04 Dekabr 2024 08:00
1647
İQTİSADİYYAT
A- A+
Azərbaycan "yaşıl enerji"yə keçiddə dünyanın tanınmış şirkətləri ilə tərəfdaşlıq edir

Azərbaycan "yaşıl enerji"yə keçiddə dünyanın tanınmış şirkətləri ilə tərəfdaşlıq edir


Dünyada tək-tək ölkələr var ki, enerji təhlükəsizliyini tam şəkildə özü təmin etsin. Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib, üstəlik, regionun, hətta Avropanın enerji təhlükəsizliyinə də dəstək verir.

Ulu Öndər Heydər Əliyevin adını şərəflə daşıyan, Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisi ilə 1768 kilometr məsafə qət edən  Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri 18 ildən çoxdur Azərbaycan neftini dünya bazarlarına çatdırır. Təxminən bir il ondan sonra Bakı-Tbilisi-Ərzurum kəməri Xəzərin Azərbaycan sektorundakı nəhəng "Şahdəniz" yatağından çıxarılan mavi yanacağı nəql etməyə başlayıb. Beləliklə, Azərbaycan dünyada həm də qaz ixracatçısı kimi tanınıb. Əgər  əvvəl  Azərbaycan qazını Gürcüstan və Türkiyə alırdısa, 2020-ci ilin son günündən başlayaraq mavi yanacaq  Avropaya da ixrac edilir və  bu gün idxalçı ölkələrin sayı artıq 10-a çatıb. 2027-ci ilədək qaz ixracının artırılması barədə Avropa İttifaqı və ölkəmiz arasında  anlaşma memorandumu da imzalanıb.

Bununla yanaşı, Azərbaycan  uğurla enerji keçidi edir. "Yaşıl gündəliy"imiz artıq hamıya bəllidir. Bu sahədə zəngin təcrübəsi olan bir sıra xarici şirkətlərlə uğurlu layihələr reallaşdırılıb, yaxud icrasının müxtəlif mərhələlərindədir. Bu şirkətlər sırasında sınanmış etibarlı tərəfdaşımız, ölkəmizdə ən iri neft, qaz və ixrac layihələrinin operatoru olan BP şirkəti də var.  30 ildən çoxdur "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının tammiqyaslı işlənməsi, BTC, "Şahdəniz", CQBK (Cənubi Qafqaz Boru Kəməri) layihələrinə uğurla əməliyyatçılıq edən BP-nin ölkəmizdə  enerji keçidinə aid  özünün hökumətlə, SOCAR-la (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) birgə düşünülmüş, razılaşdırılmış uzunmüddətli strategiyası var. 

Bu istiqamətdə artıq birinci layihəyə start verilib. COP29 çərçivəsində 4 il əvvəl işğaldan azad olunmuş Cəbrayıl rayonunda "Şəfəq" Günəş-Elektrik Stansiyasının təməli qoyulub. 240 MVt gücündə  olacaq bu stansiya   2021-ci il iyunun 3-də Energetika Nazirliyi ilə BP arasında imzalanmış icra müqaviləsi əsasında inşa ediləcək. Təməlqoyma mərasimində layihə üzrə "Azərbaycan Respublikası Hökuməti ilə "Şəfəq (Cəbrayıl) Solar Limited" şirkəti arasında İnvestisiya Müqaviləsi və "Azərbaycan Respublikası Energetika Nazirliyi ilə "Şəfəq (Cəbrayıl) Solar Limited" şirkəti arasında torpaq icarəsi müqaviləsi, eləcə də simvolik olaraq stansiyanın ilk günəş paneli imzalanıb. İmzalama prosesinə SOCAR və Azərbaycan İnvestisiya Şirkəti də qoşulub. Yeri gəlmişkən, qeyd edək ki, "Şəfəq"in səhmdarları BP, SOCAR və Azərbaycan İnvestisiya Şirkətidir.

"Şəfəq" GES-də illik təxminən 500 milyon kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulur. Bununla da ildə 120-150 milyon kubmetr təbii qaza qənaət ediləcəyi, 260-330 min ton karbon emissiyasının  azaldılacağı gözlənilir.

Virtual Enerji Ötürülməsi Mexanizmi (VPTA) çərçivəsində stansiyada istehsal olunan enerji Cəbrayılda mövcud elektrik şəbəkəsinə ötürüləcək və eyni miqdarda enerji Səngəçal terminalına veriləcək. Nəticədə terminalın enerji ehtiyaclarını qarşılamaq üçün bərpaolunan enerjidən istifadə ediləcək və bu, BP-nin Xəzər regionunda əməliyyat tullantılarının azaldılmasına dəstək olacaq. Beləliklə, layihənin icrası həm milli iqtisadiyyata, həm də konsorsium üzvlərinin, o cümlədən SOCAR-ın dekarbonizasiya səylərinə mühüm töhfə verəcək.

Layihəyə təxminən 200 milyon dollar məbləğində investisiya yatırılması nəzərdə tutulur. Təqdirəlayiq haldır ki,  BP bu "yaşıl enerji" layihəsini neft-qaz layihələrindən əldə etdiyi vəsaitlə gerçəkləşdirəcək.

Əməliyyatçı şirkət özünün ənənəvi layihələrini, o cümlədən axtarış kəşfiyyat işlərini də davam etdirir. 

Məsələn, bir neçə ay əvvəl SOCAR, BP, MOL, INPEX, "Equinor", "ExxonMobil", TPAO, ITOCHU və ONGC Videsh şirkətləri ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlar bloku üzrə mövcud Hasilatın Pay Bölgüsü Sazişinə (HPBS) yeni bir əlavə edildiyi barədə sənəd imzalayıb. Bu əlavədə tərəflərə AÇG yataqlarının sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı istiqamətində irəliləmək imkanı verən düzəlişlər edilir. Ehtiyatların isə xeyli iri həcmlərdə - 4 trilyon kub futadək olduğu düşünülür.

Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də AÇG üzrə dəyişdirilmiş və yenidən işlənmiş HPBS imzalanıb və bununla sazişin müddəti 2049-cu ilin sonuna qədər uzadılıb. İmzalanan yeni sənəd də məhz mövcud HPBS-nin müddəti bitənədək qüvvədə olacaq. 

STQ hazırda məhsul verən neft laylarının altında və üstündə olan çoxsaylı geoloji formasiyadan ibarətdir. Bunlar mövcud AÇG HPBS-yə əvvəldən daxil edilməmişdir. 2022-ci ildə AÇG tərəfdaşları və SOCAR qaz təzyiqinə dair məlumatların toplanması üçün STQ laylarına bir qiymətləndirmə quyusunun qazılması barədə razılığa gəldilər. Qiymətləndirmə quyusu 2023-cü ildə tamamlanmış və əldə edilən məlumatların interpretasiyası gözlənilən təzyiq aralığında 4 trilyon kub futa qədər əhəmiyyətli təbii qaz ehtiyatlarının olduğunu təsdiqləmişdir.

Əlavəyə uyğun olaraq, SOCAR və AÇG tərəfdaşları hazırda STQ laylarının işlənməsi üçün növbəti tədbirləri planlaşdırırlar. Bu fəaliyyətlər çərçivəsində iki prioritet laydan qaz hasil etmək məqsədilə ilkin quyu qazılır. Quyu mühüm əhəmiyyət daşıyır, çünki hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək. Bunun əsasında isə gələcək işlənmə planlarını qurmaq mümkün olacaq.

Quyu "Qərbi Çıraq" platformasından qazılır və ilk qaz hasilatının 2025-ci ildə əldə ediləcəyi gözlənilir. 

Bakıda BP və SOCAR arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə qoşulmaq niyyətini açıqlayan bir anlaşma memorandumu da imzalanıb. 

Birinci blok Bakıdan 120 kilometr şərqdə, "Günəşli" yatağından 20-25 kilometr məsafədə, suyun 150-200 metr dərinliyində yerləşən "Qarabağ" neft yatağıdır. Yatağın işlənməsi üzrə 2018-ci ildə imzalanmış və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunmuş mövcud Risk Xidməti Sazişi (RXS) var. Hazırda SOCAR RXS-də 100 faiz iştirak payına malikdir.

İkinci blok Bakıdan 90-110 kilometr şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən "Əşrəfi-Dan Ulduzu-Aypara" (ADUA) sahəsidir. Bu sahə bir sıra mövcud kəşf olunmuş və perspektiv strukturları əhatə edir. ADUA sahəsinə aid kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü üzrə 2018-ci ildə imzalanmış və Milli Məclis tərəfindən ratifikasiya olunmuş mövcud saziş var. Hazırda SOCAR həmin HPBS-də iştirak payının 100 faizinə malikdir.

Prezident İlham Əliyev icra edilməkdə olan bu və digər işlərin nəticəsinə inam ifadə edərək demişdir: "Yəqin gələn il biz hamımız onu görəcəyik ki, yeni layihələrdən, yeni yataqlardan daha böyük həcmdə təbii qaz və neft kondensatı hasil edilir. Hesab edirəm ki, neft-qaz sahəsində templər müsbət olacaqdır".

Bəli, "yaşıl enerji"yə keçid o demək deyil ki, neftdən, qazdan imtina olunmalıdır. İmtina söhbətini ortaya atanlar bu məsələni düzgün başa düşməyənlərdir. Keçid sürətlə, tələm-tələsik atılan bir addım olmamalıdır. Düzgün strategiya ilə həyata keçirilməlidir və bu yöndə Azərbaycanla onun uzunillik tərəfdaşı BP-nin mövqeləri üst-üstə düşür. 

Hələ COP29 ərəfəsində Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxış edərkən bu məsələlərə toxunmuşdu: "Neft və qazımız, həmçinin Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacaq". 

Adi bir misal: 20-ci əsrin əvvəlində  dünyada çıxarılan neftin yarıdan çoxu Bakıda hasil edilirdi. Və yeri gəlmişkən: o dövrdə neft alternativ enerji sayılırdı. Bununla belə, daş kömür uzun müddət gərəkli oldu. Neftdən, qazdan keçid də belə həyata keçəcək. Bu, həm də bir çox  genişdüşüncəli, dərinbilikli, uzaqgörən mütəxəssislərin fikridir. Neft və qaz  bəşəriyyətə hələ  xeyli müddət lazım olacaq.  


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Efiopiya arasında siyasi və iqtisadi məsələlər müzakirə edilib  

23:26
16 Yanvar

"Şamaxı" ukraynalı legioneri dəvət edib  

22:29
16 Yanvar

Dünyada 500 milyona yaxın uşaq müharibə bölgələrində yaşayır   

22:28
16 Yanvar

CAR-da tərk edilmiş mədəndən 78 adamın cəsədi çıxarılıb  

22:27
16 Yanvar

ABŞ-də gənclərin 70%-dən çoxu TikTok qadağasına qarşıdır  

22:26
16 Yanvar

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin qarşılanması ilə bağlı video yayıb 

22:23
16 Yanvar

Rumıniya hökuməti prezident seçkilərinin mayda keçirilməsini təsdiqləyib  

21:54
16 Yanvar

Cenevrədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ali səviyyəli toplantısı işə başlayıb

20:31
16 Yanvar

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsi keçirilib

20:28
16 Yanvar

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi və humanitar ölçüləri barədə müzakirələr aparılıb  

20:02
16 Yanvar

Bakı metropolitenində Asiya İnfrastruktur İnvestisiya Bankının nümayəndələri ilə görüş keçirilib  

19:51
16 Yanvar

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi və humanitar ölçüləri barədə müzakirələr aparılıb  

19:46
16 Yanvar

Cenevrədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ali səviyyəli toplantısı işə başlayıb  

19:41
16 Yanvar

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsi keçirilib  

19:36
16 Yanvar

Gürcüstan Davos İqtisadi Forumunda və Münxen Təhlükəsizlik Konfransında iştirak etməyəcək  

19:34
16 Yanvar

Gia Volski: Müxalifət Avropaya inteqrasiya yolunda Gürcüstana maneələr yaratmağa çalışır  

19:30
16 Yanvar

Kənd Təsərrüfatı Nazirliyi Vəkillər Kollegiyası ilə əməkdaşlıq edəcək  

19:29
16 Yanvar

Azərbaycan və ABŞ arasında tibb sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub  

19:24
16 Yanvar

Nazir: USAID Azərbaycana qarşı qərəzli və zərərli siyasi xətt tutmuşdu

19:19
16 Yanvar

Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində nəqliyyat və İKT sahəsində görüləcək işlər müzakirə edilib  

19:14
16 Yanvar

Azərbaycan və Maldiv arasında iqtisadi əməkdaşlıq üçün yeni imkanlar müzakirə olunub  

19:09
16 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!