01 Sentyabr 2024 11:55
110
SİYASƏT
A- A+

İƏT nümayəndəsi: Müşahidələr parlament seçkilərinin şəffaf keçirildiyini deməyə əsas verir


Səhərdən apardığımız müşahidələr Azərbaycanda növbədənkənar parlament seçkilərinin şəffaf keçirildiyini deməyə əsas verir.

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının baş katibinin müavini Məhəmməd Sicani Əli Əsgər açıqlamasında deyib.

O bildirib ki, məntəqələrdə şərait lazımi səviyyədə təşkil edilib: "Səsvermə prosesi başlayandan təxminən 5-ə yaxın seçki məntəqəsində apardığımız müşahidələrdə heç bir çətinlikdə qarşılaşmamışam. Ümid edirəm ki, proses bitənə qədər seçicilərin hamısı səsvermə hüququndan istifadə edəcək".

İƏT nümayəndəsi vurğulayıb ki, dəfələrlə Azərbaycanda təşkil olunan seçki prosesini izləyib: "Hər zaman da prosesin şəffaf keçirildiyinin şahidi olmuşam. Heç vaxt problemlə qarşılaşmamışam".

O qeyd edib ki, müşahidənin nəticələri ilə bağlı sabah mətbuat konfransı keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video