01 Sentyabr 2024 14:04
78
SİYASƏT
A- A+

Bahar Muradova: Azərbaycanda parlament seçkilərinə çox böyük maraq var

 

Səhər saatlarından apardığımız müşahidəyə əsasən gəldiyim qənaət budur ki, seçkiyə çox böyük maraq var və ölkənin bütün regionlarında vətəndaşlar gəlib öz layiqli namizədlərinə səs verirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri növbədənkənar parlament seçkisində səsvermə hüququndan istifadə edən Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

Seçki prosesinin şəffaf şəkildə həyata keçirildiyini vurğulayan komitə sədri qeyd edib: “Namizədlərə də hüquqlarından istifadə etmək üçün geniş imkanlar yaradılıb. Biz elə bir dövlət qurmuşuq ki, vətəndaşların seçki hüququnu reallaşdırmasının bütün mərhələlərində bərabərliyin təmin olunmasını müşahidə edir və bunun üçün çalışırıq. Xüsusilə qadınlar bir qayda olaraq seçicilərin əksəriyyətini təşkil etsə də, namizəd kimi bərabərliyə o qədər də yaxın deyillər. Məqsədimiz seçkinin bütün mərhələlərində bərabərliyin təmin olunmasıdır”.

Bahar Muradova, həmçinin bildirib ki, Komitə Mərkəzi Seçki Komissiyası ilə birgə seçki prosesində bərabərliyin və iştirakçılığın təmin olunması üçün fəaliyyət göstərib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video