18 Sentyabr 2026 08:40
469
İQTİSADİYYAT
A- A+
İldə 200 milyon kilovat-saatlıq günəş işığı

İldə 200 milyon kilovat-saatlıq günəş işığı


"Qobustan" Günəş-Elektrik Stansiyası Azərbaycanın "yaşıl enerji"sini gücə çevirir


Qobustanın günəşli iqlimi bölgənin təbiətdən gələn mühüm üstünlüklərindəndir. Həmin potensialdan səmərəli istifadə isə ərazidə bərpaolunan enerji istehsalının inkişafı üçün geniş imkanlar yaradır. Bu imkanların real nümunələrindən biri "Qobustan" Günəş-Elektrik Stansiyasıdır (GES). Stansiyanın istifadəyə verilməsi Azərbaycanın "yaşıl enerji" siyasətinin və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində həyata keçirdiyi layihələr sırasında xüsusi əhəmiyyət daşıyır. 

 "Qobustan" GES-in istifadəyə verilməsi ilə regionun təbii potensialının iqtisadi imkanlara çevrilməsinin daha bir nümunəsi ortaya çıxır. Günəşin yaratdığı enerji imkanlarından yararlanmaqla Qobustan artıq bərpaolunan enerji layihələrinin ünvanlarından birinə çevrilir. Günəş şüalarını elektrik enerjisinə çevirəcək stansiya regionun enerji potensialından daha səmərəli istifadə etməyə və "yaşıl enerji"nin istehsalını genişləndirməyə hesablanıb. Layihə Qobustanın enerji xəritəsində yeni bir səhifə açır və ölkənin daha təmiz və dayanıqlı enerji mənbələrinə keçidi sürətləndirir. Günəş panellərindən əldə olunan enerjinin elektrik şəbəkəsinə ötürülməsi həm "yerli enerji" istehsalına dəstək verir, həm də ənənəvi enerji mənbələrindən asılılığın azaldılmasına yönəlmiş tədbirlərin bir hissəsini təşkil edir.

Qeyd edək ki, layihənin reallaşdırılması üçün ilk addımlar 2024-cü ildə atılıb. Həmin il keçirilən hərracda 100 MVt gücündə "Qobustan" Günəş-Elektrik Stansiyasının tikintisi üzrə Çin şirkəti "Universal International Holdings Limited" qalib elan edilib. Tikinti işlərinə 2025-ci ilin mayında başlanılıb və işlər əsasən yerli şirkətlərin iştirakı ilə aparılıb. "Qobustan" Azərbaycanda bərpaolunan enerji mənbələri üzrə hərrac vasitəsilə həyata keçirilən ilk layihə olmaqla yanaşı, "Universal Energy" şirkətinin də ölkəmizdə reallaşdırdığı ilk layihədir. Stansiyada günəş panelləri, sahə invertorları və transformatorlar quraşdırılıb, kabelləşdirmə işləri tamamlanıb. İstismara verildikdən sonra stansiyanın ildə təxminən 200 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir ki, bu da ildə təxminən 45 milyon kubmetr təbii qaza qənaət deməkdir. Layihənin karbon emissiyalarının ildə 97 min ton azalmasına da töhfə verəcəyi proqnozlaşdırılır.

Yeri gəlmişkən, Çinin Şanxay şəhərində yaradılmış "Universal Energy" şirkəti "yaşıl enerji" və enerji saxlanc sistemləri üzrə layihələr təqdim edir. Bu böyük Çin şirkəti Qazaxıstan və Özbəkistanda da bərpaolunan enerji layihələri həyata keçirir. Günəşin enerjisini elektrikə çevirən stansiyada müasir günəş panelləri ilə yanaşı, sahə invertorları və transformatorlar da quraşdırılıb. Kabelləşdirmə işlərinin tamamlanması ilə stansiyanın texniki infrastrukturu formalaşdırılıb.

İki gün öncə GES-in istifadəyə verilməsi ilə bağlı keçirilən açılış mərasimi tarixi yaddaş üçün gözəl hadisədir. Prezident İlham Əliyev paytaxtın Qaradağ rayonunda yerləşən 100 MVt gücündə "Qobustan" GES-in  açılışında iştirak edib. Dövlət başçısının açılış mərasimində iştirakı layihənin ölkənin enerji gündəliyində tutduğu yerin göstəricisidir. Bu layihə Azərbaycanın bərpaolunan enerji potensialından daha geniş istifadə etmək niyyətinin real nümunələrindən biridir. Qobustanda günəşdən əldə olunan enerji təbii resurs olmaqla yanaşı, ölkənin enerji sisteminə yeni qapı açan istehsal mənbəyidir. Günəşin bol olduğu Qobustanda qurulan stansiya "yaşıl enerji"nin ölkənin enerji balansındakı payının artırılmasına öz töhfəsini verəcək.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev jurnalislərə açıqlamasında deyib ki, Azərbaycanda sənaye miqyaslı GES-lərdə ən güclü günəş panelləri "Qobustan"da quraşdırılıb: "Qobustan GES-də Çinin "LONGi Green Energy Technology Co., Ltd." şirkətinin istehsalı olan, 710 vatt gücündə günəş panelləri quraşdırılıb. Bu panellər hazırda Azərbaycanda sənaye miqyaslı günəş-elektrik stansiyalarında istifadə olunan ən yüksək güclü panellərdir".

135 QVt quruda, 157 QVt dənizdə texniki potensial, 27 QVt iqtisadi potensial və 2027-ci ilin sonunadək planlaşdırılan 1,5 QVt yeni güc... Rəqəmlər Azərbaycanın "yaşıl enerji" xəritəsinin miqyasını göstərir. Bu xəritədə 100 MVt-lıq "Qobustan" Günəş-Elektrik Stansiyası isə artıq proqnoz deyil, reallığa çevrilmiş layihələrdəndir. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən iki gündə 76 cinayətin açılması təmin olunub

11:42
21 Sentyabr

Yeddi il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib – BİRGƏ MƏLUMAT

11:40
21 Sentyabr

Milli Məclisdə xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair ictimai dinləmə keçiriləcək

11:38
21 Sentyabr

Şəhər günlərinin böyük siyasi-mənəvi əhəmiyyəti var  

11:03
21 Sentyabr

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis idarəsinin ƏİK bölüyünün ön əməliyyat bazasında olub  

10:20
21 Sentyabr

Qızıl və gümüş ucuzlaşıb

10:14
21 Sentyabr

Neft ucuzlaşır

10:06
21 Sentyabr

“Kahı” və “kərəviz” yükündə külli miqdarda narkotik vasitə aşkarlanıb  

09:37
21 Sentyabr

Bu gün Beynəlxalq Sülh Günüdür  

09:03
21 Sentyabr

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı

22:34
20 Sentyabr

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

21:37
20 Sentyabr

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

20:57
20 Sentyabr

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub

20:15
20 Sentyabr

Azercell abunəçilərinin nəzərinə

20:11
20 Sentyabr

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib

19:55
20 Sentyabr

Yaponiyada yaşlı əhalinin sayı artır

19:04
20 Sentyabr

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

18:49
20 Sentyabr

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

18:40
20 Sentyabr

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır

18:19
20 Sentyabr

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

18:09
20 Sentyabr

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir

17:43
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!