14 Mart 2026 02:19
1547
Fərmanlar
A- A+
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 374-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 374-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 374-VIIQD nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 212-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 374-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157, № 7, maddələr 806, 812, 814, 815, № 8, maddələr 937, 948, № 12 (I kitab), maddə 1294, (II kitab), maddələr 1359, 1378, 1384; 2025, № 2, maddə 127, № 3, maddə 231, № 4 (I kitab), maddələr 325, 338, № 5, maddə 463, № 6, maddələr 541, 561, № 7, maddə 649, № 8, maddələr 746, 754, № 9, maddə 820, № 11, maddə 1018; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli 588 nömrəli, 28 yanvar tarixli 593 nömrəli və 11 fevral tarixli 598 nömrəli fərmanları) 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 5.1-ci bəndə "212.4," rəqəmlərindən sonra "212-1.1 (həmçinin metropolitendə stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda, eləcə də taksi minik avtomobillərində elektron siqaretlərin istifadəsinə münasibətdə)," sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 5.7-2-ci bənd əlavə edilsin:

"5.7-2. həmin Məcəllənin 212-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində elektron siqaretlərin istifadəsinə münasibətdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi baxır;";

2.3. 5.26-1-ci bəndə "Məcəllənin" sözündən sonra "212-1.1 (hava nəqliyyatında elektron siqaretlərin istifadəsinə münasibətdə)," sözləri əlavə edilsin;

2.4. 5.27-ci bəndə "Məcəllənin" sözündən sonra "212-1.1 (dəmir yolu nəqliyyatında elektron siqaretlərin istifadəsinə münasibətdə)," sözləri əlavə edilsin;

2.5. 5.28-ci bəndə "Məcəllənin" sözündən sonra "212-1.1 (dəniz və çay nəqliyyatında elektron siqaretlərin istifadəsinə münasibətdə)," sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (Cild I); 2024, № 2, maddə 157, № 6 (I kitab), maddə 649, № 7, maddələr 806, 812, 814, № 8, maddə 948, № 12 (I kitab), maddələr 1294, 1295, (II kitab), maddə 1378; 2025, № 2, maddə 127, № 4 (I kitab), maddə 325, № 5, maddə 463, № 8, maddə 746, № 9, maddə 820; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 28 yanvar tarixli 593 nömrəli və 11 fevral tarixli 598 nömrəli fərmanları) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bəndə "212.4," rəqəmlərindən sonra "212-1.1 (həmçinin metropolitendə stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda, eləcə də taksi minik avtomobillərində elektron siqaretlərin istifadəsinə münasibətdə)," sözləri əlavə edilsin;

3.2. 2.2-ci və 2.4-cü bəndlərə "211," rəqəmlərindən sonra "212-1.1 (taksi minik avtomobillərində elektron siqaretlərin istifadəsinə münasibətdə)," sözləri əlavə edilsin;

3.3. 2.5-ci bəndə "212.4," rəqəmlərindən sonra "212-1.1 (həmçinin metropolitendə stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda elektron siqaretlərin istifadəsinə münasibətdə)," sözləri əlavə edilsin;

3.4. 2.9-cu bəndə "212.4," rəqəmlərindən sonra "212-1.1," rəqəmləri əlavə edilsin.

4. Bu Fərmanın 2-ci və 3-cü hissələri 2026-cı il aprelin 1-dən qüvvəyə minir.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 13 mart 2026-cı il


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağ Ev: İranla danışıqlar davam edir

22:53
15 Aprel

Ekspert: Rusiya və Azərbaycan qarşılıqlı münasibətlərdə dostluq formatına qayıdıblar  

22:52
15 Aprel

Ərdoğan: Faciəvi hadisələr siyasi polemika mövzusu ola bilməz

22:51
15 Aprel

“Axios”: ABŞ və İran çərçivə sazişinə yaxınlaşırlar

22:49
15 Aprel

Peskov: İranın dinc nüvə energetikasından qeyd-şərtsiz istifadə etmək hüququ olmalıdır

22:47
15 Aprel

Azərbaycanla ABŞ arasında enerji sektorunda əməkdaşlıq üçün geniş perspektivlər var  

22:46
15 Aprel

Nəqliyyat dəhlizlərində yük daşımalarında dəyişiklik: avtomobil daşımaları artıb

20:34
15 Aprel

   Bakı - Tbilisi - Ərzurum kəməri ilə qaz nəqli artıb

20:21
15 Aprel

Türkiyə Daxili İşlər Nazirliyi: Kahramanmaraşda ölənlərin sayı 9-a çatıb – YENİLƏNİB 3

20:17
15 Aprel

Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq  

20:15
15 Aprel

Milli Məclisin sədri: Daha bir qlobal tədbirə ev sahibliyi etməsi Azərbaycana olan etimadın növbəti təzahürüdür  

20:14
15 Aprel

Sahibə Qafarova: Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi beynəlxalq rolunu daha da gücləndirib  

20:14
15 Aprel

Dünyada su qıtlığı artır

20:14
15 Aprel

“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər nəzərdən keçirilib  

20:13
15 Aprel

Azərbaycanda həyata keçirilən prioritet sahələr üzrə təşəbbüslərdə ABŞ şirkətlərinin iştirakı müzakirə olunub  

20:12
15 Aprel

İdeoloji xətt və gələcəyə baxış: YAP-da dövlət siyasətinin prioritetləri mövzusunda müzakirə  

20:11
15 Aprel

Armands Krauze: Şuşa görüşü Latviya ilə Azərbaycan arasında gələcək əməkdaşlıq baxımından çox vacibdir  

20:09
15 Aprel

 Oğuzda sahibkarlıq mühiti müzakirə olundu: yeni imkanlar və inkişaf yolları

20:03
15 Aprel

İranda "ictimai təhlükəsizliyi pozmaq" ittihamı ilə 31 nəfər saxlanılıb

19:54
15 Aprel

Ət yemək insanlarda demensiya riskini azalda bilər

19:43
15 Aprel

Mayelərin bərk maddələr kimi “partlaya” bildiyi aşkarlanıb

19:31
15 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!