nədən ibarət olduğunu anlayır və buna ciddi müqavimət göstərir. Bu ölkənin vətəndaşları yaxşı anlayırlar ki, xarici təsirlərin sarsıdıcı nəticələrindən sığortalanmağın yeganə yolu regional birlikdən, xüsusilə Azərbaycanla əlaqələri daha da gücləndriməkdən keçir. Azərbaycan və gürcü xalqı bir yerdə olduqca və eyni hədəfə doğru irəlilədikcə regionu qeyri-sabitlik məkanına çevirmək cəhdləri heç bir nəticə verməyəcək.

Ermənistanda isə bu reallığı hələ də anlamırlar və ya anlamaq istəmirlər. Qeyd edək ki, Ermənistan hakimiyyəti Gürcüstanda keçirilən parlament seçkilərində müxalifətin qalib gələcəyinə, Qərbin planlarının reallaşacağına, ölkədə idarə olunan hakimiyyətin formalaşacağına ümid edirdi. Amma Qərbin Gürcüstanla bağlı ssenarilərinin pozulması Ermənistan hakimiyyətinin də arzularının üstündən xətt çəkdi. N.Paşinyan İrakli Kobaxidzeyə ünvanladığı lakonik təbrikdə də Ermənistan hakimiyyətinin ümidlərinin sarsıldığı aydın sezilirdi. 

Ermənilər Qərbin Ukrayna ilə bağlı planının baş tutacağını düşünür, Ermənistan hakimiyyəti planlarını bu reallıqdan çıxış edərək qururdu. Ancaq son dövrlər Rusiya-Ukrayna cəbhəsində müşahidə olunan proseslər ermənilərin bu arzusunun da puça çıxdığını göstərir.

Bütövlükdə, Gürcüstanda baş verənlər artıq Qərbin son barıtından istifadə etməsinin ifadəsidir. Aksiyaların məzmunu, ölkə vətəndaşlarının reaksiyası göstərir ki, xalq bu siyasi avantüraya dəstək vermir. Çünki Gürcüstan xalqı bilir ki, Qərb siyasi dairələri prosesləri bu məcraya yönəltməklə ölkələrini uçuruma aparmaq istəyirlər.

Azərbaycan Respublikası Qərbin siyasi təhdid və təzyiqlərinin, qarayaxma kampaniyalarının qarşısından geri çəkilmədi. Avropa Parlamenti illər boyu ölkəmizə qarşı saysız-hesabsız qətnamələr qəbul etsə də, Azərbaycan öz müstəqil yolu ilə inamla addımladı. Enerji siyasətimizin təntənəsi, torpaqlarımızın işğaldan azad edilməsi və digər nailiyyətlərimiz bu siyasətin nəticələridir. Son olaraq COP29-un uğurla keçirilməsi Azərbaycanın müstəqil və qətiyyətli siyasətinin təntənəsinə çevrildi. Bölgə dövlətləri də Qərbin davamlı təxribatlarına qarşı mübarizədə Azərbaycan modelinə istinad edirlər.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə, habelə onların sürətinə və lokasiyasına nəzarətin həyata keçirilməsi məqsədilə kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən ötürülən səfər və operator barədə məlumatların siyahısı”nın təsdiq edilməsi haqqında

00:30
05 Dekabr

Britaniya rəsmisi: Xəzər regionu yaşıl enerji ixracında böyük potensiala malikdir  

23:55
04 Dekabr

Cahit Bağçı: Beynəlxalq Demokratlar Birliyi Azərbaycanın beynəlxalq platformada qarşılaşdığı vəziyyətlərə qarşı da bir platforma olacaq  

23:48
04 Dekabr

Aİ-nin ali nümayəndəsi Azərbaycan-Ermənistan normallaşma gündəliyi barədə məlumatlandırılıb  

23:45
04 Dekabr

Mövlud Çavuşoğlu: Ermənistanın Azərbaycanın səmimi xoş niyyətinə müsbət cavab verməsini gözləyirik 

23:42
04 Dekabr

Britaniya rəsmisi: COP-da razılaşmanın əldə olunmasından çox məmnunuq

23:41
04 Dekabr

Papa Fransisk Viktor Orbanla görüşüb

23:32
04 Dekabr

Gürcüstanın müxalifət liderləri Baş nazir ilə teledebatdan yayınıblar  

23:31
04 Dekabr

Qubada vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib  

23:30
04 Dekabr

Milli Məclis sədrinin müavini TBMM-in nümayəndə heyətinin rəhbəri ilə görüşüb  

22:29
04 Dekabr

Metronun “20 Yanvar” stansiyasından Sumqayıta yeni marşrut xətti istifadəyə verilir  

22:28
04 Dekabr

Azərbaycan və Belarus arasında dəmir yolu ilə müntəzəm yükdaşımaların təşkili müzakirə edilib  

22:27
04 Dekabr

Malta 2024-cü ildə Avropanın iqtisadiyyatı sürətlə inkişaf edən ölkələr siyahısına liderlik edir  

22:05
04 Dekabr

“Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı ikinci beynəlxalq konfrans keçirilib 

19:56
04 Dekabr

Fərid Qayıbov: 2024-cü il Şuşa şəhəri üçün yaddaqalan oldu  

19:54
04 Dekabr

Paşinyan AİB sammitinin Ermənistanda keçirilməsini istəmir

19:34
04 Dekabr

Azərbaycan Kuboku, 1/8 final: "Kəpəz" -"İmişli"- 1:0

19:33
04 Dekabr

İmaməddin Xəlilov dünyanın ən yaxşı parataekvondoçusu seçilib

19:31
04 Dekabr

"Qarabağ" Azərbaycan Kubokunun 1/4 finalında

19:30
04 Dekabr

Özbəkistan Prezidenti MAQATE ilə tərəfdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib

19:29
04 Dekabr

Bayden köçkün afrikalılar üçün 1 milyard dollar yardım elan etdi

18:40
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!