12 Mart 2026 15:25
137
SİYASƏT
A- A+
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 147-ci kitabı çapdan çıxıb  

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 147-ci kitabı çapdan çıxıb  


“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 147-ci kitabı çapdan çıxıb


Azərbaycan ləyaqətli ölkədir, güclü ölkədir, heç kimə məsləhət görmürük ki, nə vaxtsa bizə qarşı hansısa bəd əməllər haqqında düşünsün. Hər halda, son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır. İndi dünyada gedən prosesləri görürsünüz. Müxtəlif yerlərdə toqquşmalar, müharibələr, hərbi cinayətlər baş alıb gedir. Amma heç kim tam qələbə qazanmayıb. Müharibələr davam edir, daha böyük coğrafiyanı əhatə edir və yəqin ki, davam edəcək. Yəni bax, bu siyasi məsələlərin inkişafı bunu göstərir. Tək yeganə ölkə bizik. Yeganə xalq bizik ki, tam Qələbə qazandıq, mütləq Qələbə qazandıq. Düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdik və eyni zamanda, sülhün təminatçısı da Azərbaycandır.

AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 147-ci kitabında yer alan bu sözləri dövlətimizin başçısı 2025-ci il avqustun 21-də Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksindəki evlərə köçən sakinlərlə görüşündə söyləyib.

Çoxcildliyin bu kitabında toplanmış materiallar 2025-ci ilin avqust-sentyabr aylarını əhatə edir.

Bu nəşrə Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına işgüzar səfərinə, Prezident Donald Tramp ilə görüşünə, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanması mərasiminə dair materiallar, Azərbaycan və ABŞ prezidentlərinin, Ermənistanın Baş nazirinin mətbuata bəyanatlarla çıxışlarının mətnləri daxil edilib. Oxucular yeni kitabda Azərbaycan Respublikası Prezidentinin, Amerika Birləşmiş Ştatları Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin Birgə Bəyannaməsinin mətni, habelə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması mərasimi haqqında materialla və dövlətimizin başçısının Azərbaycan media nümayəndələrinə müsahibəsi ilə də tanış ola bilərlər.

Azərbaycan Prezidenti ötən ilin avqust ayında Gəncə və Kəlbəcər şəhərlərinə səfər edib. Dövlətimizin başçısı Kəlbəcərdə 4-cü yaşayış kompleksinin, şəhər parkının təməlqoyma mərasimlərində, “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib, Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin təməlini qoyub, 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılmış şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşdə çıxış edib. Prezident, həmçinin Ağdərə rayonunun Vəngli kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, Kolatağ və Vəngli kəndlərinin sakinləri ilə görüşüb. Bütün bunlar haqqında informasiyalar 147-ci kitabda verilib.

Çoxcildliyin bu kitabında Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfərinə, Azərbaycan Respublikası, Özbəkistan Respublikası və Türkmənistan arasında yüksəksəviyyəli görüşdə çıxışına, görüşün yekunlarına dair mətbuata bəyanatlarla çıxışlara, sənədlərin imzalanması mərasiminə dair materiallar da yer alıb.

Oxucu bu kitabda Azərbaycan Prezidentinin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsinin mətni ilə də tanış ola bilər.

Azərbaycan Prezidenti avqust ayının 30-dan sentyabrın 3-dək Çində işgüzar səfərdə olub, bir çox görüşlər keçirib, habelə ŞƏT+ formatında görüşdə çıxış edib. Bütün bunlar haqqında informasiyalar yeni kitabda toplanıb.

Dövlətimizin başçısı sentyabr ayında Qarabağ bölgəsinə səfər edib, Xocavənd rayonunun Hadrut qəsəbəsində inşa olunmuş məscidin açılışında iştirak edib, Sos kəndində, Qırmızı Bazar qəsəbəsində görülən işlərlə tanış olub, qəsəbədə Qırmızı Bazar, Hadrut və Sos kəndlərinin sakinləri ilə görüşüb. Prezident Xankəndidə Qarabağ Universitetinin Klinikasının binasının Tibb və sağlamlıq elmləri fakültəsi tədris korpusunun açılış mərasimində iştirak edib. Ölkə rəhbəri Xocalı rayonunun Şuşakənd, Seyidbəyli, Daşbulaq, Badara kəndlərində görülən işlərlə tanış olub, Badara kəndində Daşbulaq, Seyidbəyli, Şuşakənd və Badara kəndlərinin sakinləri ilə görüşüb.

Prezident Şuşada isə ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Maliki, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu, Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşlər keçirib. Yeni nəşrdə həmin görüşlər haqqında da məlumat verilib.

Çoxcildliyin buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı ilə Brüssel arasındakı münasibətlərdə yeni mərhələ

16:23
12 Mart

Ekologiya və təbii sərvətlər naziri Şabranda vətəndaşların müraciətlərini dinləyib  

16:20
12 Mart

XIII Qlobal Bakı Forumunun ilk panel iclası qlobal təhlükəsizlik və güclər balansı mövzusuna həsr edilib YENİLƏNİB

16:19
12 Mart

Rusiyanın İrana humanitar yardım aparan təyyarəsi Lənkəran hava limanına enib 

16:16
12 Mart

İran Bəhreyndə yanacaq anbarlarını vurub

15:43
12 Mart

Şəhid övladları Qəbələdə - xizək təlimləri və Yel çərşənbəsi sevinci 

15:42
12 Mart

Türk nazir: Artıq etibarlı və yaşıl enerji sistemlərinin qurulması seçim deyil, zərurətdir  

15:31
12 Mart

Paşinyan: Yeni Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır  

15:31
12 Mart

Türkiyə MN: “İncirlik” hərbi hava bazası ölkəmizə məxsusdur  

15:28
12 Mart

Bakı və regionları bir araya gətirən ilk mədəni qastrol

15:27
12 Mart

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 147-ci kitabı çapdan çıxıb  

15:25
12 Mart

“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib YENİLƏNİB-2 

15:24
12 Mart

Leyla Qasımova: Novruz xalqımızın ən sevilən bayramları sırasında öndə gəlir

15:22
12 Mart

Otuz dörd illik sədaqətli xidmət nümunəsi

15:14
12 Mart

Norveçin sabiq Baş naziri: Yeni dayanıqlı beynəlxalq nizam üçün BMT-də islahat vacibdir

15:10
12 Mart

AQTA sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyib

15:06
12 Mart

Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqı üçün mühüm tərəfdaşdır  

15:00
12 Mart

UNICEF: Fevralın 28-dən bəri Yaxın Şərqdə 1100-dən çox uşaq həlak olub və ya yaralanıb  

14:51
12 Mart

Agentlik: 2018-ci ildən indiyədək ölkəyə repatriasiya olunan uşaqlardan 5-i dövlət himayəsinə alınıb

14:43
12 Mart

Martın bütün sosial ödənişləri qrafikdən əvvəl yekunlaşdırılacaq

14:36
12 Mart

Sebastian Kurs: Mövcud beynəlxalq nizamı yenidən nəzərdən keçirməliyik  

14:29
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!